Azərbaycan Dillər Universiteti

Kitabxana xalq, millət üçün, cəmiyyət üçün
müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Heydər
Əliyev

Kitabxana 1948-ci ildən APİ-nin kitabxanasından köçürülmüş 7000-ə qədər kitab və 4 nəfər işçi ilə fəaliyyətə başlamışdır. İlk illərdə kitab fondu Kitabxana Kollektoru vasitəsilə komplektləşdirilməklə yanaşı bağışlamalar yolu ilə də zənginləşdirilmişdi. 1952-ci ildə Dövlət Arxitektura İdarəsi institutun kitabxanasına 499 nüsxə kitab hədiyyə etmişdi. Həmin illərdə tələbələrin dərsliyə olan ehtiyacı əsasən ödənilirdi.

1951-ci ildə kitabxanadan 806 nəfər, 1952-ci ildə 936 nəfər, 1953-cü ildə isə 880 nəfər oxucu istifadə etmişdir. Xidmət işini yaxşılaşdırmaq məqsədilə kabinetlərdə məlumat ədəbiyyatından ibarət kiçik fondlar yaradıldı və bu fondlara ən çox istifadə olunan nüsxələr və dövri mətbuat qoyuldu. İnstitutun əsas binasında, eləcə də Balaxanı qəsəbəsindəki 38 nömrəli yataqxanada səyyar kitabxana təşkil etməklə tələbələrin kitabla daha yaxşı təmin edilməsinə nail olundu.

1959-cu ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu ilə birləşdiyi üçün iki institutun kitabxanası da birləşdirilərək M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun kitabxanası kimi indiki R.Behbudov, 134  ünvanında fəaliyyət göstərməyə başladı.

1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə institutlar ayrılaraq müstəqil ali məktəblərə çevrildikdən sonra kitabxanadakı kitablar profilə uyğun bölünərək hər institutun kitab fondunun əsasını təşkil etdi. SSRİ-nin 50 illiyi adını daşıyan APXD-nin kitabxanasında əsasən xarici dillərdə olan kitablar, o cümlədən tədris proqramına müvafiq olaraq Azərbaycan və rus dillərində dərslik, dərs vəsaiti, elmi, ictimai-siyasi və bədii ədəbiyyat saxlanıldı.

2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət  Dillər İnstitutunun profili  genişləndirilməklə  Azərbaycan Dillər Universiteti yaradıldı. Kitabxananın yeni modelini yaratmaq məqsədilə ilkin addım kimi universitetin Təbriz küçəsindəki yeni binasında kitabxana üçün kifayət qədər yer ayrıldı və 2007-ci ildən başlayaraq kitabxana fondunun böyük əksəriyyəti geniş, işıqlı, təmiz və quru zallara köçürüldü. Binanın birinci mərtəbəsində müəllim, aspirant, magistr və tələbələr üçün yeni texnologiyalarla təchiz edilmiş, müasir standartlarına cavab verə biləcək 2 oxu zalı, biblioqrafiya-informasiya xidmətləri şöbəsi, xidmət şöbəsi və onun kitab fondu böyük zala yerləşdirildi. Kitabxananın maddi-texniki bazası gücləndirildi, müasir texniki avadanlıqlar alınmasına xüsusi diqqət verildi.

Hazırda kitabxanadakı  rəqəmsallaşma  prosesi üzərində ciddi iş aparılır. Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən ibarət tam mətnli məlumat bazalarının yaradılması sahəsində də iş aparılır.

Universitetimizdə hər bir ali məktəbin arzu edə biləcəyi geniş kitabxana şəbəkəsi yaranmışdır. Artıq yeddi ilə yaxındır ki, fəaliyyət göstərən Alman mənbə mərkəzinin, Avstriyanın mədəniyyət və iqtisadi məsələlər üzrə mərkəzinin oxu zalları, Fransa, Norveç, ABŞ, İtaliya, Yaxın Şərq və İsrail, Koreya, İndoneziya, Yaponiya, Hindistan və b. ölkələrin mənbə mərkəzlərinin kitabxanalarından universitetimizin professor-müəllim heyəti və tələbələri ilə yanaşı kənar şəxslər də istifadə edə bilir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan kitablarla pulsuz komplektləşdirilir. İndiyə qədər kitabxanamız bu yolla 7 000 nüsxədən çox Azərbaycan və dünya yazıçılarının əsərlərini, folklor nümunələrini hədiyyə kimi almışdır.

Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq respublika ali məktəbləri arasında ilk dəfə universitetimizdə işləyən əməkdaşların xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərinin “Biblioqrafiya”sı hər il kitab şəklində çap edilir. Bundan əlavə, 1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər Universitetində işləmiş bütün əməkdaşların nəşr olunmuş əsərləri haqqında Azərbaycan və rus dillərində 2 cilddən ibarət Biblioqrafik göstərici çap olunmuşdur.

Kitabxana illər boyunca formalaşaraq  Azərbaycanda, çoxdilli, dərslik və digər materiallara görə ən  böyük universitet kitabxanasıdır.

Kitabxananın əsas və mühüm məqsədlərindən biri tədris prosesinə informasiya dəstəyi göstərməkdən ibarətdir və bu proses üç istiqmətdə həyata keçiriləcək:

birinci istiqamətdə, təlim-metodik vəsaitlərin tərkibinə daxil olan dərs vəsaitləri və dərsə aid elektron resursların kataloqlaşdırılması və tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulur,

ikinci istiqamətdə ADU-nun professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin, eləcə də dərslik və dərs materiallarının universitetimizə məxsus ünvanlı DSpace elektron arxivdə yerləşdirilməsi və Sərbəst girişlə istifadəçilərin ixtiyarına verilməsi reallaşdırılıb,

üçüncü istiqamətdə isə təlim-tədris prosesində məlumat bazaları və qabaqcıl nəşriyyat evləri vebsaytlarında yerləşdirilən elektron resurslardan geniş istifadə olunmasına imkan yaradılması,

ADU-nun  kitabxanası tələbələrə bir çox tədris materialları ilə  yanaşı həmçinin lazımı məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir.

Kitabxananın məqsədi oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə maarifləndməni dəstəkləmək, universitetin informasiya ehtiyaclarını qarşılamaq kitabxanada toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya sisteminin yaradılması məkanının liderliyini saxlamaqdan ibarətdir.

Kitabxananın strategiyası məqsədlərimizi həyata keçirtmək üçün universitet çərçivəsində və xaricində əməkdaşlıq yaratmaq, kitabxana daxilində yenilik mədəniyyəti tətbiq etmək və xidməti hədəflərimiz, peşəkar inkişafa dair öhdəliyi artırmaqdır.

Kitabxana xidmətlərini, resurslarını universitet birliyi daxilində  milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması ilə yanaşı xaricdə tanıtmaq, əlaqələr yaratmaqla genişləndirir.

İctimai və beynəlxalq əlaqələr  ilə tədqiqat, tədris və təlim üçün kolleksiyalarla fiziki və rəqəmsal istifadə imkanlarını genişləndirmək üçün əməkdaşlıq edir.

Təhsil və tədqiqat, eyni zamanda sosial-intellektual əlaqələr üçün münasib görüş yeri kimi kitabxana imkanlarını genişləndirir.

Məqsəd və strategiya

Universitetin missiyası və tələblərinə uyğun olaraq istifadəçilərin bütün kateqoriyalarının məlumatlarını təmin etmək

Universitetin təhsil və tədqiqat proqramlarını dəstəkləyib, onların istifadəsi üçün uyğun mühiti təşkil etmək, müəllim heyəti, tələbələr və işçilər tərəfindən elmi tədqiqat üçün zəruri məlumat mənbələri ilə təmin etmək.

ADU-nun missiyasına uyğun, tədris və elmi tədqiqatların yayılması üçün müasir İnformasiya texnologiyalardan istifadə etmək.

Strateji məqsədlərimizi, hədəflərimizi dəstəkləmək, həyata keçirtmək üçün Universitet çərçivəsində və xaricində əməkdaşlıqlar yaradaıb,kitabxana daxilində yenilik mədəniyyəti tətbiq edərək  xidməti hədəflərimizi, peşəkar inkişafa dair öhdəliyi artıramaq.

Kitabxana xidmətləri daha yüksək tələblərə cavab verən mühitlə təmin olunmuş olacaq. Kitabxana hər bir fənn sahəsinə uyğun olaraq, ənənəvi və elektron resursları birləşdirərək “hibrid kitabxana” xidmətini təklif etməyi davam etdirəcək. Elektron resursların artımı, ənənəvi kitabxana resurslarının istifadəsinin və ya nəşrlərin eyni dərəcədə azalması ilə müşayət olunmayacaq Kitabxana daxili prosesləri asanlaşdırmaqla rəqəmsal resurslara girişi sürətləndirəcək və tez-tez Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuyla əməkdaşlıq etməklə, akademik resurslara girişi təkmilləşdirmək.

Hədəflər

Mənbələrdən səmərəli istifadənin təmin edilməsi,

Lazımlı məlumatların sürətli alınmasını təmin etmək,

İstifadəçi məmnuniyyətini artırmaq,

Kadrların lazımi biliklər əldə etmələrinə imkan yaratmaq və onları təkmilləşdirmək,

Təhsil və tədqiqatın dəstəklənməsi,

Düşüncə azadlığına hörmət edilməsi

Istifadəçilərin ehtiyaclarına prioritet verilməsi,

Digər təşkilatlar və informasiya mərkəzləri ilə sıx əməkdaşlıq etmək,

İşçilər arasında peşəkar və sosial həmrəylik,

Universitetin bütün şöbələri ilə sıx əməkdaşlıq etmək,

Kollektiv qrupda işləmək,

Bütün məlumat mənbələrinin  qorunması.

KİTABXANA davam edəcək

Onlayn kataloq vasitəsi ilə kolleksiyalara girişi təkmilləşdirməyə.

Veb imkanlarından bütünlüklə istifadə etməklə, kolleksiya və resursların giriş imkanını artırmağa.

”İstifadəçi birliyininin ehtiyacları” anlayışını dərinləşdirməyə

AKADEMİK TƏDQİQAT ÜÇÜN KİTABXANANIN DƏSTƏYİNİ GÜCLƏNDİRMƏK

Kitabxana, xüsusilə, DSpace texnologiyasına əsaslanan (Azərbaycan Dillər Universiteti Rəqəmsal Arxivinin) təmin edilməsi ilə Universitetin İnformasiya Strategiyasının həyata keçirilməsində əsas rol oynayacaq.

Kitabxana Rəqəmsal Arxivi vasitəsi ilə tədqiqat resurslarına səmərəli girişin təmin edilməsi, tədqiqatçıların öz sahələrindəki tərəqqi barəsində cari məlumatlılığın saxlanılmasına kömək edilməsi və fakültə ilə işləməklə tədqiqatçıların tədqiqat metodologiyası, informasiya-axtarış bacarıqlarında səriştəli olmalarına zəmanət yaratmaqla, akademik tədqiqatı dəstəkləyəcək.

DAHA MÜNASİB ELMİ NƏŞRLƏR ÜÇÜN TƏŞƏBBÜSLƏRƏ İMKAN YARATMAQ VƏ DƏSTƏKLƏMƏK 

Kitabxana mümkün elmi əlaqələri təmin edən strategiyaları həyata keçirməyə davam edəcək. Kitabxana ADU-nun akademik birliyi, digər universitetlər və akademik kitabxanalarla razılığa əsasən, ADU-nun elmi jurnallarına açıq girişi təmin etməklə, tədqiqat nəticələrini yaymaq üçün alternativ strategiyalar axtarmağa davam edəcək.

TƏHSİL VƏ TƏDQİQAT, EYNİ ZAMANDA SOSİAL-İNTELEKTUAL ƏLAQƏLƏR ÜÇÜN MÜNASİB GÖRÜŞ YERİ KİMİ KİTABXANA İMKANLARINI GENİŞLƏNDİRMƏK

Elektron xidmətlərimiz və elmi ədəbiyyatın ofislərdə istifadəsinin artmağa davam etdiyi bir müddətdə bizim əyani vəsait xüsusən tələbələr tərəfindən həddən artıq istifadə olunur və yüksək dərəcədə qiymətləndirilir. Kitabxana təchizatı yeniləşdirmək, qrup halında çalışan, həm sakit, həm sosial mühiti inkişaf etdirməkl və dəyişən istifadə nümunələrinə cavab verən imkanları genişləndirməyə davam etdirəcək.

Xidmət Şöbəsi

Abonoment bölməsi

Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. Bununla yanaşı oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir: Mərhələli şəkildə bütün fondun qeydiyyatı, oxucuların məlumat bazasının yaradılması, elektron kitab verilişi kimi mühüm proseslər işlənilir.

Oxu zalları bölməsi

Zalda ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s.ədəbiyyat növləri açıq rəf üsulu ilə yerləşdirilmişdir. Eyni zamanda yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edilir.Oxucunun İnformasiya mənbələrindən  istifadəsinə kömək göstərmək, bələdçilik etmək, kitabxana texnologiyaları və kolleksiyaları haqqında istənilən anda təlimat verilir.

Elektron‐informasiya xidmətləri  universitet, respublika, beynəlxalq informasiya şəbəkəsinə informasiya resurslarına girişi təmin edərək oxuculara daha effektiv xidməti həyata keçirməyə imkan verir. Elektron xidmətin inkişaf etdirilməsinin zəruriliyi müasir kitabxanada baş verən dəyişikliklərlə əlaqələndirərək ehtiyac duyulan mövzular üzrə xüsusi arayışlarla da xidməti həyata keçirilir.

Komplektləşdirmə və sistemləşdirmə şöbəsi

Elektron komplektləşdirmə, elektron kataloqlaşdırma, elektron tam mətnli məlumat bazaları yartmaqla şöbədə işin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması mərhələləri 2006-cı ildən İRBİS-64 sistemi əsasında aparılır.Tədris prossesini ədəbiyyat ilə təmin etmək kimi öz ənənəvi funksiyasından əlavə yerli və eyni zamanda dünya resurslarına operativ giriş imkanı ilə təmin edən informasiya mərkəzi rolunda çıxış edir.

Rəqəmsallaşdırma şöbəsi;

  • Kitabxana –informasiya xidmətinin təşkili
  • İnformasiya soraq-biblioqrafiya xidməti, qəzet və jurnallardan analitik yazıların seçilib elektron kartotekaya daxil edilməsi,
  • Kitabxana Veb-səhifəsinin operativ yenilənməsi,
  • Avtomatlaşdırılmış Kitabxana Sistemində əlavə və dəyişikliklərin fəaliyyətinə nəzarət,
  • Rəqəmsal Kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işinin təşkili,
  • Oxucu sorğusu ilə İnternetdə faydalı məlumatların və saytların axtarışının təmin edilməsi,
  • Kitabxanada həyata keçirilən kütləvi tədbirlərin saytın “xəbərlər” blokunda təqdimatı,
  • Biblioqrafiya informasiya resursların yaradılması və saytda yerləşdirilməsi işlərini həyata  keçirir.

              Faydalı açıq internet səhifəli məlumat bazalarının linkləri

  • http://krepublishers.com/index.html
    Kamla-Raj Enterprises, ekologiya, sosial elmlər, pedaqogika, kommunikasiya, tarix və arxeologiya, biologiya, psixologiya, riyaziyyat, antropologiya, tibb, hüquq və genetika sahəsində elmi jurnalları əhatə edən elektron məlumat bazasıdır. Həmçinin akademiklər tərəfindən nəzərdən keçirilmiş 15-dən çox jurnal və kitab nəşr edir.
  • https://www.wdl.org/ru/
    Mировая цифровая библиотека (WDL) предоставляет бесплатный доступ в сети Интернет в многоязычном формате к большому количеству материалов, представляющих культуры разных стран мира.
    Основные цели Mировой цифровой библиотеки:
    Содействие международному и межкультурному взаимопониманию.
    • Расширение объема и разнообразия культурного содержания в Интернете.
    • Предоставление ресурсов для педагогов, ученых и всех заинтересованных лиц.
    • Расширение возможностей учреждений-партнеров для сокращения разрыва в цифровых технологиях внутри страны и между странами.
  • Pulsuz kitablarla 20 hüquqi elektron kitabxana
    20 легальных электронных библиотек с бесплатными книгами
    http://madaw.ru/2018/…/05/20-легальных-электронных-библиотек
  • https://www.cambridge.org/core/).
  • Деловые статьи и интернет-сервисы
    Polpred.com Обзор СМИ. Архив важных публикаций собирается вручную. В рубрикаторе 53 отрасли / 600 источников / 8 федеральных округов РФ / 235 стран и территорий / главные материалы / статьи и интервью 16000 первых лиц. Ежедневно тысячи новостей, полный текст на русском языке. Миллионы сюжетов информагентств и деловой прессы за 15 лет.

        İstanbul Büyükşehir Belediyesi Kütüphane ve Müzeler Müdürlüğü’ne bağlı Atatürk Kitaplığının      Veritabanında 4.760 cilt yazma eser, çok özel koleksiyonları bünyesinde bulunduran Evrak Koleksiyonu, 40.000’e yakın Arap harfli eser, sayısı 24.000’leri bulan yabancı dil kitap koleksiyonu, 490 adet albüm, Türkiye ve İstanbul konulu kartpostallar, haritalar, süreli yayınlar, Ermenice kitaplar, Atatürk kitaplığı tarafından hazırlanan makaleler veritabanı bulunmaktadır.

  • http://www.doaj.org/
    Директория журналов в открытом доступе (DOAJ) охватывает бесплатные, полнотекстовые, научные рецензированные журналы по различным категориям, на многих языках. В настоящее время директория включает свыше 1503 наименований журналов, 380 из которых доступны для постатейного поиска.

The content platform for Edward Elgar Publishing’s journals, reference works and books, including scholarly monographs, Research Handbooks, companions and more.

Oxford English Dictionary
Discover the story of
More than 600,000 words, over a thousand years
Welcome to OED Online. If you or your library subscribes, dive straight in to the riches of the English language. If not, click on the images below to learn more about the OED, see What’s new, or take a look at Aspects of English, our language feature section.

  • Cambridge Journals Online”. Уважаемые читатели!
    12.2017 года открыт доступ к электронной базе данных “Cambridge Journals Online”.
    База данных предоставляет доступ к мультидисциплинарной коллекции из 384 научных журналов.
    Электронную базу данных можно найти здесь

https://www.cambridge.org/core/).

  • Деловые статьи и интернет-сервисы
    Polpred.comОбзор СМИ. Архив важных публикаций собирается вручную. В рубрикаторе 53 отрасли / 600 источников / 8 федеральных округов РФ / 235 стран и территорий / главные материалы / статьи и интервью 16000 первых лиц. Ежедневно тысячи новостей, полный текст на русском языке. Миллионы сюжетов информагентств и деловой прессы за 15 лет.

Əlaqə

Tel: (+99412) 564-06-82

E-mail: [email protected]