ELM

 

internetdə

saytda

 


 

..: SALAMLAMA MƏKTUBU :..  
   

Əziz tələbələr! 

Azərbaycan Dillər Universiteti Azərbaycanda xarici dil mütəxəssisləri, müxtəlif sahələr və beynəlxalq münasibətlər sahəsində peşəkar mütəxəssislər hazırlayan yeganə Universitetdir. ADU inkişaf etmiş təhsil və tədqiqat, yeni tədris siyasəti və dünyəvi elm və təhsil standartlarına cavab verən bakalavr və magistr proqramları üzrə fəaliyyət göstərir. Universitet müxtəlif ixtisaslar təklif edir və elmi prinsiplərə əsaslanan çoxsaylı müstəqil fakültələri özünda cəm edir. ADU ölkəmizdə Avropa və bəzi müasir Şərq dillərini tədris edən ilk universitetdir. Universitetin bir çox professor və müəllimləri elmi sahələrdə tanınır və müxtəlif milli və beynəlxalq mükafat və təqaüdlərə layiq görülmüşlər. Bu gün Universitet ölkəmizdə həyata keçirilən təhsil islahatlarına görə ən öncüldür.

Sizin Universitetdə keçirəcəyiniz tələbəlik illəriniz həyatınızın ən həyəcanlı və maraqlı illəri olacaq. Siz tədris müddətində yeni fikirlərlə üz-üzə gələcəksiniz, müxtəlif sivilizasiyaların üzləşdiyi  məsələləri öyrənəcək, eyni zamanda öz sahələrində peşəkar olan professorlardan ilham mənbəyi alacaqsınız. Siz müxtəlif mənşəli və tamamilə sizdən fərqli olan şəxslərlə qarşılaşacaqsınız. Siz ömür boyu davam edəcək dostluq əldə edəcəksiniz.

ADU çoxlu sayda ixtisaslar və kurslar təklif edir. Burada sizin dərəcə proqramlarınızı artırmağınız üçün çoxlu imkanlarınız var.

Biz istəyirik siz ADU-nu öz eviniz və doğma ocağınız kimi qəbul edəsiniz. Universitetdə bir çox tələbə klubları və təşkilatları fəaliyyət göstərir. Mən əminəm ki, siz burada öz maraqlarınızın qarşılığını tapacaq, istedadınızı inkişaf etdirəcək, dünyagörüşünüzü genişləndirəcək, yeni dostlar tapacaq və həyatınızı xoş keçirəcəksiniz.

Mən sizə Azərbaycan Dillər Universitetində ən maraqlı və həyəcanlı anlar yaşamağı səmimi qəlbdən arzu edirəm.

Fakültələr, peşəkar heyət sizə təhsildə olan məqsədlərinizə nail olmağa kömək edəcək.  

Professor Səməd Seyidov
Rektor

 
   
Bookmark and Share

Yuxarı qalx