ELM

 

internetdə

saytda

 


 

..: ELM - ELMİ ŞURA :..  
   

ELMİ ŞURA HAQQINDA MƏLUMAT 

Ali Təhsil Müəssisələrinin Elmi Şurası haqqında əsasnaməyə görə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi elmi şura tərəfindən həyata keçirilir. Elmi şuranın səlahiyyət müddəti üç ildir. Tutduqları vəzifəyə görə elmi şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru, prorektorları, müəssisənin tərkibində fəaliyyət göstərən şöbə müdirləri, həmkarlar təşkilatının sədri, dekanlar, kafedra müdirləri və tələbə elmi cəmiyyətinin sədri daxil olur. Elmi şuraya namizədlər hər bir fakültənin professor-müəllimlərinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Elmi şura ali təhsil müəssisəsinin nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır. Tələbələrin, müəllimlərin, əməkdaşların, doktorantların və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir. Elmi şura ali təhsil müəssisəsinin inkişaf proqramını da təsdiq edir. Elmi şura hər il ali məktəbin fəaliyəti barəsində rektorun hesabatını dinləyir. Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlkərinə baxır. Bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir. Elmi şura fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir. Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatlarını dinləyir. Professorları, dosentləri seçir və onları vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları məsələlərinə baxır. Elmi şura tədris ili üçün nəzərdə tutulmuş iş planı ilə işləyir. Elmi şuranın iş planı şura iclasında müzakirə olunur, qəbul edilir və rektor tərəfindən təsdiq edilir. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi şuranın qərarları açıq səsvermədə  sadə səs çoxluğu ilə professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi, professor-dosent fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

ADU-nun Elmi şurasının iclasları hər ayın sonuncu çərşənbə günü saat 10-da 2 №-li tədris binasının akt zalında keçirilir.

 
   
Bookmark and Share

Yuxarı qalx