ELM

 

internetdə

saytda

 


 

..: ELM - İNGİLİS DİLİ LABORATORİYASI :..  
   

İngilis dili laboratoriyası 1996-cı ildə yaradılıb. Laboratoriyanın yaradılmasına Azərbaycan Respublikası Təhsil Nazirliyi, BP şirkəti, Britaniya Yaxın Şərq bankı, Flour Daniel Overseas Inc şirkəti, Bertling Caspian Ltd. şirkəti, Britaniya Şurası, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi dəstək verib. Tələbələr müasir avadanlıqlarla təchiz edilmiş  İngilis dili laboratoriyasının xidmətlərindən  mütəmadi olaraq istifadə edirlər. Laboratoriyada tələbələrin ingilis dili bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli şərait mövcuddur.  Laboratoriyada tələbələr audio və video materiallardan istifadə edə, ingilis və amerikan filmlərinə tamaşa edə bilərlər.  Laboratoriyada video materiallardan ibarət dərsliklər də mövcuddur ki, bunlar vasitəsilə tələbələr praktiki dil vərdişlərini artıra bilərlər.

 
   
Bookmark and Share

Yuxarı qalx