|
Azərbaycan Dillər Universitetinin
İngilis Dilinin Fonetikası Kafedrası
I. Fonetika kafedrasının yaranması və
tarixi haqqında məlumat
Fonetika kaferdrası 1953 –cü ildə
yaradılmışdır. Fonetika kafedrası
ingilis, fransız və alman
fakültələrində işləyən bir nece
müəllimin garışığından ibarət olan bir
kafedra idi.
Alman dili fakultəsində tanınmış şəxs və
bu laboratoriya hörmət edilən baş
müəllimlərdən Cəfər Mehdi Cəfərov
kafedra müdiri secildi.
Onun iqtisadiyyat üzrə universitet
dərəcəsi var idi, çünki o, XX əsrin 20 –
ci illərində Almaniyada Universitet
bitirmişdir. Sovet hakimuyyəti illərində
o, ixtisasını dəyişdi və Alman dili
müəllimi oldu. Yenicə təşkil olunmuş
kafedranın ilk üzvləri filologiya
elmləri namizədi ingilis dili müəllimi
Fuad Kazımov, baş müəllim Çingiz
Dadaşov, baş müəllim Kseniya Sokolova,
farnsız dili müəllimi (baş müəllim)
Liliya Pridiomenko, alman dili müəllimi
(baş müəllimi ) Adilə Sadıxova və
laboratoriya işçisi ingilis dili
müəllimi Madlena Kutukova idi.
Kafedranın, belə az sayda müəllimə malik
olması Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitununa gəbul olunmuş
tələbələrin məhdud sayı ilə
əlagələndirilirdi. Belə ki, ingilis dili
fakultəsinin hər il 50, fransiz və alman
dili fakultələrinin isə hər birinin 25
tələbəsi olurdu.
Keçən əsrin 60 – cı illərindən
başlayaraq instituta gəbul olunan
tələbələrin sayının artması fonetika
kafedrasının üzvlərinin sayının
artmasına gətirib çıxatrdı. Belə ki,
gənc nəsildən, başlıca olarag institutu
bitirən yeni müəllimlərdən bu kafedrada
işə götürülməyə başlandı. Onlardan
bəziləri müxtəlif ildə alim kimi
yetişdiyindən fonetika üzrə
ixtisaslaşdilar: Kamal Dadaşov, Oktyabr
Əmirbəyov, Sayadulla Babayev, Fəxrəddin
Veysəlov. Digər çoxlu gənc müəllimlər
1- ci və 2 –ci kurslarda praktik
fonetikadan dərs demək ücün işə
götürüldülər.
Eyni zamanda fonetika kafedrasının
müdiri Cəfər Cəfərovun təşəbbücü ilə
fonetika kafedrasının nəzdində “ Şifahi
nitg labarotoriyası” adı ilə yeni bir
şöbə yaradıldı.
Bu laboratoriya tezliklə tələbələrin
sevimli yerinə çevrildi. Bu
laboratoriya binanın uzun
bir qanadını əhatə edirdi. Bu
laboratoriya 10 otaqdan və bütun lazım
olan texniki avadanlıgla təhçiz edilmiş
koridordan ibarıt idi. Burada bir
səsyazma studiyasıda var idi. Bu
studiyada tələbələrin qulaq asması ücün
dərsliklərdən mətnlər lentə yazılırdı.
Yüzlərlə tələbələr hər gün bu
laboratoriyaya gəlir, audo – visual
vasitələrlə müstəqil işləyir, yazılmış
mətnlərə qulaq asır, özlərinin
nitqlərini lentə yazır və tələffüz
səhvlərini düzəldirlər. Əksər
müəllimlər, o cümlədən leksika və
qrammatika kafedralarının müəllimləri də
daxil olmagla, müasir avadanlıqla təhciz
olunmuş bu otaqlarda özlərinin praktik
dərslərini kecirdilər.
Keçən əsrin 70 – ci illərində kafedra və
laboratoriyada 70 –dən cox müəllim,
mühəndis və digər texniki şəxslər işə
götürüldü, məşğullğa cəlb edildi.
Bu şəraitdə iki bölmənin işinin
öhdəsindən gəlmək, yəni fonetika və
şifahi nitg laboratoriyası, Cəfər
Cəfərov ücün çətin idi. Belə ki, 1971 –
ci ildə Cəfər Cəfərov fonetika
kafedrasının müdiri vəzifəsindən istefa
verdi və laboratoriyanın müdiri
vəzifəsində qaldı.
Az bir müddətdən sonra S.M.Babayev
fonetika kafedrasının müdiri seçildi.
Qeyd etmək lazımdır ki, o zaman
M,F.Axundov adı ilə fəaliyyət göstərən
APDİ müstəqil institutun birləşməsi
idi ( 1959 APRDƏİ Azərbaycan Pedaqoji
Rus Dili və Ədəbiyyatı İnstitutu və
APXDİ Azərbaycan Pedaqoji Xarici Dillər
İnstitutu).
Belə ki, 1973 – ildə AKP – in birinci
katibi Heydər Əliyevin təşəbbüsü ilə
Mərkəzi Komitənin qərarı ilə hər iki
institut müstəqil təşkilatlar, qurumlar
kimi yenidən yaradıldı.
Bu qərar Respublikanın orta
məktəblərində xarici dil müəllimlərinə
olan ehtiyacını ödəmək məqsədilə hər il
instituta daha çox tələbə qəbul
edilməsinə bir əsas verdi.
Bu zaman fakültələrin və ixtisasların
ayrılması institutda bəzi kafedraların
yaranmasına ehtiyac var idi. Belə ki,
1973 –ildə İnstitut Elmi Şurasının
qərarı ilə fonetika kursları iki
kafedraya bölündü: İngils dilinin
fonetikası kafedrası, fransız və alman
dilinin fonetikası kafedrası.
S.M.Babayev əvvəlki kafedranın
müdirliyini davam etdirdi. Sonra yaranan
kafedraya F.Y.Veysəlov müdir seçildi.
Həmin ildə S.M.Babayev İnstitutun elmi
işlər üzrə prorektoru təyin edildi. O
vaxta kimi ingilis dilinin fonetikası
kafedrasinda iki baş müəllimi M.Garayeva
və Ə.Cəfərov elmlər namizədi oldu.
Bunlardan M.Qarayeva ingilis dili
kafedrasının yeni müdiri secilir.
M.Qarayeva kafedra müdirliyindən sonra
aşağıdakılar kafedranın müdir vəzifəsinə
gəldilər: Faiq Hüseynov, Elxan Mirzəyev,
Əminə Məmmədova, Sayadulla Babayev.
Sonuncu 1992 – ci ildə institutun elmi
işləri üzrə prorektor vəzifəsindən azad
olundu və kafedrada professor
vəzifəsində işlədi. Sonra o, xəstəliyi
ilə əlaqədar 2008 – ci ildə kafedra
müdirliyindən ərizəsi ilə azad olundu və
hal – hazırda həmin kafedrada professor
vəzifəsində işləyir.
Hal hazırda ingils dilnin fonetikası
kafedrasına, 2008 – ci ilin oktyabr
ayından təyin edilmiş, filologiya elmlər
doktoru, professor F.H.Zeynalov başçılıq
edir.
II.
Kafedranın missiyası
1)İngilis dilinin fonetikası
kafedrasının ən vacib missiyası
tələbələri gələcək ingilis dili müəllimi
kimi yetişdirməkdən, onlara Böyük
Britaniyada ingilis ədəbi tələffüzü
norması kimi seçilmiş BBC aksent
modelinin tələffüz xüsusiyyətlərini,
eləcə də mümkün qədər ingilis dilinin
Amerika variantının bəzi tələffüz
cəhətlərini təlim edib öyrətməkdən
ibarətdir. Bu başlıca əsas vəzifəyə
əlavə olaraq, praktik fonetika kursu
yüksək səviyyədə ingilis dili nitq
(danışıq) səsləri sistemini, onların
artikulyator təsvirlərini və təsnifatını
və ingilis dilinin fonetik quruluşunun
bütün komponentlərinə aid olan qaydaları
və nəzəriyyələrin öyrənilməsi məqsədini
güdür.
Bakalavr səviyyəsində ingilis dilinin
fonetikası kursu iki mərhələni əhatə
edir: praktik fonetika və nəzəri
fonetika. Hər iki səviyyə yalnız ingilis
dilində tədris edilir, öyrədilir
(praktik məşğələ və mühazirə seminar
formalarında). Lakin başlanğıc
mərhələsində ehtiyac olduqda fonetik
qaydalar ana dili ilə müqayisəli şəkildə
aparıla bilər.
Hər bir semestr 15 həftə çərşivəsində
sona çatır və tələbələrin biliyi yazılı
yoxlama içi ilə qiymətləndirilir. Kursun
sonunda tələbələrə bir seçim verilir:
tələbələr ya buraxılış işi yazır, ya da
həmin fəndən dövlət imtahanı verir.
2) İngilis dilinin fonetikası
kafedrasının ikinci vacib missiyası
magistr səviyyəsində yüksək keyfiyyətli
gələcək ingilis dili müəllimləri
hazırlamaqdan ibarətdir. Belə ki,
magistr pilləsinin birinci semetrində
kafedranın ixtisaslaşmış professorları
fonologiyadan mühazirə oxuyur və seminar
aparırlar.
Magistr pilləsində “İngilis dilinin
fonologiyası” kursu 48 akademik saat
həcmində tədris edilir və birinci
semestrin sonunda tələbələrin biliyi
yoxlama yazı işi ilə qiymətləndirilir.
Bundan sonra magistrlərin bəziləri
müxtəlif mövzular üzrə fonetika və
fonologiyadan magistlik dissertasiyası
mövzusu götürüb yazırlar və onları
ixtisaslaşdırılmış xüsusi dövlət
komissiyalarda müdafiə edirlər.
III. Təhsil və elmi fəaliyyət
1) Hər il ingilis dilinin fonetikası
kafedrasının üzvləri “Müasir dilçiliyin
və xarici dillərin tədrisinin aktual
problemləri” tematikası üzrə beynəlxalq,
regional və Respublika səviyyəsində
keçirilən elmi konfransların işində
iştirak edirlər.
(Bu yaxınlarda keçirilən konfransların
işində prof. S.Babayev, prof.
F.Zeynalov, dos. Ə.Cəfərov, dos.
Q.Heybətov, b/m.S.Əzizov, f.e.n.b/m
S.Poladova iştirak etmişlər.)
2) Prof. S.Babayev və prof. F.Zeynalov
öz üzərində işləyən yüksək ixtisaslı
fonetistlərin hazırlanması işinə cəlb
edilmişlər. Bu günə kimi prof. S.Babayev
elmi rəhbər kimi 9 elmlər namizədi
hazırlamışdır (bir nəfəri isə elmlər
namizədi olmaq üçün növbə gözləyir.)
Prof. F.Zeynalov isə 3 aspiranta və 2
dissertanta rəhbərlik edir. Onun
aspirantlarından biri Yəmən Respublikası
vətəndaşıdır. Onun dissertantlarından
birinin işi müzakirəyə hazırdır.
Hal-hazırda kafedranın 45 nəfər üzvündən
9 nəfəri alimlık və peşəkar təcrübə
qazanmışlar;
1. S.Babayev-f.e.n., professor
2. F.Zeynalov- f.e.d., professor
3. Ə.Cəfərov- f.e.n., dosent
4. E. Mirzəyev- f.e.n., dosent
5. Q.Heybətov- f.e.n., dosent
6. E.Hüseynova- f.e.n., b/m
7. S.Poladova- f.e.n., b/m
8. L.Qurbanova- f.e.n., b/m
9. Z.Quliyeva- f.e.n., b/m
IV. Akademik proqramlar və peşəkar
kurslar
1.Tədris planına uyğun olaraq ingilis
dilinin fonetikası kafedrası aşağıdakı
akademik proqramları işləyib
hazırlamışdır.
1) Bakalavr pilləsi üçün nəzərdə tutulan
ingilis dilinin praktik fonetikası üzrə
proqramı (b/m S.Əzizov) 1996.
2) Bakalavr pilləsi üçün nəzərdə tutulan
ingilis dilinin praktik fonetikası üzrə
yeniləşmiş proqram (prof. F.Zeynalov ,
b/m S.Əzizov) 2009.
3) Bakalavr pilləsi üçün nəzərdə tutulan
ingilis dilinin nəzəri fonetikası üzrə
proqramı (prof. S.Babayev) 2009.
4) Magistr pilləsi üçün ingilis dilinin
fonologiyası üzrə proqramı (prof.
S.Babayev) 2009.
2. İngilis dilinin fonetikası kafedrası
bakalavr pilləsi tələbə qruplarını
praktik və nəzəri fonetika kursları
üzrə, magistr pilləli tələbələri isə
fonologiyaya dair kurs kitabları,
materialları və dərs vəsaitləri ilə
təmin edir;
1) S.M. Babayev. English phonetics.Bakı,
2005.
2) F.H. Zeynalov. Practical English
phonetics. Book I. Bakı, 2007.
3) F.H. Zeynalov. Supplement to the Book
“Practical English phonetics”. Book II.
Bakı, 2007.
4) Lectures on English theoretical
phonetics. (complied by. prof.
S.Babayev)
5) Lectures on English theoretical
phonetics. (complied by. prof.
F.Zeynalov)
6) S.M. Babayev. English phonology.
Bakı, 2004. (for master's level)
7) Lectures on English phonology.
(complied for master's level by. prof.
S.Babayev)
8) A.Axundov, S.Babayev, F.Zeynalov.
İngilis və Azərbaycan dillərində
vurğunun ritmik-melodik xüsusiyyətləri.
Bakı, 1996.
9) F.H.Zeynalov, Ə.Məmmədova. İngilis
dilində orfofonik çalışmalar.Bakı, 1996.
10) F.H.Zeynalov, Z.Hüseynova.
Pronunciation and Spelling in
English.Bakı, 1998. |