|
Azərbaycan Dillər Universiteti
RİYAZİYYAT VƏ İNFORMATİKA KAFEDRASI
HAQQINDA
Kafedranın tarixi:
Riyaziyyat və İnformatika
kafedrası 1991-ci ilin fevralında
“İNFORMATİKA və TTV” adı ilə
yaradılmış, 1997-ci ildən isə
“RİYAZİYYAT və İNFORMATİKA” adlanır.
Kafedrada ümumi 20 əməkdaş fəaliyyət
göstərir. Onlardan biri f.-r.e.d.,
professor, 8-i f.-r.e.n., dosent, 6-sı
baş müəllim, 1-i müəllim, 3-ü baş
laborant, 1-i laborantdır.
Riyaziyyat və İnformatika kafedrasının
professor və müəllim heyəti
1. İ.C.Mərdanov
f.-r.e.d., professor
2. V.B.Müslümov
f.-r.e.n., dosent
3. F.O.Məmmədov
f.-r.e.n., dosent
4. G. Y.Məlikov
f.-r.e.n., dosent
5. R.İ.Əliyarov
f.-r.e.n., dosent
6. H.M.Quliyev
f.-r.e.n., dosent
7. F.T.İbiyev
f.-r.e.n., dosent
8. A.Ə.Hacıyev
f.-r.e.n., dosent
9. A.R.Əmrahova
f.-r.e.n., dosent
10. A.H.Novruzov
baş
müəllim
11. P.M.Həsənova
baş müəllim
12. Ə.Q.Aslanov
baş müəllim
13. R.R.Əmirova
baş müəllim
14. S.Z.Musayeva
baş müəllim
15.
Z.A.Səmədova
baş müəllim
16. F.P.Babayev
müəllim
KAFEDRADA TƏDRİS OLUNAN FƏNNLƏR HAQQINDA
BAKALAVR PİLLƏSİ
İnformatika və kompyuter texnologiyası;
Təlimdə informasiya texnologiyası;
İnformatika;
Riyaziyyatın ibtidai kursunun nəzəri
əsasları;
Riyaziyyatın ibtidai kursunun tədrisi
metodikası;
İnformatika və onun tədrisi metodikası.
İnformasiya və kompyuter
texnologiyalarının yüksək sürətlə
inkişaf etdiyi və ixtisasından asılı
olmayaraq hər bir mütəxəssisin get-gedə
bu prosesə daha sıx şəkildə bağlandığı
indiki dövrümüzdə günün tələblərinə
cavab verə bilən hərtərəfli mütəxəssis
hazırlığı məsələsi həmişə diqqət
mərkəzində olmalıdır. İndiki dövrdə
kompüter texnologiyasını öyrənmək
istəyənlərin əksəriyyəti, xüsusilə də
humanitar ixtisaslar üzrə təhsil alanlar
tətbiqi məsələlərə daha çox diqqət
yetirirlər. Yəni bu halda diqqət
mərkəzində yalnız kompüterlə praktiki
işləmək üçün zəruri bacarıq və
vərdişlərin yaradılması durur və bu
halda Microsoft Office proqramlarına
üstünlük verilir. Sözsüz ki, İnformasiya
və kompyuter texnologiyasının durmadan
inkişaf etdiyi indiki dövrdə bu çox
mühümdür və perspektiv baxımdan
əhəmiyyətlidir. Bununla yanaşı müasir
dövrün tələblərinə uyğun mütəxəssis
hazırlığından söhbət gedirsə müvafiq
proqram üzrə kurs keçmiş tələbə
Microsoft Office proqramları ilə bərabər
kompyuterin proqram təminatının ən mühüm
hissəsi olan Windows əməliyyat
sisteminin kompyuterlə iş prosesində hər
bir istifadəçinin yardımçısına çevrilə
biləcək bir çox mühüm imkanlarını
mənimsəməli və eləcə də müxtəlif
məsələlərin həlli zamanı rast gələ
biləcək hər cür proqramlardan baş çıxara
bilməlidir. Eyni zamanda bu proqram üzrə
təhsil alan tələbə sürətlə dəyişməkdə və
yeniləşməkdə olan kompyuter
texnologiyasının əsasları ilə tanış
olmalı Windows əməliyyat sistemi ilə
lazımi səviyyədə davrana bilməli,
əməliyyat sisteminin hər cür
imkanlarından istifadə etmək imkanına
malik olmalı və yeri gəldikcə sistemin
sazlanması prosesini öz istəyinə uyğun
həyata keçirməkdə çətinlik çəkməməlidir.
Odur ki, indiki dövrün mütəxəssisi bu
prosesi daim izləmək və hər cür
yeniliklərdən baş çıxararaq onu öz
işində tətbiq etmək qabiliyyətində
olmalıdır. Bu baxımdan İnformatika və
kompyuter texnologiyası fənni
deyilənlərə müvafiq şəkildə dinamik
olmaqla, daim dəyişir və yeniləşir.
İnformatika və kompyuter texnologiyası,
Təlimdə informasiya texnologiyası və
İnformatika
fənləri ADU-nun bakalavr pilləsində
tədris planına uyğun olaraq 1(bir)
semestr (60 saat) ərzində
praktik məşğələ şəklində
tədris olunması üçün nəzərdə tutulur.
Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra bütün sahələrdə olduğu
kimi təhsil sahəsində də çöx ciddi
dəyişikliklər edilməyə başlandı və bu
proses indi də davam etdirilməkdədir.
Belə ki, keçmiş təhsil sistemindəki
müsbət keyfiyyətlər saxlanılmaqla
təhsilin maddi-texniki bazasının müasir
tələblərə cavab verən səviyyədə yenidən
qurulması və yeni təhsil strukturunun
yaradılması istiqamətində çox geniş
islahat işləri aparılır. Bütün bunlarla
yanaşı ayrı-ayrı fənlərin daha
keyfiyyətli və daha səmərəli tədrisinə
nail olmaq məsələsi daim diqqət
mərkəzində saxlanılır. Təbiidir ki, bu
prosesin ilk mərhələsində bir sıra
fənnlərin, o cümlədən, riyaziyyat
fənninin necə tədris olunması
şagirdlərin yuxarı siniflərdə riyazi
biliklərə daha dərindən yiyələnməsi və
eləcə də onların gələcəkdə müxtəlif
ixtisaslar üzrə yüksək səviyyəli
mütəxəssis kadrlar kimi yetişməsində çox
mühüm rol oynayır. Bu baxımdan ibtidai
siniflərdə riyaziyyat fənnini tədris
edən müəllimlərin hərtərəfli riyazi
hazırlığa malik olmaları günün vacib
tələblərindəndir. Hər bir ibtidai sinif
müəllimi “Riyaziyyatın ibtidai kursunun
nəzəri əsasları” proqramının ayrı-ayrı
bölmələri üzrə verilmiş bütün mövzuları
nəzəri və praktiki baxımdan dərindən
mənimsəməli, müxtəlif yazılı, şifahi
hesablama bacarıq və vərdişlərinə
yiyələnməli, məsələ və misallar üçün
müxtəlif həll üsullarının ceçilməsində
özünü yüksək hazırlğa malik səriştəli
mütəxəssis kimi göstərməlidir.
Bu proqram ali məktəblərin bakalavr
pilləsində
“İbtidai təhsilin pedaqogika və
metodikası” ixtisası üzrə təhsil alan
tələbələrə “Riyaziyyatın ibtidai
kursunun nəzəri əsasları” fənninin
tədrisi üçün nəzərdə tutulur. Proqram
yeni kurikulum standartları əsasında
hazırlanmışdır.
Proqramın əhatə etdiyi riyaziyyat kursu
gələcək müəllimlərin ibtidai siniflərdə
şagirdlərə öyrədəcəyi riyazi biliklərin
elm-nəzəri əsasını təşkil edir.
Proqramda ibtidai sinif şagirdlərinə
kurikulum standartlarına uyğun riyazi
biliklərin verilməsi üçün nəzərdə
tutulmuş ən zəruru mövzular yer
almışdır.
ADU-nun bakalavr pilləsində
“Riyaziyyatın ibtidai kursunun nəzəri
əsasları” fənninin kurikulum
standartı əsasında yaradılmış tədris
planına uyğun olaraq 4 (dörd)
semestr ərzində (240 saat-120 saat
mühazirə və 120 saat seminar)
tədris olunur.
MAGİSTRATURA PİLLƏSİ
Riyaziyyat və İnformatika;
Filologiyada elmi araşdırmalar və İKT.
Magistraturada tədris olunan bu fənlərin
əsas məqsədi Azərbaycan Dillər
Universitetinin magistrlərinin sonrakı
elmi və pedaqoji fəaliyyətinin daha
effektiv və peşəkar səviyyədə qura
bilmələri üçün onları kompyuter
texnologiyalarının müvafiq müasir
elementləri ilə tanış etməkdən, onlara
informasiya texnologiyalarından istifadə
vərdişləri aşılamaqdan və bu istiqamətdə
aramsız olaraq meydana çıxan yeni
informasiya-kommunikasiya
texnologiyalarını müstəqil mənimsəyərək
öz gündəlik fəaliyyətində
müvəffəqiyyətlə tətbiq edə bilmək
səviyyəsinə nail olmaqdan ibarətdir.
İnformasiya texnologiyaları bütün
sahələrdə olduğu kimi, filologiyanın
tətbiqi məsələlərində də öz yerini
tapmışdır. Belə ki, mətnlərdə orfoqrafik
və qrammatik yoxlamaların aparılması,
avtomatik əvəzetmə, sətrdən sətrə keçmə
işarələrinin qoyulması, maşınla tərcümə,
mətnlərin optik təyini və s. kimi işləri
təmin edən proqramların adını çəkmək
olar. Lakin bəzi linqvistik məsələlərin
kompyuter həlli başa çatdırılmamışdır.
Bu çatışmazlıq doğma dilimizdə özünü
daha qabarıq şəkildə göstərir. Belə
məsələləri yalnız kompyuter
mütəxəssislərinin həll edəcəyini
düşünmək düzgün olmazdı. Daha uğurlu
nəticələr, həm filoloq, həm də kompyuter
mütəxəssisinin birgə fəaliyyəti
nəticəsində əldə oluna bilər. Bu
baxımdan kompyuter və telekommunikasiya
texnologiyalarının lazımi səviyyədə
tədrisi humanitar sahələrdə aktualdır və
bu iş məqsədyönlü şəkildə aparılmalıdır.
Digər sahələrdə olduğu kimi, tətbiqi
dilçilikdə də həll ediləcək məsələlərin
riyazi modelinin qurulması zəruridir.
Bunun görə də dilçi mütəxəssisin müəyyən
riyazi anlayışlara, riyazi üsullardan
istifadə etmək bacarığına yiyələnməsi
vacibdir. Riyaziyyat və informatika
fənninin də əsas xəttini təhsilin yüksək
pilləsinə humanitar sahələr üzrə
magistrlərin bu istiqamətdə hazırlanması
təşkil edir.
Digər tərəfdən tədris proqramına MS
Office texnologiyalarının müxtəlif
təyinatlı və strukturlu sənədlərin
hazırlanması ilə əlaqədar magistr üçün
daha effektiv və nisbətən mürəkkəb
elementləri daxil edilmişdir. Digər
böyük bir qisim mövzular elmi və tədris
xarakterli məlumatların elektron
vasitələrlə əldə olunması və emalı ilə
əlaqədardır. Bu mövzulara ilk növbədə
İnternetdə axtarışın effektiv təşkili,
mətnlərin kompyuter vasitısilə emalı
proqramlarından istifadə məsələləri və s.
aiddir.
Suni intellekt sistemləri, informasiya
təhlükəsizliyi və informasiya sistemləri
ilə əlaqədar ayrıca mövzular daxil
edilmişdir.
Tələbələrin Azərbaycan Respublikasında
informasiya və kommunikasiya
texnologiyalarının inkişafı üzrə dövlət
siyasəti, bu texnologiyaların təhsildə,
elmi tədqiqatlarda və dövlət
idarəçiliyində tətbiqi, “elektron
hökumət” və “elektron sənəd dövriyyəsi”
kimi mühüm anlayışlarla da tanış olmağı
nəzərdə tutulur.
Kompyuter texnologiyası ilə bağlı
əvvəlki biliklər bu gün zəruri olan
biliklərin çox az bir hissəsini təşkil
edir. Yəni, bu sahənin xarakterik
xüsusiyyəti ondan ibarətdir ki, çox
sürətlə köhnəlmə və yeniləşmə prosesi
gedir. Odur ki, indiki dövrün
mütəxəssisi bu prosesi daim izləmək və
hər cür yeniliklərdən baş çıxararaq onu
öz işində tətbiq etmək qabiliyyətində
olmalıdır.
Riyaziyyat və İnformatika, Filologiyada
elmi araşdırmalar və İKT
fənləri ADU-nun magistr pilləsində 1
semestr ərzində 30 saat
(mühazirə və praktik məşğələ
şəklində) tədris olunması üçün nəzərdə
tutulur.
|