ELM

 

internetdə

saytda

 


 

..: FAKÜLTƏLƏR VƏ KAFEDRALAR - TƏRCÜMƏ FAKÜLTƏSİ :..  
   

Bakalavr pilləsi üzrə Tərcümə fakültəsi Tərcümə və İnterpretasiya üzrə aşağıda göstərilən dilləri təklif edir: 

a) İngilis Azərbaycan/Rus  

b) Fransız Azərbaycan/Rus 

c) Alman Azərbaycan/Rus 

d) İtalyan Azərbaycan/Rus 

e) İspan Azərbaycan/Russia 

f) Koreya Azərbaycan /Rus/İngilis 

Tərcümə fakültəsində 500-ə yaxın tələbə təhsil alır. Fakültənin tədris proqramı ədəbi, texniki, iqtisadi və siyasi tərcümələr daxil olmaqla müxtəlif sahələri əhatə edən yazılı və şifahi tərcümələr üzrə kurslar təşkil edir. Proqram tələbələrin tərcümə və interpretasiya  sahəsində ən yüksək səviyyəli vərdişlərə nail olmasını nəzərdə tutur. Bu məqsədə nail olmaq üçün tərcüməçilər müasir metodologiyadan yararlanırlar. Tədris proqramı ən son bazar iqtisadiyyatı tələblərinə cavab verən fənləri əhatə edir. 

Tərcümə fakültəsinin proqramları aşağıdakı kafedralar tərəfindən işlənib hazırlanır: 

a) Tərcümə nəzəriyyəsi və praktikası kafedrası 

b) İngilis dili kafedrası  

c) Fransız dili kafedrası 

d) Alman dili kafedrası 

e) İspan dili kafedrası 

f) İtalyan dili kafedrası 

g) Koreya dili kafedrası 

Fakültə Alman Akademik Mübadilə Şurası, UNESCO, Torontonun York Universiteti (Kanada), İspaniyanın Xarici İşlər Nazirliyi və digər müəssisələrlə sıx əməkdaşlığa malikdir.

 
   
Bookmark and Share

Yuxarı qalx