|
Regionşünaslıq və Beynəlxalq
münasibətlər fakültəsi aşağıda
göstərilən BA proqramlarını təklif edir:
a)
Avropaşünaslıq (Böyük Britaniya, Fransa
və Almaniya)
b)
Amerikaşünaslıq (ABŞ)
c)
skandinaviyaşünasliq (əsasən Norveç)
e) Orta Şərq
və İsrailşünaslıq
f)
Azərbaycanşünaslıq
g) Beynəlxalq
münasibətlər
Fakültə
adıçəkilən regionların beynəlxalq
münasibətlər, qlobal siyasət,
iqtisadiyyat, mədəni məsələlər, eyni
zamanda tarix, coğrafiya, siyasət,
iqtisadi həyat və mədəni prosesləri əks
etdirən müasir material və ədəbiyyatla
təchiz edilmişdir. Tədris prosesinə
yüksək ixtisaslı mütəxəssislər və
ekspertlər cəlb olunmuşlar. Tələbələr
universitetə tez-tez mühazirəçi qismində
təşrif buyuran məşhur yerli və xarici
siyasi liderlər, ictimai xadimlər,
diplomatic nümayəndələr və akademiklərlə
ünsiyyət qurmaq imkanı əldə edirlər.
Eyni zamanda tələbələr kitablar,
jurnallar və regionda baş verən ən son
ideyalar və analizləri özundə əks
etdirən unikal mərkəzdən faydalana
bilirlər. Tələbələr həmçinin
Universitetdə fəaliyyət göstərən Amerika
Mərkəzində, İsrail və Orta və Yaxın Şərq
Mərkəzində, Skandinaviya Mərkəzində,
Alman Oxu zalında mövcud olan
materiallardan istifadə edirlər. Tədris
proqramları beynəlxalq münasibətlər və
müasir siyasət, qlobal iqtisadi
proseslər, regional məsələlər barədə
nəzəri bilikləri əldə etməyə və onların
analitik və tənqidi yanaşma tərzlərini
inkişaf etdirməyə, araşdırma
qabiliyyətlərini formalaşdırmağa xidmət
göstərir.
Beynəlxalq
münasibətlər üzrə olan proqram, eyni
zamanda digər proqramlar milli və
beynəlxalq təhlükəsizlik, davamlı bəşəri
inkişaf, globallaşma, münaqişə həlli və
diplomatik xidmət, beynəlxalq və yerli
təşkilatlar barədə ətraflı məlumat
toplama, psixologiya, məntiq, fəlsəfə,
tarix, coğrafiya kimi ümumi təhsil
sahəsində əsaslı biliklərə yiyələnmə, və
tələbələrin dil qabiliyyətlərini və
özünümüdafiə bacarıqlarını inkişaf
etdirmək üçün hazırlanıb işlənmişdir. Bu
proqramlar tələbələrə müvafiq ölkənin
kompleks şəkildə, eyni zamanda müəyyən
ölkələrlə əlaqələrini öyrənməyə imkan
verir. Proqramlar regionun əsas dil
vasitəsini və əlavə xarici dilləri
öyrənmə prinsiplərini özündə əks
etdirir.Bu proqram həmçinin tələbələri
beynəlxalq münasibətlər və Azərbaycanın
xarici siyasətinə həsr edilmiş üç aydan
bir nəşr edilən jurnala və Gənc
Diplomatlar Klubu vasitəsilə onları
dəyirmi masalara, seminarlara cəlb
etməklə onların analitik araşdırma
bacarıqlarını inkişaf etdirir.
Azərbaycanşünaslıq ixtisasının proqramı
Azərbaycan haqqında yerli və xarici
tələbələrə ətraflı məlumat vermək üçün
tərtib edilmişdir. Bu proqram
Azərbaycanı və Qafqaz regionunu tarixi
və beynəlxalq münasibətlər, iqtisadi
inteqrasiya, geosiyasət və mədəni
tendensiyalar nöqteyi nəzərindən
ətraflı ətraflı məlumat verir. Xarici
tələbələr üçün Azərbaycan dili bütün
proqram boyu tədris olunur.
Dərslər
aşağıdakı kafedralar tərəfindən işlənib
hazırlanır:
a) Beynəlxalq
münasibətlər kafedrası
b)
Regionşünaslıq kafedrası
c) Qərb
dilləri kafedrası
d) Fəlsəfə
kafedrası
c) Tarix
kafedrası |