|
Filologiya fakültəsi ADU-nun bir qurumu
olmaqla ingilis, alman, fransız,
Azərbaycan dili və ədəbiyyatı, həmçinin
ayrıca Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi ixtisasları üzrə kadr
hazırlığını həyata keçirir.
Fakültənin
müxtəlif ixtisaslar üzrə akademik
proqramlarına nəzər yetirdikdə görünür
ki, bu fakültəni bitirən məzunların həm
seçilmiş ixtisasa müvafiq olaraq dil
üzrə, həm də həmin dilin ədəbiyyatı üzrə
kifayət qədər bilik və bacarıq toplamaq
imkanları vardır. Bu keyfiyyətlər
Avropaya inteqrasiya edən ADU tələbələri
olaraq Filologiya fakültəsinin
məzunlarına böyük imkanlar yaradır və
onların məsuliyyətini daha da artırır.
Çünki, xarici dildə danışan və
ədəbiyyatla zənginləşmiş dünya görüşünə
malik olan şəxslər mədəniyyətlərarası
mübadilələrdə daha tez dialoqa girmək
qabiliyyəti əldə etmiş olurlar. Bir
xarici ədəbi-bədii məhsulu (bədii əsər)
öz ölkəsində, yaxud da öz xalqına məxsus
olanı xaricdə təbliğ edə bilmək milləti
və onu dəyərləndirən şərtləri:
sivilizasiya, milli-mədəni mənsubluq,
etimologiya, psixoloji-fizioloji,
coğrafi, kulturoloji, linqvistik və s.
özəllikləri, ən nəhayət, özgəni və özünü
tanıtmaq bacarığı deməkdir. Bizim
tələbələrimiz qarşılarında açılan bu
imkanları düzgün qiymətləndirməyi
bacarmalıdırlar.
Xüsusi olaraq onu da qeyd etmək lazımdır
ki, falkültədə qüvvədə olan təhsil
qanununa müvafiq ali təhsilin iki
pilləsi üzrə təhsil paralel həyata
keçirilir: bakalavriatura və
magistratura.
Filologiya fakültəsi əvvəlcə
Roman-German filologiyası adı ilə
2001-ci ildə yaradılıb. Fakültə
Azərbaycan Dillər İnstitutunun
Azərbaycan Dillər Universiteti
adlandırıldığı dövrdə geniş vüsət
taparaq inkişaf etdirilən fakültələrdən
biridir. 2002/2003-cü tədris ilindən
başlayaraq fakültədə “Azərbaycan dili və
ədəbiyyatı” bölməsi fəaliyyət göstərməyə
başlayıbdır. Bu bəzi
türkoloq-azərbaycanşünas alimlərin
təşəbbüsünə hörmətli rektorumuz prof.
Səməd Seyidovun dərhal qəbul etdiyi
müsbət cavab idi. Roman-German
filologiyası fakültəsinin adı ADU-nun
Elmi Şurasının 29 may 2009-cu il tarixli
qərarına əsasən 01 iyul 2009-cu il 99
№-li əmrlə dəyişdirilərək Filologiya
fakültəsi adlandırılmışdır.
Boloniya prosesi çərçivəsində Filologiya
fakültəsi sözügedən prosesin
prioritetlərini həyata keçirir: 1)
Kredit Transfer Sisteminin tətbiqi(AKTS)
2) Keyfiyyətə təminat və ixtisasların
qarşılıqlı tanınması 3) Üçpilləli təhsil
sistemi (bakalavriat, magistratura,
doktorantura).
Fakültənin bakalavriatura pilləsində
yalnız əyani, magistratura pilləsində
isə həm əyani, həm də qiyabi təhsil
forması mövcuddur. Filologiya
fakültəsinin yaradılması fakültənin
fəaliyyəti üçün zəruri olan digər
kafedraların yaradılması (Azərbaycan
dilçiliyi, Azərbaycan ədəbiyyatı və s.)
və daha da genişləndirilərək inkişaf
etdirilməsi işinə müsbət mənada təkan
vermişdir. Çünki, fakültədəki təhsil
prosesi bu ehtiyacların ödənilməsini
şərtləndirir və tələb edirdi.
Filologiya fakültəsində iki növbəli
tədris prosesi həyata keçirilir. Tədris
prosesi həm bakalavriaturada, həm də
magistraturada 2 saylı tədris binasında
reallaşdırılır. Fakültə dekanlığı 2
saylı tədris binasında, 4-cü mərtəbədə,
406-cı otaqda yerləşir.
Hal–hazırda fakültənin bakalavriatura
pilləsində 609 tələbə, magistratura
pilləsində isə 64 tələbə təhsil alır.
Fakültədə ümumulikdə 78 xarici vətəndaş
(Türkiyə, İsrail, Gürcüstan və s.)
təhsil alır.
Fakültənin nəzdində 6 kafedra fəaliyyət
göstərir:
Xarici ölkələr ədəbiyyatı kafedrası
Ümumi dilçilik kafedrası
Azərbaycan dilçiliyi kafedrası
Azərbaycan ədəbiyyatı kafedrası
Psixologiya kafedrası
Bədən tərbiyəsi və idman kafedrası
Fakültədə (2 saylı tədris binasında)
İngilis dilinin üslubiyyatı və nitq
mədəniyyəti kafedrası nəzdində müasir
kompüter, audio və video qurğularla
təmin olunmuş laboratoriya fəaliyyət
göstərir, 1 fonetika kabineti,
informatika dərslərinin aparılması
məqsədi ilə lazımi avadanlıqlarla təchiz
olunmuş 4 informatika kabineti
mövcuddur. Ümumilikdə tədris olunan
fənlərdən asılı olaraq (öyrənilən əsas
dil, yazılı/şifahi nitq praktikası, ölkə
ədəbiyyatı, metodika, ölkəşünaslıq və
s.) dərslərdə mümkün qədər lazımi
texniki avadanlıqlardan istifadə olunur.
Fakültədə müxtəlif pillələr üzrə
aşağıdakı ixtisaslar mövcuddur:
I. Bakalavriatura pilləsi üzrə
ixtisaslar:
050201 – Filologiya:
– Azərbaycan dili və ədəbiyyatı
– İngilis dili və ədəbiyyatı
– Alman dili və ədəbiyyatı
– Fransız dili və ədəbiyyatı
050101 – Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi
II. Magistratura pilləsi üzrə
ixtisaslar:
-
HSM-020000 – İngilis ədəbiyyatı
-
HSM-020000 – Alman ədəbiyyatı
-
HSM-020000 – Fransız ədəbiyyatı
-
HSM-020000 – Azərbaycan ədəbiyyatı
-
HSM-040000 – Azərbaycan dili
-
HSM-020003 – Ümumi Dilçilik
Fakültənin əsas fəaliyyəti: 1) tədris 2)
elmi tədqiqat 3) tərbiyəvi-ideoloji
istiqamətlərdə reallaşır. Fakültə bir
qurum olaraq bütün sahələrdə ADU-nun
daxilindəki nizam-intizam meyarlarına
müvafiq qaydada idarə olunur və görülən
hər bir işdə tam məsuliyyətliliyin
nümayiş etdirilməsinə çalışılır.
Filologiya fakültəsi nəzdində Elmi Şura
fəaliyyət göstərir. Elmi Şuranın 14 üzvü
var. Elmi Şuraya fakültə dekanı
rəhbərlik edir. Buraya tədris işləri
üzrə müavin, FMHT-nın (Fakültə Müəllim
Həmkarlar Təşkilatı) sədri, TGT-nın
(Tələbə Gənclər Təşkilatı) sədri,
THT-nın (Tələbə Həmkarlar Təşkilatı)
sədri, TEC-in (Tələbə Elmi Cəmiyyəti)
sədri, həmçinin, Filologiya fakültəsi
nəzdində fəaliyyət göstərən kafedraların
müdirləri və bəzi seçilmiş üzvlər
daxildirlər.
Elmi Şuranın hər ayda ən azı bir dəfə
iclası olur. Dərs ilinin ilk ayında
keçirilən iclasda Fakültə Elmi
Şurasının iclas qrafiki təsdiqlənir və
il boyunca qrafikdə ehtiyac olduqda
lazımi əlavələr və dəyişikliklər
aparılır. Hər bir iclasda qrafikə
müvafiq olan məsələlərin müzakirəsi
təşkil edilir və həlli yolları
axtarılır.
Fakültədəki fəaliyyətin ən əsas özəlliyi
ondadır ki, yuxarıda sadaladığımız hər
bir istiqamətdə işlərin görülməsində
kafedralarla sıx ünsiyyətimiz mövcuddur.
Yəni, müxtəlif kafedralar üzrə
professor-müəllim heyəti tədris
prosesini reallaşdırmaqla yanaşı
tələbələrin elmə maraq göstərməsinə,
həmçinin tələbələrimizin tərbiyəvi və
ideoloji sahədə inkişafına ciddi kömək
göstərməklə onlara yardımçı olurlar.
Eyni zamanda göstərilən istiqamətlərdə
işlərin icrası şəxsən dekanın ciddi
nəzarəti və birbaşa iştirakı olmaqla 3
dekan müavini, Fakültə Müəllim Həmkarlar
Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə
Həmkarlar Təşkilatı, Tələbə Gənclər
Təşkilatı sədrlərinin və fəallarının
yaxından iştirakı ilə reallaşır.
Filologiya fakültəsində müxtəlif ixtisas
qruplarına müvafiq olaraq aşağıdakı
akademik proqramlar üzrə dərs yükləri
həyata keçirilir:
|