|
Alman dili
fakültəsi alman mədəniyyətinin
tərənnümçüsü olan böyük tarixi ənənəyə
malik olan fakültədir. Alman dilinin XX
əsrin əvvəllərindən aristokrat dili kimi
öyrənilməsinə baxmayaraq bu dil 1930–cu
illərdə pedaqoji universitetin tədris
proqramına ixtisas fənni kimi daxil
edilmişdir. Bu fakültə öz müstəqil
fəaliyyətinə 12 sentyabr 1949-cu ildə C.
Cəfərovun dekan kimi rəhbərliyi altında
başlamışdır. Təhsilini Almaniyanın
Humboldt Universitetində almış C.
Cəfərov fakültənin alman təhsil
sisteminin qaydalarına müvafiq təşkil
olunmasına öz gərgin əməyi və səyi
nəticəsində nail olmuşdur və həmin
vaxtdan bu günə qədər Alman dili
fakültəsi alman dili ixtisası üzrə
müəllim hazırlayır.
19 dekabr
2009-cu ildə fakültənin 60 illik
yubileyinin beynəlxalq səviyyədə təntənə
ilə qeyd olunması fakültənin fəaliyyət
tarixinə verilən yüksək dəyər kimi
konfrans iştirakçılarının yaddaşında
silinməz iz buraxmışdır.
Alman dili
fakültəsinin öz fəaliyyəti müddətində
Almaniya universitetləri ilə daim elmi-
yaradıcılıq və təhsil sahəsində uğurlu
əlaqələri olmuşdur. Azərbaycan
Respublikası öz müstəqilliyinə nail
olduqdan sonra bu elmi və mədəni
əlaqələr üçün daha geniş imkanlar
yaranmışdır. Bunun nəticəsində 1999-cu
ildə ADU ilə Almaniyanın Boxum
Universiteti arasındakı əməkdaşlıq
müqaviləsinə müvafiq alman dili
fakültəsində eksperimental tədris üsulu
tətbiq olunmuşdur. 2008-ci ildən isə
bütün fakültədə təhsil bu proqram
əsasında həyata keçirilir. Hal-hazırda
Avropanın aparıcı dövlətləri olan
Almaniya və Avstriya kimi dövlətlərin
nüfuzlu universitetləri ilə elmi
əməkdaşlıq əlaqələri mövcuddur. Bu
əlaqələrin sayəsində Almaniya və
Avstriya dövlətlərinin yardımı ilə yeni
elektron kitabxana və mədəniyyət
mərkəzləri yaradılmışdır.
Alman dili
fakültəsinin 2009-cu ildə Almaniyanın
Frayburg və 2010-cu ildən isə
Avstriyanın Grats Universitetləri ilə
imzalanmış əməkdaşlıq müqaviləsinə
əsasən tələbə və müəllimlərin həmin
universitetlərdə təhsil almalarına,
təkmilləşmələrinə və elmi tədqiqat
işləri aparmalarına şərait
yaradılmışdır. Bu baxımdan elmin
inkişafı üçün dünya miqyaslı təşkilata
çevrilmiş Alman Akademik Mübadilə
Xidməti (DAAD)–nin əvəzsiz rolu
danılmazdır. Qeyd edək ki, bu təşkilat
Azərbaycanda alman dili
mütəxəssislərinin yetişdirilməsində
böyük rol oynayır.
Alman dili
fakültəsində professor F. Y. Veysəllinin
rəhbərliyi ilə “Eksperimental fonetika
və tətbiqi dilçilik”, dosent Ç.
Qurbanlının rəhbərliyi ilə
“Leksikologiya və leksikoqrafiq
araşdırmalar” laboratoriyaları fəaliyyət
göstərir. Fakültədə kafedra
müdirlərindən, fakültənin müəllim və
professor heyətindən, həmçinin Tələbə
Həmkarlar Təşkilatı və Tələbə Elmi
Cəmiyyətinin sədrləri daxil olmaqla 11
nəfərdən ibarət Fakültə Elmi Şurası
vardır. Fakültə Elmi Şurası müəllimlərin
seçki və müqavilə müddətinin təyin
olunmasını müəyyənləşdirir, buraxılış
işləri və magistr dissertasiyalarının
mövzularını müzakirə və təsdiq edir,
fakültə müəllimləri tərəfindən
hazırlanan dərslik, dərs vəsaitləri və
tədris proqramlarının nəşrinə rəy verir,
gənc aspirant və doktorantların illik
hesabatlarını dinləyərək onları
attestasiyadan keçirir, saathesabı
qaydası üzrə fəaliyyət göstərəcək
müəllimlərin müsabiqə yolu ilə seçiminə
qərar verir, fakültənin əməkdaşlıq
etdiyi universitetlərdə təhsil alacaq
tələbələrin və təkmilləşmə kursu keçəcək
müəllimlərin seçimini tənzimləyir,
onların oradakı fəaliyyəti başa
çatdıqdan sonra hesabatı dinlənilir və
qiymətləndirilir. Pedaqoji praktikaya
rəhbərlik edən metodist müəllimlərin
hesabatı dinlənilir və onlara pedaqoji
praktikanın təkmilləşməsi üçün innovativ
təklif və tövsiyələr verilir.
Alman dili
fakültəsinə 1976-1989-cu illərdə f.e.n.,
dosent S. Ə. Abdullayev, 1989-1993-cü
illərdə f.e.n., dosent İ. H. Məmmədov,
1994-2004 f.e.d., professor S. Ə.
Abdullayev, 2004-2008-ci illərdə f.e.n,
dosent Ç. H. Qurbanlı rəhbərlik
etmişdir. 8 iyul 2008-ci ildən isə
f.e.n., dosent U. B. Aslanova fakültəyə
başçılıq edir.
Alman dili
fakültəsində 2010/2011–ci tədris ilinin
əyani şöbəsində bakalavr pilləsi üzrə
209 tələbə, magistratura pilləsi üzrə
isə 8, qiyabi şöbəsində isə 1 tələbə
təhsil alır.
Fakültədə
aşağıdakı ixtisaslar mövcuddur:
I.
Bakalavr pilləsi üzrə ixtisas:
Alman dili müəllimi
(əyani şöbə)
II. Magistratura pilləsi
üzrə ixtisaslar:
1. Dilşünaslıq
2. Xarici dil və
ədəbiyyatın tədrisi metodologiyası və
metodikası (əyani və qiyabi şöbə)
Alman dili fakültəsinin
tərkibində üç kafedra fəaliyyət
göstərir:
1. Alman dilinin
leksikologiyası və üslubiyyatı kafedrası
2. Alman dilinin
fonetikası, qrammatikası və dil tarixi
kafedrası
3. Praktik ingilis dili
kafedrası.
Fakültədə iki növbəli
tədris prosesi iki nömrəli tədris
binasında həyata keçirilir. Fakültənin
nəzdində müasir kompüter, audio və video
qurğularla təchiz olunmuş auditoriyalar
tələbə və müəllimlərin sərəncamındadır.
Bu da informasiya-kommunikasiya
texnologiyaları əsasında tədrisin müasir
standartlara müvafiq təşkilinə zəmin
yaradır.
2005–ci
ildən fakültədə tədris boloniya təhsil
sisteminin prinsiplərinə müvafiq həyata
keçirilir. Tədris fənləri günün
tələblərinə cavab verən müasir proqram
və dərsliklərlə keçilir. İxtisas
fənlərindən ayrı-ayrı kurslar üzrə
kompleks dərsliklər Universitet
rəhbərliyinin qayğısı və zəhməti
sayəsində Almaniyadan gətirilmişdir. Heç
şübhəsiz ki, bu dərsliklər müasir dünya
standartlarına cavab verə biləcək alman
dili müəllimlərinin hazırlanmasında
əvəzsiz rol oynayır. |