|
Azərbaycan Dllər Universitetinin
ayrılmaz hissəsi olan Fransız dili
fakültəsi öz inkişaf yoluna 1948-ci
ildən başlamışdır. 1973-cü ildən bu günə
qədər Fransız dili fakültəsi müstəqil
fakültə kimi fəaliyyət göstərməkdədir.
2000-ci ildən başlayaraq fakültə sürətlə
inkişaf etmişdir. Bu inkişaf “filyer”
konsepsiyası ilə sıx bağlıdır. “Filyer”
konkret olaraq fakültənin xsusi tədris
planı əsasında fəaliyyət göstərməsini
bildirir. İlk tədris planı Fransanın
Strasburq şəhərində yerləşən Mark Blok
Universitetinin ( hazırda Strasburq
Universiteti) professoru cənab
Jan-Kristof Pöla ilə birgə razılıq
əsasında tərtib edilmiş və ilkin
variantda yalnız ixtisas üzrə fənlər
nəzərdə tutulmuş, 2009-2010-cu tədris
ilindən başlayaraq isə bura ümumpeşə,
ixtisas (o cümlədən seçmə) və xüsusi
fənlər də əlavə edilmişdir ki, bu da həm
Azərbaycan Respublikası, həm də Fransa
tədris proqramlarının sintezini təşkil
edir.
Azərbaycan Dillər Universitetinin
rektoru, professor S.İ.Seyidovun səyi
nəticəsində Fransadan tələb olunan
dərslik və dərs vəsaitləri, audio və
video kassetlər, CD və DVD-lər gətirilib
istifadə üçün universitet kitabxanasına
təhvil verilərək fakültədə müvafiq
maddi-texniki baza yaradılmışdır.
Fransız dili fakülətsi ilə Fransanın
Strasburq Universiteti arasında sıx
əlaqələr mövcuddur. Bu, 1998-ci ildə
müvafiq müqavilə əsasında qurulmuş
əməşdaşlıqdır. Strasburq Universitetinin
professorları Jan-Kristof Pöla ( o eyni
zamanda ADU-nun fəxri professorudur) və
Jan – Pol Meyer fakülə ilə fəal
əməkdaşlıq edirlər. Hər il tədrisdə
fərqlənən bir – iki məzun magistratura
pilləsində təhsillərini davam etdirmək
üçün Strasburq Universitetinə
göndərilir.
Bu gün Fransız dili fakültəsində fransız
dili ixtisası üzrə bakalavr, fransız
dili, xarici dil və ədəbiyyatın tədrisi
metodologiyası və metodikası ( fransız
dili) ixtisasları üzrə magistrtura
pillələri fəaliyyət göstərir.
Hazırda Fransız dili fakültəsi nəzdində
iki kafedra fəaliyyət göstərir: Fransız
dilinin fonetikası və ədəbiyyatın
tədrisi metodologiyası və I kursda
yazılı və şifahi nitq praktikası
kafedrası, Fransız dilinin
leksikologiyasl və üslubiyyəti
kafedrası.
Fakültənin ali orqanı Fakültə Elmi
Şurasıdır. 11 üzvü olan Şura ayda bir
dəfə keçirilir və burada fakültənin
fəaliyyətinə dair məsələlər müzakirə
olunaraq müvafiq qərar qəbul olunur.
Fransız dili fakültəsində 211 бакалавр
вя 15 маэистр тялябя тящсил алыр.
Fransız dili fakültəsi daim yeniləşmə,
mükəmməlləşmə və axtarışlar şəraitində
fəaliyyətini qurur. Bu gün fakültə
Boloniya tədris proqramının əsas
müddəalarını həyata keçirir. Yüz ballıq
qiymətləndirmə, kredit sisteminin
tədbiqi, akademik borcların müvafiq
şəkildə ləğv edilməsi, müəllimlərin
fəaliyyətinin tələbələr tərəfindən
dəyərləndirilməsi, seçmə fənlərin
müəyyənləşdirilməsi və s. fakültənin
gündəlik iş refimini təşkil edən
göstəricilərdir.
Fakültənin Fransanın Azərbaycandakı
Səfirliyi və Fransa Mədəniyyət Mərkəzi
ilə əlaqələri xüsusi əhəmiyyətə
malikdir. Fransa dili fakültəsi Dünya
Frankofoniya günlərinin fəal
iştirakçılarındandır.
Hazırda fakültədə 2 fransalı müəllim
çalışır.
Fakültə tələbələri Tələbə Elmi
Cəmiyyətinin xətti ilə işə cəlb olunur.
Universitetin Gənclər Təşkilatı hal
hazırda gərgin fəaliyyət, xüsusi fəallıq
göstərir və öz sıralarında fakültənin ən
fəal tələbələrini birləşdirir. Fransız
dili fakültəsinin gələcəyi etibarlı
əllərdə - bu günki nizam-intizamlı,
tərbiyəli, ağıllı savadlı, yüksək
potensiala malik olan vətənpərvər
tələbələrin əlindədir. |