|
2№li İngilis dili fakültəsi artıq 10
ildir ki, fəaliyyət göstərir, o,
pedaqoji təmayüllü fakültədir, bu
fakültədə təhsil alan tələbələrin
ixtisası İngilis dili müəllimidir.
Azərbaycan Dillər Universiteti (ADU)
2№li İngilis dili fakültəsinin bakalavr
pilləsinin əyani şöbəsi üzrə
2010-2011-ci tədris ilində təhsil alan
tələbə heyətinin mövcud tərkibi
aşağıdakı kimidir:
I, II, III və IV kurs üzrə Azərbaycan və
rus bölmələrində təhsil alan tələbələrin
ümumi sayı 733 nəfərdir, bunlardan
332-si dövlət hesabına, 401-i isə
ödənişli əsaslarla təhsil alır.
2010-2011-ci tədris ilində axşam
şöbəsinə qəbul dayandırıldıqdan sonra,
axşam şöbəsində təhsil II, III və IV-cü
kurs üzrə həyata keçirilir. Axşam şöbəsi
üzrə cari tədris ilində təhsil alan
tələbə heyətinin mövcud tərkibi
aşağıdakı kimidir:
II, III və IV kurs üzrə Azərbaycan və
rus bölmələrində təhsil alan tələbələrin
ümumi sayı 133 nəfərdir, bunlardan 38-i
dövlət hesabına, 95- isə ödənişli
əsaslarla təhsil alır.
Fakültə həm elmi, həm də ictimai
baxımdan olduqca aktivdir. Fakültə
daxilində fəal ictimai fəaliyyət
göstərən Tələbə Həmkarlar Təşkilatı
(THT), habelə tələbələri elmi fəaliyyətə
cəlb edən Tələbə Elmi Cəmiyyəti (TEC)
mövcuddur. Onlar istər fakültə
rəhbərliyi, istərsə də universitetin
ictimai işlərində yaxından iştirak
edirlər.
2№li İngilis dili fakültəsinin
tərkibində beş kafedra fəaliyyət
göstərir:
1. İngilis dilinin qrammatikası
kafedrası
2. İngilis dilinin leksikası və
ölkəşünaslıq kafedrası
3. Xarici dillərin tədrisi metodikası
kafedrası
4. Praktik alman dili kafedrası
5. Mülki müdafiə kafedrası.
Fakültədə adları qeyd olunan
kafedraların müdirləri və aparıcı
alimlərlə yanaşı Tələbə
Elmi Cəmiyyəti və Tələbə Həmkarlar
Təşkilatlarının sədrlərindən ibarət
fakültə şurası fəaliyyət göstərir. |