|
Hazırlıq Şöbəsi
Xarici Dilləri öyrənməyi arzu edənlərin
hamısını Azərbaycan Dillər
Universitetinə dəvət edirik!
Universitet Azərbaycanda dilçilik
sahəsində və geniş profilli
ixtisasçılara xarici dilləri öyrədən
aparıcı təhsil müəssisəsidir.
Universitet güclü pedaqoji metodiki
səriştəsi olan potensiyala malikdir.
Məhz ona görə də, kursda istifadə edilən
kommunikativ metodika bizim əsəs
üsulumuz hesab olunur. Bu da məzunların
və bütün dil öyrənməyi arzu edənlərin
yüksək hazırlıq səviyyəsini müəyyən
edir.
Xarici dillər kursu ingilis, alman,
fransız, rus, azərbaycan dillərinin
praktik öyrədilməsini həyata keçirir.
Kursda təhsil abituriyentlər və xaricı
dilləri öyrənmək istəyən Azərbaycan
vətəndaşları üçün nəzərdə tutulmuşdur.
Kursun nizamnaməsinə uyğun olaraq,
kursda işləyən müəllimlər 3 səviyyəli
(ibtidai, əsas, daha təkmilləşmiş)
təhsilə tam təminat verir.
Bütün tədris prosesi texniki
vasitələrin(maqnitafon, video, CD)
tətbiqi ilə qırılmaz surətdə bağlıdır.
Kursun məqsədinə aşağıdakılar aiddir:
-
Xarici dildə danışmaq və başa düşmək
bacarıq və vərdişlərinin
formalaşması, inkişafı və
təkmilləşdirilməsi, ünsiyyətin
qurulması, xüsusən gündəlik-məişət
və ictimai-mədəni sahələrdə işgüzar
əlaqələırin qurulması.
-
Xarici dillərin fonetikasının,
qrammatikasının forma və
strukturlarının müvafiq mövzularda
işlədilməsi, inkişafı və
təkmilləşdirilməsi.
-
Ümumi, bədii, elmi kütləvi və
işgüzar xarakterli orijinal
mətnlərin oxumaq bacarıq və
vərdişlərinin əldə edilməsi.
-
Öyrəndiyi xarici dilin istifadə
edildiyi ölkələr barəsində biliklər
əldə eləmək.
-
Yazılı nitqin bacarıq və
vərdişlərinin inkişafı.
Kursu bitirən dinləyicilər aşağıdakıları
bacarmalıdir:
-
Xarici dildə söhbət etməyi və hər
hansı diskusiyada fikir yürütmək;
-
Xarici dillərin normalarına cavab
verən leksik ardıcılliğı və nitq
xüsusiyyətlərini əks etdirən
monoloq hazırlamaq və çıxış etmık;
-
Öyrənilmiş mövzu çərçivəsində
müxtəlif janr və üslubların audio və
yazı məlumatlarını başa düşmək;
-
şəxsi və işə aid olan yazışmaları
hayata keşirmək, orta çətinlikdə
olan balaca bir mətnin xarici dildən
azəri dilinə, azəri dilindən xarici
dilə tərcümə etmək.
-
Hər təhsil kursu 8 ay nəzərdə
tutulmuşdur. Bu da hərəsi 4 ay davam
edən 2 semestrdən ibarətdir.
Beləliklə, 0-dan dil öyrənən
abituriyentlər üçün bu kurs 4 semestr
davam edir, müəyyən bilik və bacarığı
olan abituriyentlər pulsuz olaraq
testdən keçərək, uyğun kursa qəbul
edilir.
Dərslər həftədə 3 dəfə, I, III, V günlər
və hər dəfə 2 saat davam edir.
Kursun təhsil haqqı barədə yerində
öyrənmək olar.
Kursda 1-ci semestrin sonunda zaçot,
2-ci semestrdə isə imtahan olur. Kursu
müvəffəqiyyətlə bitirənlərə Vəsiqə
verilir.
Kursa qəbul ildə iki dəfə keçirilir:
sentyabrın 1-dən 30-dək və əlavə olaraq
10 yanvardan
по
10 fevraladək.
Sentyabr ayında qəbul olunanlar
oktyabrın 1-də, fevralda qəbul olnanlar
isə – 12 fevralda dərsə başlayır.
Kursa yazılmaq üçün lazım olan
sənədlər:
-
ADU rektorunun adına ərizə,
-
Şəxsiyyəti təsdiq edən sənədin
surəti,
-
müqavilə,
-
3х4 ölçüdə 2 fotoşəkil,
-
təhsil üçün ödənilmiş qəbz.
Məşğələlər ADU-nun binasında bu ünvanda
keçirilir: 28 May metrosu, R.Behbudov
60.
Məlumat almaq üçün
tel.:+994-12-441-58-62, +994-12- 441-
22-89(kommutator135)
-
saat 15.00-dan 19.00-dək (şənbə və
bazar günlərindən başqa);
-
Mobile: +994706691436
|