|
Alman oxu
zalı Azərbaycan Dillər Universiteti ilə
Almaniyanın Göte İnstitutu arasında
əməkdaşlıq çərçivəsində yaradılıb. Oxu
zalının xidmətlərindən alman dili və
mədəniyyəti ilə maraqlanan hər bir şəxs
istifadə edə bilər. Alman oxu zalında
alman dilində olan kitablar, jurnallar
və qəzetlər, həmçinin audio-video
materiallar mövcuddur. Oxu zalında
fəlsəfə, din, iqtisadiyyat, siyasət,
təhsil, psixologiya, uşaq və gənclər
ədəbiyyatı, tibb, incəsənət, tarix,
qanun, coğrafiya və dil sahələrini əhatə
edən 3659 mənbə var. Bundan başqa oxu
zalında 432 ədəd video, 355 ədəd audio
materiallar, 17 qəzet və jurnal da
oxucuların ixtiyarına verilib. |
|