|
Hazırda 57 ölkədə Avstriya kitabxanası
fəaliyyət göstərir. Azərbaycan Dillər
Universiteti ilə Avstriyanın ölkəmizdəki
səfirliyi arasında bağlanan müqaviləyə
əsasən iyunun 23-də 2010- cu ildə Bakıda
Avstriya kitabxanasının açılışı oldu.
Avstriyanın Azərbaycandakı səfiri xanım
Silvia Mayer Kaybiç deyib “ Avstriya
özünün böyük mədəniyyətinin təbliği ilə
məşğuldur. Bu kitabxananın açılışı iki
ölkə arasındakı münasibətlərin
inkişafına xidmət edəcək.” Müqaviləyə
əsasən kitabxananın fonduna 3000-dək
kitab və müxtəlif materiallar veriləcək.
Eyni zamanda kitabxana əməkdaşlarının
bir hissəsi ildə bir dəfə Vyanada dörd
həftəlik təcrübə keçəcəklər. Kitabxana
Avstriya səfirliyi və OMV səhmdar
cəmiyyəti tərəfindən dəstəklənir.
Kitabxana həmçinin danışıq klubları,
kitab təqdimatları və başqa müxtəlif
tədbirlər keçirilməsi üçün nəzərdə
tutulub. |
|