ELM

 

internetdə

saytda

 


 

..: MƏRKƏZLƏR VƏ MUZEYLƏR - YAXIN ŞƏRQ VƏ İSRAİL ARAŞDIRMALAR MƏRKƏZİ :..  
   

İsrail və Yaxın Şərq mərkəzi 

Məlum olduğu kimi Azərbaycan Dillər Universitetində tədris olunan müxtəlif xarici dillərin mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdən biri olan İsrail və Yaxın Şərq mərkəzi 2005-2006-cı illərdə İsrailin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə açılıb. Mərkəz bütün texniki və kitab vəsaitlərilə təmin olunmuşdur.

Mərkəzin məqsədi İsrail və Yaxın Şərq sahəsində təhsil alan tələbələrin elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım etmək, İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaqdan  ibarətdir.

Tələbələrə İsrail dövlətinin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, beynəlxalq münasibətlər, ibri dili, ingilis dili, konfliktologiya və s. kimi fənnlər öyrədilir. Dərslər xaricdə təhsil almış müəllimlər tərəfindən keçirilir.

 Mərkəzdə 2000-ə yaxın kitab resursuna malik kitabxana fəaliyyət göstərir. Bu kitabxana özündə siyasət, iqtisadiyyat, ədəbiyyat, din, dil, tarix, fəlsəfə, mədəniyyət və sair sahələri əks etdirən kitabları cəmləşdirir. Mərkəz İsrailin Azərbaycandakı səfirliyi və digər yəhudi təşkilatları ilə sıx əlaqə saxlayır. Səfir və tələbələr arasında görüşlər keçirilir, eləcə də səfirliyin nümayəndələrinin iştirakı ilə tələbələri maraqlandıran mövzular ətrafında mühazirələr aparılır. Tələbələrin iştirakı ilə müxtalif tədbirlər keçirilir.

 Belə ki, hər həftə sonu, mərkəzdə İsrail istehsalı olan film göstərilir və sonda həmin film ətrafında diskussiyalar aparılır. Müxtəlif səviyyələr üçün ibri dili kursları təşkil edilir.  İsrail bayramlarının təşkili də mərkəzdə özünəməxsus yer tutur.

Universitetin, eləcə də mərkəzin ən böyük uğurlarından biri 2009-cu ildə İsrail prezidenti Şimon Peresin universitetə gəlişi oldu.

 
   
Bookmark and Share

Yuxarı qalx