|
Skandinaviya Mərkəzi
Skandinaviya mərkəzi Azərbaycan Dillər
Universiteti tərəfindən Aqder və Oslo
universitetləri ilə əməkdaşlıq
nəticəsində 2007-ci il may ayının 3-də
yaradılmışdır. Skandinaviya Mərkəzi
Skandinaviya ölkələrində, xüsusilə
Norveçdə baş verən siyasi, iqtisadi,
mədəni situasiya ilə yaxından tanış
olmaq üçün bir sıra lazımı təchizatlarla
təmin olunmuşdur.
Mərkəz 2 birləşik otaqdan – 1 sinif
otağı və 1 kitabxana və ofis kimi
fəaliyyət göstərən otaqdan ibarətdir.
Kitabxana
Mərkəzdə həmçinin kitabxana fəaliyyət
göstərir. Kitabxanada təxminən
2500-3000–dən artıq kitab var. Kitabxana
bədii kitablar bölməsinə və Skandinaviya
və Norveç haqqında müxtəlif dərsliklər
bölməsinə bölünmüşdür. Kitablar əsasən
ingilis, norveç dillərindədir və onlar
Norveçdən gətirilmişdir. Bizim həmçinin
DVD filmlərimiz, audio kitablarımız və
dil və ədəbiyyat haqqında da
kitablarımız mövcuddur. Son vaxtlar
Skandinaviya Mərkəzi tələbələrin
istifadəsi üçün Azərbaycan dilində
Azərbaycan tarixi haqqında da bəzi
kitablar almışdır. Evə verilməyən
kitablar (bəzi lüğətlər, məqalələr)
yalnız mərkəz daxilində istifadə üçün
və ya kseroks üçün nəzərdə tutulmuşdur.
Kitablar isə 1 həftə müddətinə evə
verilir. Hər bir tələbə mərkəzdən eyni
zamanda 1 kitab və 1 DVD (CD) götürə
bilər. Kitab rəflərindən əlavə mərkəzdə
norveç dili müəllimləri və mərkəzin
direktoru üçün 3 ədəd stol yerləşir. Hər
bir işçi üçün internetə çıxışı olan
kompüter var. Mərkəzdə həmçinin
printer/scanner/çap maşını, əlavə laptop
və proyektorda film və təqdimatlar
göstərmək üçün təchizatlar da var.
Dərs otağı
Dərs otağında müəllimlər və tələbələr
üçün nəzərdə tutulmuş 1 dəyirmi stol və
11 stul yerləşir. Əlavə olaraq burada
tələbələr üçün 2 kompüter – 1 laptop və
1 adi kompüter var. Bir kompüterin
internetə çıxışı var. Dərs otağında da
tələbələrin istifadəsi üçün nəzərdə
tutulmuş müxtəlif lüğətlər toplusu var.
Orada həmçinin audio materialları
dinləmək üçün və filmlərə baxmaq üçün
televizor və CD/DVD pleyer mövcuddur.
Dərs otağında overhead proyektor və
tələbələrin tələffüz zamanı oxumağı üçün
jurnallar və qəzetlər guşəsi yerləşir.
Dərs ləvazimatı kimi burada ağ və qara
lövhələr də istifadə olunur. Divarlarda
Norveç haqqında gözəl rəsmlər və
Avropanın, Norveçin və Skandinaviyanın
xəritələri asılmışdır. |