ELM

 

internetdə

saytda

 


 

..: MƏRKƏZLƏR VƏ MUZEYLƏR - KEYFİYYƏTİN TƏMİNATI MƏRKƏZİ :..  
   

Keyfiyyətin Təminatı Mərkəzi 

2005 ci ildə Təhsilin Qiymətləndirilməsi və Sosial Araşdırmalar Mərkəzi kimi fəaliyyətə başlamışdır. Keyfiyyətin Təminatı Mərkəzinin funksiyası Universitetdə ali təhsillə əlaqədar bütün sahələrdə müxtəlif elmi yanaşma və metodlardan istifadə edərək yoxlama və qiymətlədirmə işlərinin aparılmasıdır. KTM  Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq universitetdə keyfiyyətin təminatı ilə bağlı siyasətin həyata keçirilməsində və idarə olunmasında, qərarvermə prosesində universitet rəhbərliyinə yardım edir, universitetdaxili şöbələrdə- kafedralarda, dekanlıqlarda və s. keyfiyyətin artırılması məqsədilə planların işlənməsini müntəzəm olaraq yoxlayır  və qiymətləndirir. KTM eyni zamanda, keyfiyyətin inkişafı məqsədilə universitetin  kafedra, dekanlıq və digər şöbələrlə olan danışıqlarında iştirak edir və bu istiqamətdə öz tövsiyyələrini verir.

KTM müntəzəm olaraq kardların, tədris proqramlarının və tələbələrin müəyyən qiymətləndrmə standartları əsasında qiymətləndirilməsini həyata keçirir. Mərkəzin əsas qiymətləndirmə alətlərindən biri də mütəmadi olaraq təşkil olunan sorğulardır:

a) Müəllimlərin qiymətləndirilməsinə dair illik tələbə sorğuları,

b) Müəllimlər arasında gözləntilər və tədrisə dair sorğu,

c) Imtahnların qiymətləndirilməsi üçün həyata keçirlən sorğular

d) Universitetdə təhsil alan əcnəbi tələbələrin tədrisinə və sosial problemlərə dair

e) Və digər sosioloji sorğular

Bununla yanaşı, KTM universitetdə kadrların idarə edilməsi sistemnin müasir standartlara uyğun təşkilində və mütəmadi olaraq auditində fəal iştrak edir.

KTM  funksiyalarını universitet rəhbərliyi tərəfindən təmin edilmiş texniki avadanlıq və mütəxəssislər tərəfindən həyata keçirir. KTM-nın söykəndiyi priniplər isə hesabatlılıq, dəqiqlik, obyektivlik, şəffaflıq, inkişafa və yeniliyə yönümlülükdür.

 
   
Bookmark and Share

Yuxarı qalx