|
ADU - nun kitabxanası
Bizim kitabxana 1948-ci ildə APİ
kitabxanasından köçürülərək, 7000 kitab
və 4 işçi ilə fəaliyyətinə başladı.
Növbəti il kitabxanaya maddi yardım
ayrıldı və kitabxananın əhatə dairəsi
genişləndi. Hal-hazırda kitabxanada 35
kitabxanaçı işləyir.
2008- ildə 6389 oxucuya 532268 kitab
verilmişdir. Kitabxanada 4650 arayış
mövcuddur.
Kitabxananın strukturu:
1. Kitabların elmi araşdırması
a) Azərbaycan ədəbiyyatı bölmasi
b) Xarici ədəbiyyatı bölmasi
2. Fond
a) Azərbaycan ədəbiyyatı bölmasi
b) Xarici ədəbiyyatı bölmasi
c) Ehtiyat ədəbiyyat bölməsi
d) Bərpa və saxlanma bölmasi ( müvəqqəti
)
3. Xidmət bölməsi
4. Oxu zalları bölməsi
5. İnfornasiya- biblioqrafik və
avtomatika bölmasi
Kitabxana 29 Dekabr, 1999-cu ildə Milli
Məclis tərəfindən qəbul edilmiş
“Kitabxana işi haqqında qanun”–a,
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Kitabxana işi qətnamələrinə,
Təhsil Nazirliyinin sərəncam, direktiv
və göstərişlərinə, Ali məktəb
kitabxanalarının qanunlarına,
Universitet rəhbərliyi və Elmi Şuranın
sərəncam və göstərişlərinə, “ ADU
kitabxana status” – tabedir. Təbriz
küçəsində kitabxananın yeni modelinin
yaradılması üçün ilk əsaslı addım kimi
yeni Universitet binasında kifayət qədər
geniş yer verildi.2007-ci ildən etibarən
kitabxana geniş işıqlı zalları olan
məkana köçürüldü.
Birinci mərtəbədə ən son texnologiya və
Avropa standartlarına cavab verən 3 oxu
zalı, İnformasiya xidmət departementi,
Xidmət bölməsi və Kitab Fondu üçün böyük
zal yerləşir. Kitabxananın maddi və
texniki bazası gücləndirilmlşdir,
kitabxananın ən son texniki
avadanlıqlarla təchiz edilməsinə xüsusi
diqqət yetirilir.
EKSON Mobil Operasiya Kompaniyası
avadanlıqların maliyyələşdirilməsinə 14
min dollar ödəyib, Əksər Ali məktəblərdə
istifadə olunan Nirbis-64 proqramı
alınmışdır, kitabxana heyətinin
professional hazırlığını artırmaq
məqsədilə Respublikanın görkəmli
mütəxəssisləri kitabxanaya cəlb edilmiş
və 126 saatlıq tədris proqramı aparılmış
və güclü yaddaşa malik 4 kompyuter
alınmışdır.
Universitetimizdə müəllim və tələbələrə
düzgün və müasir cavablandırma
texnologiyasına əsaslanan 30 kompyuter
xidmət göstərir.Oxu zalında 23 kompyuter
var. Bütün kompyuterlər internet
şəbəkəsinə malikdir. Kompyuterlə təchiz
edilmiş zal müəllim və tələbələrimiz
üçün gözəl məkana çevrilmişdir. 2009 və
2010-cu illər ərzində 3 milyon tələbə
internetdən istifadə etmişdir. Kataloqun
elektron variantı İRBİS-64 proqramı ilə
işləyir və Universitetdə ciddi şəkildə
icra olunur.
Hal-hazırda kitabxanada 24.303 elektron
variantlı kitab adları və bu kitabların
418200 sayda elektron variantı
yaradılmışdır.
Universitetimizdə müəllimlərin elmi
işləri haqqında məlumat mövcuddur.
İnformasiyanın əsas hissəsini “Ölkə
elmləri” bölməsi təşkil edir. 200-cu il
ərzində məqalələrin elektron variantı
hazırlanmışdır.
İRBİS-64 tətbiqi proqramından kitabxana
işçilərimiz faydalanırlar, həmçinin
kompyuterlə təchiz edilən
avtomatlaşdırılmış bölmə yaradılmışdır.
Günümüzdə Universitetimizin hər bir Ali
məktəbin həsəd apara biləcəyi böyük
kitabxanası var. Kitab fonları və
kompyuterlər daxil olmaqla İtaliya
mərkəzi, Skandinaviya mərkəzi, Amerika
mərkəzi, Alman mərkəzi və Avstriya
mədəniyyət və iqtisadi işlər mərkəzi və
digər mərkəzlərin oxu zalları 5 il öncə
yaradılmışdır. Oxu zalları, nəinki
Universitetin müəllim və tələbələri,
eyni zamanda digər maraqlanan şəxslərin
ən çox istifadə olunan məkanına
çevrilmişdir.
Universitetimizin xarici ölkələrlə olan
əməkdaşlığı Universitet kitabxanasının
yeni kitablarla zənginləşdirilməsinə
təsir edir.Kitabxanamıza Britaniya
Səfirliyi 600, Fransa Səfirliyi
1.500-dən çox, ABŞ Səfirliyi 4000-dən
çox, Azərbaycandakı Avstriya Səfirliyi
və Avstriya ədəbiyyat şöbəsi və
cəmiyyəti yüzlərlə kitab hədiyyə etmiş,
CHXP tərəfindən isə əlyazma və lüğət
kompleksi verilmişdir.
Hal-hazırda Universitet özünəməxsus
dəyərli əlyazmalarım ilə yanaşı,
İngiltərə, Almaniya, Fransa və İtaliyada
çap olunmuş digər kitabları almaqla
Avropa standartlarına uyğun təhsil
yaratmağa çalışır. 2004-cü il. 12 Yanvar
tarixində Preziden İlham Əliyevin “
Azərbaycanda kütləvi çap materiallarının
Latın qrafikası ilə realizə olunması
haqqında” sərəncamına əsasən ədəbi
belletristika ödənişiz yığılır. Günümüza
qədər bizim kitabxana Azərbaycan və
dünya yazıçılarından 7000-dən çox kitab
və xalq ədəbiyyat nümunələri əldə
etmişdir.
Kitabxananın müdiri Ələddin Əliyevdir.
|