Azərbaycan Dillər Universiteti

Magistratura şöbəsi

Magistratura şöbəsinin  internet səhifəsinə xoş gəlmisiniz!

Şöbəmiz  həm ölkəmiz üçün,  həm də ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı savadlı, bilikli və bacarıqlı ingilis, alman, fransız dili  müəllimləri, tərcüməçiləri mütəxəsislər hazırlayır.

Magistrantlarımız  təhsil aldıqları  müddətdə daima  həm universitet,  həm də dövlət tərəfindən təşkil olunan tədbirlərdə, layihələrdə, ixtisasa uyğun dəyirmi masa və  debatlarda  iştirak edirlər.  Respublikamızda və xaricdə tanınan,  öz sahəsinin  mütəxəssisləri olan, professor və müəllim heyəti universitetimizdə  təlim fəaliyyətini həyata keçirirlər.  Həmçinin  universitetimizdə   effektiv, kreativ tədris mühiti, yeniləşmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, laboratoriyalar,   tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq  sizi gözləyir. ADU-nun magistr pilləsində təhsil alan tələbələrin sənaye, biznes və  hökümət karyeralarının inkişafını nəzərə alaraq dərsləri həftədə 4 dəfə (1, 2, 3, 4 cü günlər) 2 və ya 1(alt və üst həftə) dərs olmaqla 17.10–19.55 qədər təşkil olunur. Əgər uğurlu gələcəyə inamla addımlamaq istəyirsinizsə   heç bir tərəddüd etmədən bizi seçin. Sizi gözləyirik, əziz tələbələr.

Şöbə haqqında məlumat

ADU-nun Magistratura şöbəsində  mövcud olan İxtisaslar:  Dilşünaslıq (ingilis dili, alman dili,fransız dili), Dilşünaslıq (Ümumi dilçilik), Dilşünaslıq (Müqayisəli dilçilik), Azərbaycan ədəbiyyatı, Azərbaycan dili, Azərbaycan dilinin və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, XDTM-nın tədrisi metodikası və metodologiyası(ingilis dili, fransız dili,alman dili), Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı,fransız ədəbiyyatı), Tərcümə (ingilis dili,alman dili,ispan dili,italyan dili,Koreya dili üzrə), Regionşünaslıq (Amerikaşünaslıq, İsrail və Yaxın, Böyuk Britaniya üzrə), Ölkəşünaslıq (Böyuk Britaniya üzrə, İndoneziyaşünaslıq) Beynəlxalq münasibətlər və diplomatiya, Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi,  Dil və ədəbiyyatın tədrisi metodikası və metodologiyası (rus dili) Magistratura və doktorantura Fakültəsi  Azərbaycan Dillər universitetində universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru, millət vəkili, professor S.İ.Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə müvafiq olaraq fəaliyyətə başlamışdır. Lakin  14.09.2017-ci il tarixli 122 saylı əmrinə əsasən Magistratura şöbəsi ayrıca olaraq fəaliyyətə başlamışdır. Magistr təhsil proqramı uyğun istiqamətlər üzrə bakalavr proqramından və təxminən onunla bərabər nisbətdə müəyyənləşdirilmiş sırf tədris və elmi-tədqiqat tərkib hissələrini özündə birləşdirən ikinci pillə proqramından ibarətdir. Bu proqramın tədris hissəsinə peşə təhsilinin dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də xarici dil və ixtisas fənləri daxil edilməlidir. ADU-nun Magistratura şöbəsində  395 dən artıq magistrant təhsil alır. 2 tələbəmiz “Erasmus Mundus” proqramı üzrə xaricdə təhsil alır. Magistratura təhsili magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir. Ali təhsilin hər bir pilləsini müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.

2014- cü  ildən magistratura səviyyəsində qiyabi təhsil ləğv edilmişdir. Dərslər axşam növbəsində tədris olunur.

 

Magistratura şöbəsinin müdiri, ped. f. d.

Rzayeva Firuzə Ədalət qızı

Ünvan: Bakı ş., Rəşid Behbudov küçəsi 134,

ADU-nun əsas tədris binası, 318-ci otaq

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 115)

Email: [email protected]