Mevlana mübadilə proqramı

Azərbaycan Dillər Universiteti Türkiyənin Mevlana mübadilə proramını 2013 ilində qoşulub. Mevlana proqramın çərçivəsində imzaladığı müqavilələrə əsasən ADU aşağıdaki Türkiyə universitetləri ilə əməkdaşlıq edir.

  • Ankara University
  • Ordu University
  • Marmara University
  • Haceteppe University

 

Təqaüdlərdən əlavə layihə ilə bağlı qrantlara aşağıdakılar daxildir:

  1. Səyahət, qəza və sağlamlıq sığortası
  2. Yol xərcləri
  3. Viza xərcləri
  4. İştirak xərcləri

Kimlər müraciət edə bilər?

Bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru dərəcəsi üzrə təhsil alan şəxslər, professor-müəllim heyəti və inzibati heyət. Mobillik bakalavr pilləsinin ikinci və üçüncü kurslarını əhatə edir. Magistr tələbələri isə təhsillərinin birinci kursunda müraciət edərək, ikinci kursda proqrama qoşula bilərlər.

Ətraflı məlumat üçün ADU-nun Beynəlxalq Əlaqələr Departamentinə müraciət edə bilersiniz (əsas bina).