|
..: XƏBƏRLƏR :.. |
|
|
ATƏT-in Bakı
ofisinin rəhbəri Koray Tarqay ADU-da
mühazirə oxudu
22.02.2012 |
|
 |
Fevralın 22-də Azərbaycan Dillər
Universitetində ATƏT-in Bakı ofisinin
rəhbəri Koray Tarqay ADU-nun
Regionşünaslıq və Beynəlxalq
Münasibətlər fakültəsinin tələbələri ilə
görüşdü. Görüşdə Regionşünaslıq və
Beynəlxalq Münasibətlər fakültəsinin
dekanı Məcid Əliyev, Beynəlxalq
münasibətlər kafedrasının müdiri Samir
Həmidov iştirak edirdi. Koray Tarqay
Azərbaycanın ATƏT-ə üzv olmasının 20
illiyi ilə əlaqədar keçdiyi yol haqqında
mühazirə ilə çıxış etdi. Öncə ATƏT-in
fəaliyyəti haqqında qısaca danışan Koray
Tarqay qurumun 57 üzvünün olduğunu
bildirdi. O, hazırda ATƏT-in Bakı
ofisində 50-ə yaxın əməkdaşın
çalışdığını iştirakçıların nəzərinə
çatdırdı. |
|
|
ətraflı |
|
|
|
|
Qarabağ
probleminin xarici ölkələrdə təbliği
18.02.2012 |
|
 |
Fevralın
18-də Azərbaycan Dillər Universitetində
İngilis dilinin üslubiyyatı və nitq
mədəniyyəti kafedrasının müdiri
professor Mehparə Qaibovanın təşəbbüsü
və həmin kafedranın müəllimi İradə
Səmədovanın təşkilatçılığı ilə
Azərbaycan Dillər Universiteti ilə Böyük
Britaniyanın Essex universiteti arasında
əməkdaşlıq çərçivəsində təhsil alan 1-ci
və 2-ci kurs tələbələri ilə görüş
keçirildi. Görüşdə Azərbaycan
Respublikasının Qarabağ icmasının idarə
heyətinin üzvü, millət vəkili Rövşən
Rzayev və Azərbaycan Pedoqoji
Universitetin prorektoru və adı çəkilən
icmanın üzvü Mehdi Abdullayev iştirak
edirdi. |
|
|
ətraflı |
|
|
|
|
Səməd Seyidov:
“Xocalı faciəsinin günahkarları layiqli
cəzalarını alacaqlar”
18.02.2012 |
|
 |
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon
təşkilatı Xocalı faciəsi ilə bağlı
tədbir keçirdi
Azərbaycan Dillər Universitetində (ADU)
YAP Nəsimi rayon təşkilatının
təşkilatçılığı ilə Xocalı faciəsinə həsr
edilmiş tədbir keçirildi. ADU-nun
Azərbaycan tarixi kafedrasının laborantı,
əslən Xocalıdan olan Ramil Quliyev
Xocalı haqqında ümumi məlumat verərək
1992-ci il fevralın 26-da yaşanan
faciələrdən danışdı. Yaşadığı ərazinin
düşmən tərəfindən zəbt olunmasının,
yaxınlarını faciəli şəkildə itirməyin
ağır olduğunu deyən R. Quliyev erməni
azğınlarının törətdikləri cinayətlərin
cəzasız qalmayacağına əminliyini ifadə
etdi. |
|
|
ətraflı |
|
|
|
|
Yeni dərs vəsaiti
16.02.2012 |
|
 |
2011-ci ilin
sonlarında “Təhsil” nəşriyyatında
İngilis dilinin qrammatikası
kafedrasının baş müəllimi Səadət
Nuriyevanın “CERUND” adlı dərs vəsaiti
çapdan çıxmışdır. Dərs vəsaiti
Azərbaycan Dillər Universitetinin və
ingilis dili tədris olunan digər
universitetlərin ixtisas fakültələrinin
tələbələri üçün yazılmışdır. Kitabdan
həmin, eləcə də ingilis dili tədris
olunan digər universitetlərin
qeyri-ixtisas fakültələrinin tələbələri,
magistrlar, özəl ali məktəb tələbələri,
habelə ingilis dilini sərbəst şəkildə
öyrənən hər bir kəs istifadə edə bilər.
|
|
|
ətraflı |
|
|
|
|
ADU-nun professoru
diplom və medalla təltif olundu
15.02.2012 |
|
 |
Nigar
Vəliyeva “Ən
yaxşı
tədqiqatçı
alim”
oldu
Fevralın
15-də Azərbaycan Dillər Universitetində
(ADU) İngilis dilinin qrammatikası
kafedrasının professoru Nigar Vəliyevaya
“Avropa Nəşr Mətbuat Evi” tərəfindən
diplom və medalın təqdim edilmə mərasimi
keçirildi. Mərasimdə “Avropa Nəşr
Mətbuat Evi”nin direktoru Şöhrət
Səlimbəyli, jurnalist Sahilə Mirzəqızı,
Elmi işlər üzrə prorektor, professor
Dünyamin Yunusov, ADU-nun Müəllim Azad
Həmkarlar təşkilatının sədri Misgər
Məmmədov, İngilis dilinin qrammatikası
kafedrasının müdiri, dosent Leyla
Cəfərova və həmin kafedranın professor-müəllim
heyəti iştirak edirdi. |
|
|
ətraflı |
|
|
|
|
ADU diplomla
təltif edildi
06.02.2012 |
|
 |
Korrupsiyaya qarşı mübarizə sahəsində göstərdiyi təşəbbüs və
xidmətlərə görə
Sosial Hüquqların Monitorinq Qrupunun (SHMQ)
təqdimatı əsasında “Regional İnsan
Hüquqları və Ekologiya Müdafiə Mərkəzi”
İctimai Birliyi Azərbaycan Dillər
Universitetini (ADU) Korrupsiyaya qarşı
mübarizə sahəsində göstərdiyi təşəbbüs və
xidmətlərə görə diplomla təltif edib.
Bununla əlaqədar fevralın 6-da ADU Elmi
Şurasının iclasında SHMQ-nun
koordinatoru Azad İskəndərli diplomu
rektor, millət vəkili, professor Səməd
Seyidova təqdim etdi. |
|
|
ətraflı |
|
|
|
|
Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi (EMXƏP) proqramının təqdimatı oldu
28.01.2012 |
|
 |
Azərbaycan Dillər Universitetinin
İnformasiya Resurs Kompleksində (İRK)
Erasmus Mundus Xarici Əməkdaşlıq
Pəncərəsi (EMXƏP) proqramı çərçivəsində
tədbir keçirildi. Kompleksin direktoru
Şəhla Xudiyeva proqram haqqında
iştirakçılara məlumat verdi. O, çıxışı
zamanı bildirdi ki, bu proqramın
tələbələr üçün böyük əhəmiyyəti var və
geniş imkanlara malikdir. Ş. Xudiyeva bu
proqramı keçənlərin Avropa
universitetlərində pulsuz təhsil və
təcrübə imkanı qazanacaqlarını qeyd etdi
və layihənin 48 ay davam edəcəyini
vurğuladı. |
|
|
ətraflı |
|
|
|
|
ADU-da 20 yanvar faciəsi anıldı
19.01.2012 |
|
 |
Yanvarın 19-da Azərbaycan Dillər
Universitetində (ADU) 20 yanvar
faciəsinin 22-ci ildönümünə həsr olunmuş
tədbir keçirildi. Tədbirdən əvvəl
universitetin tələbə-müəllim heyəti
Şəhidlər Xiyabanını ziyarət edərək 20
yanvar şəhidlərinin məzarları önünə tər
qərənfillər düzdülər. Anım mərasimi
universitetin tələbəsi olmuş şəhid Ülvi
Bünyadzadənin adını daşıyan muzey-lektoriyanın
qarşısında oldu. ADU-nun rektoru, millət
vəkili, professor Səməd Seyidov 1990-cı
il 20 yanvar hadisələrindən 22 il
keçdiyini bildirərək bu müddətin az
olmadığını dedi. Hadisələri canlı
yaşadıqlarını söyləyən ADU rektoru
tədbirdə iştirak edən tələbələrin böyük
əksəriyyətinin həmin hadisələr haqqında
kitablardan, arxivlərdən öyrəndiklərini
nəzərə çatdırdı. |
|
|
ətraflı |
|
|
|
|
İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin nümayəndələri ADU-da
18.01.2012 |
|
 |
Yanvarın 18-də Azərbaycan Dillər
Universitetinin (ADU) İnformasiya Resurs
Kompleksində İraq Respublikası
parlamentinin xarici əlaqələr
komitəsinin sədri Hammam Hamudinin
başçılıq etdiyi nümayədə heyətinin
universitetin tələbələri ilə görüşü
keçirildi. Nümayəndə heyəti Azərbaycan
Dillər Universitetinin Regionşünaslıq və
Beynəlxalq münasibətlər fakültəsinin
Ərəbşünaslıq ixtisası üzrə təhsil alan
tələbələrli və fakültənin professor-müəllim
heyəti ilə görüşdülər. Tədbirdə ADU-nun
Regionşünaslıq və Beynəlxalq
münasibətlər fakültəsinin dekanı Məcid
Əliyev, Regionşünaslıq kafedrasının
müdiri Sevdagül Əliyeva, Xarici dillər
kafedrasının müdiri Salman Nuriyev,
Regionşünaslıq və Xarici dillər
kafedrasının müəllimləri iştirak
edirdilər. |
|
|
ətraflı |
|
|
|
|
|
|
|
Səməd Seyidov Azərbaycanın Litva Respublikasına yeni təyin edilmiş səfirini qəbul etdi
17.01.2012 |
|
 |
Yanvarın 17-də Azərbaycan Dillər
Universitetinin rektoru, millət vəkili,
professor Səməd Seyidov Azərbaycan
Respublikasının Litva Respublikasına
yeni təyin edilmiş fövqəladə və
səlahiyyətli səfiri Həsən Məmmədzadəni
qəbul etdi. Görüşdə regional, həmçinin
beynəlxalq mövzuda fikir mübadiləsi
aparıldı. Eyni zamanda Azərbaycanla
Litva arasında münasibətlərdən danışıldı,
bu münasibətlərin möhkəmlənməsinə
əminlik ifadə edildi. Bildirildi ki, iki
ölkə arasında bütün sahələrdə əlaqələr
yüksələn xətlə inkişaf edir. Rektor S.
Seyidov yeni təyin edilmiş səfirə
gələcək fəaliyyətində uğurlar arzuladı. |
|
|
ətraflı |
|
|
|
|
|
|
|
..: Arxiv :.. |
|
|
|
|
|
 |
|