Azərbaycan Dillər Universiteti

“Səfir saatı”

Son illər Azərbaycanda təhsil sahəsində aparılan uğurlu yeniliklər, dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğı nəticəsində təhsilimizin dünya standartlarına çatdırılması və müxtəlif nüfuzlu universitetləri ilə qarşılıqlı əməkdaşlığın artırılması istiqamətində ali təhsil müəssisələrində bir sıra nəzərəçarpan işlər görülür.

Heç də təsadüfi deyildir ki, məhz Azərbaycan Dillər Universiteti (ADU) bu sahədə ölkəmizin ali təhsil ocaqları içərisində öz xüsusi çəkisi və inkişaf strategiyası olan bir universitetdir. Hazırda ADU-da müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini artırmaq məqsədi ilə islahatlar davam etdirilir, dövlətimizin təhsil siyasətinin daha mükəmməl inkişafı naminə bir sıra məqsədyönlü layihələr həyata keçirilir.

 Müxtəlif ölkələrin səfirlərinin və digər diplomatlarının ADU-da həyata keçirilən “Səfir saatı” layihəsində iştirakı maraqla qarşılanan yeni layihələrdəndir. “Səfir saatı” layihəsinin məqsədi tələbələrin müxtəlif ölkələrin səfirləri ilə, diplomatlarla birbaşa, daha geniş ünsiyyət imkanı əldə etmək, Azərbaycanın xarici əlaqələrini, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, həmçinin həmin dövlətlərin hazırki durumu, tarixi, cografiyası, mədəniyyəti, milli dəyərləri haqqında daha ətraflı faydalı məlumatlar əldə etmək imkanı yaratmaqdır.

“Səfir saatı” layihəsi zamanı təşkil olunan görüşlər tələbələrin dünyagörüşünün inkişafı baxımından, eyni zamanda, beynəlxalq münasibətlər sahəsində biliklərə yiyələnmək, o cümlədən nəzəri bilikləri praktiki biliklərə çevirmək və onları təcrübədə sınamaq, ümumilikdə Azərbaycanın beynəlxalq əlaqələri sahəsindəki mövcud vəziyyəti öyrənmək və gələcək perspektivləri işləyib hazırlamaq üçün olduqca yararlıdır.

  • Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov
  • BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai
  • Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana
  • Perunun Azərbaycandakı müvəqətti işlər vəkili Luis Çanq Boldrini
  • İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav
  • ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta
  • Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab
  • Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim Əbdül Rəhim
  • İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari
  • Məksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini

Belçikanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxuyub

Sentyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Fransa məlumat mərkəzinin təşkilatçılığı ilə “Səfir saatı” layihəsi çərçivəsində Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert...

ADU-da “Səfir saatı” adlı tədbir keçirilib

Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Səfir saatı” adlı tədbir keçirilib. Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Azərbaycan və Macarıstan arasında müxtəlif...

Meksika səfiri ADU tələbələri ilə görüşüb

Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores tələbələrlə görüşüb. ADU-nun İspan dili mərkəzi və...

XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşüb

Noyabrın 1-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən “Səfir saatı” layihəsi çərçivəsində...

ADU-nun rektoru Kamal Abdulla Qulam İshaqzai ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov müasir Norveç ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Roy Yakobsenin “Görünməzlər” əsərini Azərbaycan...

Hindistan səfiri ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşüb

Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Azərbaycan Dillər Universitetində (ADU) həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə...