Azərbaycan Dillər Universiteti

SABAH Mərkəzi

Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Bu layihə innovativ layihədir və bu layihənin tələbələri yaradıcı düşüncələrə malikdir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.

İstənilən ali təhsil müəssisəsində SABAH mərkəzlərinin strukturu SABAH mərkəz rəhbəri, koordinatoru və tyutorlardan ibarətdir.

SABAH qruplarının baza ali təhsil müəssisələrindən biri də Azərbaycan Dillər Universitetidir. ADU-da SABAH Mərkəzi 2014-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.

ADU-nun SABAH qruplarına iki ixtisas – Xarici dil (İngilis dili) müəllimliyi və Tərcümə (İngilis dili) ixtisasları daxil edilmişdir.

SABAH qruplarına qəbul prosesi üç mərhələdən ibarətdir. Tələbələr I mərhələdə qeydiyyatdan keçirlər (akademik borcu olmamaq və ümumi orta müvəffəqiyyət göstəricisi 61 baldan az olmamaq şərti ilə), II mərhələdə məntiq və ingilis dilindən test imtahanı verirlər, III mərhələdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyənləşdirdiyi komissiya üzvləri tərəfindən müsahibə yolu ilə seçilir.

SABAH qruplarında tədris aparan müəllimlər də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən müsahibə yolu ilə qəbul olunur.

 

SABAH mərkəzinin rəhbəri

Budaqova Aynur Muxtar qızı

Tel: (+99412) 441 22 86

E-mail: [email protected]

SABAH qruplarının rəsmi internet səhifəsi: http://www.sabah.edu.az/