Azərbaycan Dillər Universiteti

Cahangirov Fikrət Fətiş oğlu – Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor.

1971-ci il aprelin 1-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub.

1978-1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb.

1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib.

1998-2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2001-2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib.

2001-2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.

2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin dekanı vəzifəsində işləyib.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasınln təbliğatçısı olub.

2013-2015-ci illərdə  ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müdiri və professoru, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti, 2015-2017-ci illərdə ADU-nun Pedaqoji (İngilis dili və alman dili üzrə) fakültəsinin dekanı, 2016-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini olub.

2017-ci ildən ADU-nun Təhsil fakültəsinin dekanı vəzifəsində çalışır.

2018-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasının təbliğatçısı olub.

İngilis, fransız, rus,  türk dillərini bilir.

100-dən çox elmi məqalənin, 10-a yaxın kitabın müəllifidir.

Təhsil fakültəsi həm ölkəmiz üçün, həm də ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı ingilis dili, alman dili və fransız dili müəllimləri hazırlayır. Universitet yarandığı ilk günlərdən fəaliyyətə başlayan fakültə ali təhsilin bakalavriat, magistratura və  doktorantura səviyyələrində müxtəlif akademik proqramlar təklif olunur. Respublikamızda və xaricdə tanınan, öz sahəsinin gözəl biliciləri olan mütəxəssislər tərəfindən dərslər tədris olunur.

Fakültədə lazımi bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün hər cür şərait – effektiv, kreativ tədris mühiti, yenilənmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq və s. sizi gözləyir. Fakültənin dünyanın qabaqcıl universitetləri ilə əlaqələri sizin üçün dünyaya açılan bir pəncərə olacaq. Bir sözlə, fakültədə hər gününüz yeni-yeni xoş xəbərlərlə, tədbirlərlə dolu olacaq. Hələ görüləsi çox işlər var. Siz də bu görüləcək işlərin iştirakçısı olmaq və əsl tələbə həyatı yaşamaq istəyirsinizsə, heç bir tərəddüd etmədən öz nüfuzu və dəst-xətti olan TƏHSİL fakültəsinə gəlin.

 

Əlaqə:

Tel: (+99412) 564 06 83

E-mail: [email protected]

FAKÜLTƏNİN TARİXİ

Təhsil fakültəsinin yaranma tarixi ötən əsrin ortalarına təsadüf edir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcını 1937-ci ildə APİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühüm rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu. Fakültəyə 1948/1949-cu tədris ilində 75 nəfər tələbə (50 nəfər Azərbaycan, 25 nəfər isə rus bölməsinə) qəbul olunmuş, 140 nəfər isə APİ-dən köçürülmüşdür. 215 nəfərlə (onlardan 137-si azərbaycanlı) tədrisə başlayan fakültənin ilk dekanı 1948-ci ildə APİ-nin Xarici dillər fakültəsinin məzunlarından olan Nazim Qədimbəyov olmuşdur. Lakin o, tezliklə Xarici İşlər Nazirliyinə məsul işə getdiyindən fransız dili mütəxəssisi Mina Quliyeva onu bu vəzifədə əvəz etdi. Sonrakı illərdə Nigar Vəzirova-Yeqorova, Dora Abbasova, Lev Qusliser, Səid Bağırov, Miyasət Ömərova dekan vəzifəsini icra etmişlər. İngilis dili kafedrasının müdiri isə Rüxsarə Qayıbova olmuşdur.  Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq Respublika Maarif naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutlarının birləşdirilməsi haqqında əmr verib. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri. İngilis dili mütəxəssislərini hazırlayan ikinci fakültənin dekanı Cəfər Cəfərov təyin edilmişdi. Lakin o, bu vəzifəni cəmi bir il icra etdi. 1960-cı ilin mart ayında onu Şamil Səfiquliyev əvəz etdi. Respublika AOİT nazirinin 7 fevral 1968-ci il tarixli əmri ilə Avropa dilləri fakültəsi iki yerə ayrıldı: İngilis dili və Alman-fransız dilləri fakültələrinə. Seçki keçirilənə qədər dosent İ.Rəhimov fakültənin dekanı təyin edildi. Az sonra 1968-ci il aprelin 22-də Nanə Şahmuradova fakültənin dekanı seçildi. 1971-ci ilin aprelində İ.Rəhimov fakültəyə yenidən rəhbərlik etməyə başladı.

1969-cu ildə hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi. Fakültə ləğv edilmiş institutdan köçürüldüyü üçün dekan vəzifəsini müvəqqəti olaraq yenə də İsmixan Rəhimov icra etməyə başladı. 1973-cü ildə onun yerinə Fikrət Seyidov dekan vəzifəsinə təyin olundu, 1979-cu ildə onu G.Yusifov, 1990-cı ildə isə G.Yusifovu F. Orucov əvəz etdi.

90-cı illərdə respublikada baş vermiş ictimai-siyasi proseslər institut həyatına da öz təsirini göstərirdi. Bu özünü kadr dəyişikliyi, fakültə, kafedra və şöbələrin yenidən qurulması sahəsində daha bariz şəkildə büruzə verirdi. Rektorların, prorektorların, dekanların, kafedra və şöbə müdirlərinin dəyişdirilməsi, fakültə, kafedra və şöbələrin yenidən qurulması adi prosesə çevrilmişdi.

90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan İngilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmri ilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitutun Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən 1№-li İngilis dili fakültəsi adlandı. 1991-2003-cü illərdə Dünyamin Yunusov, Sevda Cavadova, Natiq Yusifov, Məlumat Nurəddinov fakültənin dekanları olmuşlar. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə adlandırılmışdır. 2003-2014-cü illər ərzində isə professor Əfqan Abdullayev fakültəyə rəhbərlik etmişdir.

Yarandığından ötən 70 il ərzində minlərlə ingilis, alman, fransız dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən bir çox milli kadr hazırlanmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş ilk xarici dil mütəxəssisi, professor Zemfira Verdiyeva, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Axundov, Qəzənfər Paşayev, respublikada komparativ dilçiliyin əsasını qoymuş professor Oruc Musayev, respublikada ilk dəfə milli dilçiliyin tərkibində bədii surətin fikir ifadəsinin kommunikativ aspektlərinin dərin elmi təhlilini vermiş Mehparə Qayıbova, dilçilik elminin inkişafında müstəsna xidmətləri olan professorlar Dünyamin Yunusov, Natiq Yusifov, Fikrət Seyidov, Sayadulla Babayev, Gülnar Hüseynzadə, Dilarə İsmayılova, Məsmə Qazıyeva, Əfqan Abdullayev, Fərman Zeynalov, Fikrət Cahangirov, Azad Məmmədov, Nigar Vəliyeva, Leyla Cəfərova, Arif Hüseynov, Sevinc Zeynalova, əməkdar müəllim Akif Bayramov, Balaxan Hüseynov və başqaları məhz bu fakültənin yetirmələri olmuşlar.

Fakültə universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilib. Universitet rəhbərliyinin diqqət və qayğısı sayəsində Təhsil fakültəsinin maddi-texniki bazası daha da gücləndirilib. Müxtəlif mərkəzlər, laboratoriyalar, yeni kafedraların yaradılması məhz həmin diqqətin nəticəsidir.

Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.

Respublikamız 2005-ci ildə Boloniya bəyənnaməsini qəbul etdikdən sonra universitetimiz bu prosesi dəstəkləyən ilk ali təhsil müəssəsi oldu. Tədris plan-proqramları yeniləndi, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olundu. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparıldı, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirildi, yeni-yeni fənn proqramları hazırlandı.

Azərbaycan Dillər Universiteti üzrə 28 avqust 2014-cü il tarixli 68 saylı əmr ilə keçmiş Pedaqoji fakültənin bazasında Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə ) fakültələri yaradılmışdır. 2014-2017-ci illər arasında sözügedən fakültələrin dekanları professor, fil.e.d. Fikrət Cahangirov və fil.f.d., dosent Vəfa Babayeva olublar.

ADU-da struktur dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələr birləşdirilərək əvəzinə TƏHSİL fakültəsi yaradılıb (ADU üzrə 31 Mart 2017-ci il tarixli, 40 saylı əmr). Hal-hazırda TƏHSİL fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Fikrət Cahangirovdur.

FAKÜLTƏNİN  STRUKTURU

 

DEKAN

Fil.e.d., professor Cahangirov Fikrət Fətiş oğlu- Fakültə Elmi Şurasının sədri

İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının(FJF) professoru       

E-mail: [email protected]

 

 

DEKAN MÜAVİNLƏRİ

 

Həsənova Lalə Ramiz qızı – Tədris işləri üzrə dekan müavini

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin tədris işləri üzrə dekan müavini

E-mail: [email protected]

 

 

 

Bağırov Ruslan Məsim oğlu

Azərbaycan Dillər Universiteti, 

Təhsil fakültəsinin tərbiyə işləri üzrə dekan müavini

E-mail: rrbbbagirov@gmail.com

 

 

 

Məmmədova Nərmin İmran qızı   

Azərbaycan Dillər Universiteti,         

Təhsil fakültəsinin dekan müavini

E-mail: [email protected]

 

 

 

PUTAYEVA ELNARƏ ELDAR qızı                                   

Vəzifəsi:dekan müavini, müəllim

 

 

 


Alıyeva Zoya Mübariz qızı
                                                      

Vəzifəsi: müəllim, dekan müavini

İş telefonu:+994 12 564 06 84

 

 

 

Kərimova Bədirə Telman qızı

Vəzifəsi: müəllim, dekan müavini

Azərbaycan Dillər Universitetinin  Regionşünaslıq kafedrasının baş müəllimi

E-mail: [email protected]

 

 

 

 

Tyutorlar       

 

Bayramova Qönçə Qaşqay qızı

Azərbaycan Dillər Universiteti,                                   

Təhsil fakültəsinin tyutoru         

E-mail: [email protected]

 

 

Mütəllimova Aytəkin Adil qızı                          

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 


Əliyeva Lətifə Əli qızı
                                       

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin tyutoru,

E-mail: [email protected]

 

 

 

Cavadova Nuranə Rövşən qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin tyutoru,

E-mail: [email protected]

 

 

 

 

Əkbərov Çingiz Nizami oğlu

Azərbaycan Dillər Universiteti 

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

Hacıyeva Pərvanə Pərviz qızı                                                

Vəzifəsi:Tyutor

E-mail: [email protected]

 

 

 

Zeynalova Yeganə Sabir qızı                   

Vəzifəsi:Tyutor

Mail adres: [email protected]

 

 

 

Imanova Əzəmət Isabala qızı               

Azərbaycan Dillər Universiteti,                                     

Təhsil fakültəsinin tyutoru,

E-mail: [email protected]

 

 

 

Dadaşova Vəfa Məzahir qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin tyutoru,

E-mail: dadasova_v@mail.ru

 

 

 

Metodistlər

 

Hacıyeva Vəfa Əhmədağa qızı

Vəzifəsi: Metodist

E.mail : [email protected]

 

 

 

Vəliyeva Gülay Elçin qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin metodisti

E-mail: [email protected]

 

 

 

Kərimli Aynur Atəşqızı 

Azərbaycan Dillər Universiteti

Təhsil fakültəsinin metodisti 

E-mail: [email protected]

 

 

Mancanova Fatimə Namiq qızı                                     

Azərbaycan Dillər Universiteti,                                               

Təhsil fakültəsinin metodisti,

E-mail: [email protected]

 

 

 

 

ASSİSTENTLƏR

                                                              

Abdullayeva Pərvin Seyidqızı                                                                      

Vəzifəsi: Assistent

Mail adres: [email protected]

 

 

 

Əsədova Nuranə Qılman qızı                         

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin dekan assistenti

E-mail: [email protected]

 

 

 

Əzəmmədova Günay Faiq qızı

Azərbaycan Dillər Universiteti,   

Təhsil fakültəsinin assistenti,       

E-mail: [email protected]

 

 

 

Əsədova Fatimə Eldəniz qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

                                                                      

Eynəliyeva Nərgiz Vaqif qızı

Azərbaycan Dillər Universiteti                       

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

Qədirli Şəbnəm  Nizami qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin assistenti

E-mail:   [email protected]

 

 

 

İsmayıl Rübabə Məmməd qızı

Azərbaycan Dillər Universiteti,

Təhsil fakültəsinin assitenti,

E-mail: [email protected]

 

 

 

 

Salahova Gülşən İsmayıl qızı                                                                       

Vəzifəsi: Assistent

Mail adres: [email protected]

 

 

 

Dadaşova Şəbnəm Kərəm qızı                 

Azərbaycan Dillər Universiteti,                                        

Təhsil fakültəsinin assistenti,

E-mail: [email protected]

 

 

 

Hacıyeva Afaq Əlimövsüm qızı                            

AzərbaycanDillərUniversiteti,

Təhsil fakültəsinin assistent,

Email: [email protected]

GÖRKƏMLİ MƏZUNLARIMIZ

  1. Ağamusa Axundov- AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı
  2. Zemfira Verdiyeva- AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor
  3. İsimxan Rəhimov- professor
  4. Novruz Məmmədov-ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikasının Baş Naziri
  5. Azad Rəhimov – Azərbaycan Respublikasının Gənclər və İdman naziri
  6. Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
  7. Əfqan Abdullayev – Filologiya elmləri doktoru, professor
  8. Qəzənfər Paşayev- Filologiya elmləri doktoru, professor
  9. Oruc Musayev – Filologiya elmləri doktoru, professor
  10. Mehparə Qayıbova- Filologiya elmləri doktoru, professor
  11. Fikrət Seyidov- professor
  12. Sayadulla Babayev- professor
  13. Zahid Quliyev- professor
  14. Dünyamin Yunusov- Filologiya elmləri doktoru, professor
  15. Zeydulla Ağayev- – Filologiya elmləri doktoru, professor
  16. Akif Bayramov- Filologiya elmləri doktoru, professor
  17. Balaxan Hüseynov- Filologiya elmləri doktoru, professor
  18. Fərman Zeynalov- Filologiya elmləri doktoru, professor
  19. Məsməxanım Qazıyeva- Filologiya elmləri doktoru, professor
  20. Dilarə İsmayılova- Pedaqoji elmlər doktoru, professor
  21. Arif Hüseynov- professor
  22. Gülnar Hüseynzadə- Pedaqoji elmlər doktoru, professor
  23. Azad Məmmədov- Filologiya elmləri doktoru, professor
  24. Nigar Vəliyeva- Filologiya elmləri doktoru, professor
  25. Fikrət Cahangirov- Filologiya elmləri doktoru, professor
  26. Leyla Cəfərova- Filologiya elmləri doktoru, professor
  27. Sevinc Zeynalova- Filologiya elmləri doktoru, professor

Bu gün Təhsil fakültəsində müxtəlif proqramlar-ixtisaslar təklif edilir. Fakültədə ixtisaslar üzrə aşağıdakı fənlər tədris edilir.

Ali təhsilin Bakalavriat səviyyəsində  İngilis, alman və fransız dili müəllimliyi ixtisasları verilir. Bu ixtisaslar üzrə tələbələrə aşağıdakı fənlər təklif olunur:

  1. Oxu və nitq (səviyyələr üzrə)
  2. Kommunikativ qrammatika (səviyyələr üzrə)
  3. Eşitmə və tələffüz (səviyyələr üzrə)
  4. İngilis (alman, fransız) dilinin leksikologiyası
  5. İngilis (alman, fransız) dilinin üslubiyyatı
  6. İngilis (alman, fransız) ədəbiyyatı
  7. Ölkəşünaslıq
  8. Xarici dilin tədris metodikası
  9. Dilçiliyə giriş
  10. Təlim psixologiyası
  11. Pedaqogika
  12. Azərbaycan tarixi
  13. Azərbaycan dili
  14. Azərbaycan ədəbiyyatı
  15. Xarici dillər (alman, fransız, ispan, italyan)
  16. Təlimdə informasiya texnologiyaları
  17. Mülki müdafiə
  18. Müxtəlif seçmə fənlər

 

Ali təhsilin Magistratura səviyyəsində  Dilşünaslıq (ingilis, alman, fransız dilləri üzrə) və  XDTM-nın tədrisi metodikası və metodologiyası (ingilis, alman, fransız  dilləri üzrə) ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Doktorantura təhsili aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

  1. German dilləri – 5708.01
  2. Roman dilləri – 5709.01
  3. Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik – 5714.01
  4. Dil nəzəriyyəsi – 5704.01
  5. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 5801.01
  6. Sosial psixologiya – 6114.01

FAKÜLTƏ ELMİ ŞURASI

FAKÜLTƏ ELMİ ŞURASININ ÜZVLƏRİ

  1. Cahangirov Fikrət Fətiş o. – Fakültə dekanı, fil.e.d, professor – (Sədr)
  2. Putayeva Elnarə Eldar q. – Dekan müavini
  3. Həsənova Lalə Ramiz q. – Dekan müavini
  4. Məmmədova Nərmin İmran q. – Dekan müavini
  5. Zeynalov Fərman Hüsən o. – İngilis dilinin fonetikası kafedrasının müdiri,fil.e.d.,professor
  6. Qazıyeva Məsməxanım Yusif q. -Linqvokulturologiya kafedrasının müdiri, fil.e.d, professor
  7. Abdullayev Sərxan Əvəz o. -Alman dilinin leksikologiyası və üslulubiyyatı kafedrasının müdiri, fil.e.d., professor
  8. Hüseynzadə Gülnar Cabbar q. – Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri,ped.e.d., professor
  9. Cəfərova Leyla Mirhəsən q.-İngilis dilinin qrammatikası kafedrasının müdiri, fil.e.d.,dosent
  10. Cəfərov Amil Müzəffər o.- İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri, fil.f.d.,dosent
  11. Bayramova Aytən Məhəmməd q.  -Təlimdə innovasiyalar kafedrasının müdiri,fil.f.d., dosent
  12. Zeynalova Nigar Eldar q.-Pedaqogika kafedrasının müdiri, ped.f.d., dosent
  13. Zamanova Sevda Xasay q. -MM və Tibbi biliklər kafedrasının müdiri, b.f.d., dosent
  14. Hüseynova Mehriban -İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri, fil.f.d.,dosent
  15. Mürşüdov Yasif Malik o. – Xarici dillər kafedrasının(TF) müdiri, fil.f.d., dosent
  16. Fakültə Müəllim Həmkarlar Təşkilatının nümayəndəsi- (Əliyeva Röya, İng.dilinin qram.kaf.)
  17. Fakültə Tələbə Həmkarlar Təşkilatının nümayəndəsi-
  18. Fakültə Tələbə Elmi Cəmiyyətini sədri
  19. Sadıqova Gülnarə Rəhim q. -Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası, fil.e.d., dos.
  20. Əhmədova Ülviyyə Azər q. -İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası, b/m  -(Elmi katib) 
  21. Şirəliyeva Günay Xəzail q. – Xarici dillərin tədrisi metodikası (TF) kafedrası, fil.f.d.
  22. Zairova Tahirə Davud q. – Linqvokulturologiya kafedrası, b/m.
  23. Xiyalova Naibə Batıxan q. – Pedaqogika kafedrası, b/m.

TƏHSİL fakültəsinin xarici əlaqələri ildən-ilə genişlənmiş, dünyanın qabaqcıl universitetləri ilə niyyət protokolları, ikitərəfli müqavilələr bağlanmışdır: ESLI Beynəlxalq təşkilatı (ABŞ), Florida Beynəlxalq Universiteti, Berklidəki Kaliforniya Universiteti (ABŞ), Nyu-York Dövlət Universiteti (ABŞ), Minnesota Universiteti (ABŞ), Şimali Karolina Universiteti (ABŞ), Kluj Dövlət Universiteti (Rumıniya), Belarus Dövlət Universiteti, Upsala Universiteti (İsveç), Uludağ Universiteti (Türkiyə) və başqalarını misal göstərmək olar. Böyük Britaniya Birləşmiş Krallığının Esseks Universiteti ilə bağlanmış müqavilə isə Universitetimizin tarixinə artıq yazılmışdır. Tələbələrimiz 2 il fakültəmizdə oxuduqdan sonra təhsillərini Esseks Universitetində davam etdirməklə həm Esseks Universitetinin, həm də Azərbaycan Dillər Universitetinin ikili diplomlarını alacaqlar.