Tələbə qeydiyyatı şöbəsi

Tələbə şöbəsi 1964-cü ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə Tədris şöbəsinin tərkibində Qeydiyyat bölməsi kimi, 2016-cı ildə aparılan struktur dəyişiklikləri nəticəsində Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеntinin nəzdində Tələbə Qəbulu və Qiymətləndimə Mərkəzi kimi, 2017-ci ilin oktyabr ayından etibarən Tədris Departamentinin nəzdində Tələbə Qəbulu və Tələbə Qeydiyyatı Şöbəsi  kimi fəaliyyətini davam etdirmişdir.

2018-ci ilin noyabrından etibarən Tələbə qeydiyyatı şöbəsi kmi fəaliyyət göstərir və aşağıdakı vəzifələri yerinə yetirir.

  1. Akademik transkriptlərin hazırlanması;
  2. Tələbə qəbulu ilə bağlı qeydiyyatın aparılması (bakalavr və magistr səviyyələri üzrə);
  3. Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə məlumatların daxil edilməsi (şəxsi, hərəkət və məzun məlumatları);
  4. Akademik borcu olan tələbələrin təkrar tədrisə cəlb olunması ilə bağlı qeydiyyat;
  5. Əlavə tədrisin təşkil olunması ilə bağlı əmr layihələrinin hazırlanması;
  6. Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılan tələbələr, tələbələrə fərqlənmə və ya adi diplom verilməsi haqqında məlumatların hazırlanması;
  7. Bütün aspektlər üzrə tələbə məlumatlarının bazaya yerləşdirilməsi.
  8. Tədris proqramını yerinə yetirən tələbələrin Yekun Buraxılış Dövlət Attestasiyasına buraxılmaları haqqında müvafiq dekanlıqlara təqdimat göndərməsi.
  9. Universitetin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin şəxsi işlərində tələb olunan sənədlərin mövcudluğunun təmin edilməsi, qeydiyyata alınması və arxiv şöbəsinə təhvil verilənədək təhsil aldığı müddət ərzində sənədlərin şöbədə  saxlanması.
  10. Təhsil Nazirliyinə Dövlət nümunələri sənədlərinin (diplom blankları və diploma əlavələrin), şəhadətnamələrin alınması üçün sifarişlərin verilməsi, müəyyən olunmuş miqdarda Xüsusi şöbədən akt əsasında alınmış diplomların, diploma əlavələrin və şəhadətnamələrin müvafiq ixtisaslar üzrə əmrlər əsasında yazılıb bu məqsədlə ayrılmış kitabda qeydiyyat aparmaqla məzunlara təqdim edilməsi.
  11. Korlanmış diplomların, diploma əlavələrin, şəhadətnamələrin korlanma səbəblərini və nömrələrini göstərməklə rektora izahat təqdim edilməsi və rektorun razılığı əsasında akt tərtib etməklə həmin sənədləri Xüsusi şöbəyə təhvil verilməsi.
  12. Fakültələrdən kurslar üzrə alınmış əmrlərin (daxili-xarici köçürülmə, xaric olunma, akademik məzuniyyət, soyadı, adı, ata adlarının dəyişdirilməsi, kursdan-kursa keçirilmə), illər üzrə universiteti bitirən bakalavr və magistratura  tələbələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “TİMS-Ali və orta ixtisas təhsili” üzrə sisteminə daxil edilməsi.
  13. Təhsilalanlarla əlaqədar verilən əmrlərdən çıxarışların onların şəxsi işlərində saxlanılması və əmrdən irəli gələn digər tələblərin icrasının təmin edilməsi, təhsilalanların müraciətləri əsasında müvəqqəti olaraq attestatların verilməsi, habelə universiteti bitirmələrinə dair arayışların verilməsi.

 

 

Tələbə qeydiyyatı şöbəsinin müdiri

Kərimov Malik Mənaf oğlu

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə

Tel: (+99412) 440-22-78 (daxili 260)

E-mail: [email protected]