Azərbaycan Dillər Universiteti

Əziz tələbələr, TƏRCÜMƏ və MƏDƏNİYYƏTŞÜNASLIQ fakültəsinə xoş gəlmisiniz!

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2000-ci ildən müstəqil fəaliyyət göstərən Tərcümə fakültəsi bakalavr dərəcəli qabaqcıl mütəxəssislər hazırlayır. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən fakültənin adı dəyişdirilərək Tərcümə və mədəniyyətşünaslıq fakültəsi adlandırılıb. Fakültədə əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər hazırlanır. Bu o deməkdir ki, fakültənin tədris planını ictimai-siyasi, elmi-texniki, iqtisadi-maliyyə, inzibati-hüquqi sahələr, eləcə də bədii tərcümə üzrə keçirilən məşğələlər təşkil edir. Daima yeniləşdirilərək dünyanın aparıcı universitetlərinin tədris planları ilə uyğunlaşdırılan bu plan tələbələrə tərcümə və interpretasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

Fakültədə bakalavr səviyyəsində 570 tələbə, 10 dinləyici təhsil alır və burada ingilis, alman, fransız, ispan, italyan, Koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Fakültədə əyani təhsil almaq olar. Təhsil Azərbaycan və rus (ingilis, alman, fransız, Koreya, italyan, ispan dilləri üçün) dillərində və 2 növbə əsasında aparılır.

Məşğələlər əsasən texniki təchizatlı auditoriyalarda keçirilir. Burada xüsusi avadanlıqla təchiz olunmuş 2 sinxron tərcümə otağı, eləcə də 4 proyektor otağı, xüsusi avadanlıqla təchiz olunmuş 1 kompüter tərcümə otağı, 3 İKT otağı, 1 İKT avadanlığı ilə təchiz olunmuş qiraət zalı, pedaqoq, tərcüməçi İsmixan Rəhimov adına xüsusi avadanlıqla təchiz olunmuş 1 auditoriya, Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyası (ETL), Alman oxu zalı var. Bundan əlavə, sinxron tərcümə avadanlığı ilə təchiz olunmuş böyük Akt zalı da tələbə və müəllimlərin ixtiyarındadır. Bütün bu otaqlar ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Mübaliğəsiz demək olar ki, bu gün respublikamızda fəaliyyət göstərən adlı-sanlı xarici şirkətlərdə, səfirliklərdə, nazirliklərdə və digər müəssisələrdə, eləcə də müxtəlif səviyyəli tədbirlərdə dil sədlərini aradan qaldıran mütəxəssislərin əksəriyyəti Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin savadlı məzunlarıdır.

Sonda onu vurğulamaq istəyirəm ki, fakültəmiz davamlı olaraq inkişaf edir və edəcək. Siz də bizim ailəmizin bir üzvü olmaq istəyirsinizsə, onda öz seçiminizi edin. Biz sizlər üçün xidmət göstəririk.

 HÖRMƏTLƏ,

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, fil.f.d.

Məmmədova Bənövşə Güloğlan qızı

Tel: (+99412) 564-22-45

E-mail: [email protected]

2000-ci ildən müstəqil fəaliyyətə başlayan Tərcümə fakültəsi bakalavr və magistr dərəcəli mütəxəsisslər hazırlayır. Fakültədə əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər hazırlanır. Bu o deməkdir ki, fakültənin tədris planını, ictimai-siyasi, elmi-texniki, iqtisadi-maliyyə, inzibati-hüquqi sahələr, eləcə də bədii tərcümə üzrə keçirilən məşğələlər təşkil edir. Həmişə yeniləşdirilərək dünyanın aparıcı universitetlərinin tədris planları ilə uyğunlaşdırılan bu plan tələbələrə tərcümə və interpretasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

Fakültə universitetin büdcəsindən maliyyələşdirilir.

Fakültədə 500-dən çox tələbə təhsil alır və burada ingilis, alman, fransız, ispan, italyan, koreya dilləri üzrə tərcüməçilər hazırlanır. Fakültədə  əyani  təhsil almaq olar. Təhsil Azərbaycan və rus (ingilis, alman, fransız, ispan dilləri üçün) dillərində aparılır.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin nəzdində 3 mərkəz fəaliyyət göstərir.

  • İspan dili Mərkəzi
  • Koreya Mədəniyyət Mərkəzi
  • İtalyan dili Mərkəzi

Fakültənin dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikitərəfli əlaqələri vardır və Fransanın Strasburq Universiteti (ikitərəfli diplom), Türkiyənin Hacəttəpə Universiteti ilə Mövlanə proqramı çərçivəsində sıx əməkdaşlığı mövcuddur. Bu universitetlər ilə olan əlaqələr tələbələrimiz və gələcəkdə fakültədə təhsil almaq istəyənlər üçün dünyaya açılan bir pəncərə olacaq. Mübadilə proqramları içərisində TEMPUS proqramı vasitəsilə tələbələrimiz bir çox xarici ölkələrdə təhsil ala bilərlər. Həmçinin Erasmus proqramı vasitəsi ilə bir çox xarici ölkələrdə, o cümlədən İtaliya, İspaniya və Koreyada təhsilinizi davam etdirə bilərsiniz.

Məşğələlər əsasən texniki təchizatlı auditoriyalarda keçirilir. Burada 24 yerlik (12 kabinə) iki sinxron tərcümə otağı, kompüterdə tərcümə praqramlarının öyrədilməsi üçün 24 yerli auditoriya, eləcə də 1 proyektor otağı var. Bundan əlavə, 4 yerlik ( 2 kabinə) sinxron tərcümə avadanlığı ilə  təchiz olunmuş kiçik iclas zalı da tələbə və müəllimlərin ixtiyarındadır.

Bütün bu otaqlar ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.

Fakültə dekanı

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı, fil.f.d.Məmmədova Bənövşə Güloğlan qızı 2005-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirmişdir.

2010-cu ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsini Xarici dil (ingilis dili) ixtisası üzrə bitirmişdir.

B.G.Məmmədova 2016-cı ildə «İnternet mətnlərin praqmatikası (ingilis və Azərbaycan dillərinin müqayisəsi əsasında)» mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

B.G.Məmmədova ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışır.

 Fakültə dekan müavinləri

Əhmədli Günay Əbülfət qızı 2014-cü ildə ADU-nun Tərcümə fakültəsini bitirmişdir. Daha sonra ADU-nun Əlavə təhsil fakültəsində İngilis dili müəllimi ixtisasına yiyələnmişdir. 2016-cı ildə “Azərbaycan gənclərinin 2007-15-ci illərdə Xaricdə Təhsili Dövlət Proqramı” xətti ilə Böyük Britaniyada “Təhsilin təşkil olunması” ixtisası üzrə magistr dərəcəsi almışdır. 2017-ci ilin mart ayından etibarən ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsində dekan müavini vəzifəsində çalışır.

Fil.f.d, dos. İsrafilova Gülmar Fəxrəddin qızı 2002-ci ildə ADU-nun Tərcümə fakültəsini, 2004-cü ildə isə Azərbaycan Dillər Universitetində Dilşünaslıq ixtisası üzrə magistraturanı bitirmişdir. 2005-ci ildən Ölkəşünaslıq (Linqvokulturologiya) kafedrasında tam ştat müəllim, 2014-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2015-ci ildə Ali Attestasiya Komissiyasinın 31 mart 2015-ci tarixli qərarı ilə İsrafilova Gülmar Fəxrəddin qızına filologiya üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. 2017-ci ilin iyul ayından etibarən ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində dekan müavini və Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin nəzdinda Xarici dillər kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.  27.12.2017-ci ildən ilk dəfə dosent əvəzi vəzifəsinə təyin olunmuşdur.

Tyutorlar

Tağıyeva Cahanə Namiq qızı 2008-ci ildə Bakı Mədəni-Maarif kollecinin Kulturologiya ixtisasını bitirmişdir.2013-cü ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (İngilis dili) fakültəsini bitirmişdir. 2016-cı ildə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr təhsili almışdır. 2016-cı ilin oktyabr ayından etibarən ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində tyutor vəzifəsində çalışır.

Quliyeva Nigar Mətləb qızı 2013-cü ildə Bakı Slavyan Universitetinin Filologiya (İngilis dili müəllimliyi) fakültəsini bitirmişdir. 2014-cü ilin mart ayından 2018-ci ilin fevral ayınadək ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində assistent  vəzifəsində çalışmış, 2018-ci ilin fevral ayından etibarən isə Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində tyutor vəzifəsində çalışır.

Həsənova Sevda Əlixan qızı 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq iqtisadi münasibətlər (Ümumi iqtisadiyyat) fakültəsini bitirmişdir. 2009–cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq marketing ixtisası üzrə magistr təhsili almışdır.2006-cı il yanvar ayından 2014-cü ilin yanvar ayına kimi ADU-nun Tədris hissəsində dispetçer vəzifəsində, 2014-cü ilin yanvar ayından 2017-ci ilin fevral ayına kimi ADU-nun Pedaqoji(Təhsil) fakültəsində tyutor vəzifəsində çalışmış, 2017-ci ilin fevral ayından etibarən ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində tyutor(analıq yeri)  vəzifəsində çalışır.

Metodist

Rüstəmova Fidan Ələsgər qızı 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Pedaqoji (İngilis dili) fakültəsini bitirmişdir. 2010-2012-ci illərdə ADU-nun İnsan resursları departamentində çalışmış, 2012-ci ildən etibarən isə ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində metodist vəzifəsində çalışır.

Operator

Quliyeva Nigar Mayıl qızı 2014–cü ildə Təfəkkür Universitenin Filologiya (İngilis dili müəllimliyi) fakültəsini bitirmişdir. 2014-cü ilin oktyabr ayından etibarən ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində operator vəzifəsində çalışır.

  Assistentlər

Xəlilova Gülnar Rövşən qızı 2012-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasını bitirib və həmin ildən də ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində assistent vəzifəsində çalışır.

Qurbanova Aynur İsa qızı 2010-cu ildə Naxçıvan Dövlət Universitetini bitirib. 2011-ci ildə Nərimanov rayon 39 sayli orta məktəbdə laborant vəzifəsində çalışıb. 2015-ci ildə öz ərizəsi ilə işdən azad olmuş, 2018-ci ildən isə ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsində assistent vəzifəsində çalışır.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi  2000 – ci ildən müstəqil fəaliyyət göstərməyə başlamışdır. Fakültədə İngilis, Alman, İspan, Fransız, İtalyan və Koreya dillərindən Azərbaycan və Rus dillərinə tərcümə üzrə peşəkar professor- müəllim heyəti tədris aparır. Fakültəni bitirmiş məzunlar ölkə daxilində və xaricində müxtəlif vəzifələrdə çalışırlar. Son zamanlarda fakültəni bitirmiş məzunlar arasında aparılmış sorğu nəticəsində məlum olmuşdur ki, məzunlarımızın 59% – i daimi işlə təmin olunmuşdur (Cədvəl 1). Həmçinin onların 43% – i təhsilini Azərbaycanda və ya xaricdə davam etdirir. Məzunlarımızın orta hesabla 10 % – i xaricdə və ya xarici ölkə nümayəndəliklərində fəaliyyət göstərirlər.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsini bitirmiş bir çox məzunlar dövlət və ya qeyri-dövlət sektorunda işləyirlər. Məzunlarımızdan Vaqif Cəfərov Azərbaycanın Koreya Respublikasındakı Səfirliyində müşavir vəzifəsində, Aysel Məhərrəmova DİN-Baş Pasport, Qeydiyyat  və Miqrasiya İdarəsində inspektor vəzifəsində, Ayxan Sadıqov Nazirlər kabinetində, Günay Əliyeva MSHJ (Avtomobil ehtiyyat hissələri HYUNDAİ KİA)Beynəlxalq əlaqələr sektorunda mütəxəssis kimi, Erol Quliyev Birləşmiş Millətlər Təşkilatında, Vasif  Əliyev Azərbaycanın Türkiyədəki Səfirliyində çalışırlar. Həmçinin, Rəşidə Əliyeva İspaniyanın Bakıdakı Konsulluğunda mütəxəssis, Ülkər Hacıyeva Meksika Səfirliyində mütəxəssis, Səbinə Gözəlova XİN –də mütəxəssis, Nərgiz Məlikova Seul Universitetində doktorant, Nərmin Hüseynli Nazirlər Kabineti nəzdində Tərcümə Mərkəzində tərcüməçi, Nərmin Qarayeva Meksika Səfirliyində mütəxəssis, Surə Rzayeva Argentina Səfirliyində mütəxəssis, Ülviyyə Zeynalova Kapital Bankda şöbə rəisi, Tutuxanım Yunusova Argentina Səfirliyində mütəxəssis, Hüsniyyə Həşimova ABŞ Səfirliyində tərcüməçi, Ceyhun Mürşüdzadə AMEA Uzaq Şərq şöbəsində kiçik elmi işçi, Ülkər Həsənova  Argentina Səfirliyində tərcüməçi, Günay Rəhimli CONSİS LLC Tərcümə Şirkətində təsisçi, İsmayıl Cəbrayılov Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının təsisçisi və sədri, Xəqani Əliyev ABŞ Səfirliyində tərcüməçi, Elnur Bağırov Meksikanın  Azərbaycandakı Səfirliyində mütəxəssis,  Günel Hacıyeva Meksikanın  Azərbaycandakı Səfirliyində, Rəşidə Əliyeva İspaniyanın Azərbaycandakı nümayəndəliyində səfir köməkçisi, Səbinə Əliyeva Perunun Azərbaycandakı Səfirliyində, Züleyxa Muradova İtaliyanın Bakıdakı Səfirliyində, Günay Məhərrəmli Almaniyanın Azərbaycandakı Səfirliyində, Fidan Babayeva İtaliyanın Bakıdakı Səfirliyində, Gülşən Əliyeva İtaliyanın Bakıdakı Səfirliyində, Elvin Abbasbəyli  AİİC –in (Beynəlxalq Konfrans Tərcüməçilər Assosiasiyası) üzvü və tərcüməçisi, Mirvari Fətəliyeva Parisdəki Azərbaycan evinin prezidenti, f. f. d.Ülfət İbrahimov ADU –nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, Vüqar Ələsgərov Aztv xarici xəbərlər departamentinin müdiri vəzifəsində işləyir. Digər məzunlarımız isə Nar Mobile, Asan xidmət,  Azercell, Samsung, AZAL kimi böyük şirkətlərdə tərcüməçi vəzifəsində fəaliyyət göstərirlər.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:
Xarici dillər kafedrası
German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası 
Bu kafedralarda böyük təcrübəyə malik olan səriştəli yerli kadrlarla bərabər, əcnəbi mütəxəssislər də çalışırlar.

Akademik proqramlar                     

Tərcümə fakültəsinin  bakalavriat  pilləsində aşağıdakı fənlər tədris olunur:

  1. İxtisas dilinin tələffüz və nitq vərdişləri
  2. İxtisas dilinin yazı və oxu vərdişləri
  3. Yazılı anlama və yazılı ifadə
  4. Şifahi anlama və şifahi ifadə
  5. Yazılı mətnin şifahi tərcüməsi
  6. Yazılı tərcümə
  7. Şifahi tərcümə
  8. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  9. Sənədləşmə və terminologiya
  10. Tərcümə nəzəriyyəsi
  11. Hüquqi və inzibati sənədlərin tərcüməsi
  12. İqtisadi mətnlərin tərcüməsi
  13. Tibbi mətnlərin tərcüməsi
  14. İctimai-siyasi mətnlərin tərcüməsi
  15. Elmi mətnlərin tərcüməsi
  16. Mətbuat materiallarının tərcüməsi
  17. Bədii tərcümə
  18. Peşəkar tərcümənin əsasları
  19. Beynəlxalq qurumlar
  20. Komputer tərcümə proqramları
  21. Xarici dildə ünsiyyətdə nitq mədədniyyəti
  22. Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət
  23. Xarici dillər (alman, fransız, ispan, ingilis, koreya, italyan)
  24. Xüsusi məqsədlər üçün Azərbaycan dili
  25. Azərbaycan tarixi
  26. Mülki müdafiə
  27. Psixologiya
  28. İnformatika

Magistratura pilləsində

Seçmə fənn

Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Elmi Şurasının iclasları hər ayın sonunda keçirilir və protokollaşdırılır. Elmi Şuranın sədri fakültə dekanı fil.f.d.Bənövşə Məmmədovadır. Elmi Şuranın katibi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Jalə Qənbərlidir.

Elmi Şura aşağıdakı tərkibdə fəaliyyət göstərir:

1. Fil.f.d.B.G.Məmmədova Sədr
2. G.Ə.Əhmədli Sədr müavini
3. Fil.f.d.dos.G.F.İsrafilova Üzv
4. Dos.F.B.Abdullayeva Üvz
5. Dos.T.H.Əmirova Üvz
6. Dos.E.Q.Rəhimli Üvz
7. Fil.f.d.A.V.Quliyeva Üvz
8. Dos.F.G.İsmayılova Üvz
9. Prof.Q.H.Bayramov Üvz
10. Fil.f.d.G.M.Bayramova Üvz
11. B.M.J.H.Qənbərli Katib
12. Fakültə TEC-in sədri
13. Fakültə THT-in nümayəndəsi
14. Fakültə MHT-in nümayəndəsi

Elmi Şuranın növbəti tədris ili üçün iş planı hər il son Elmi Şura iclasında müzakirə olunur və rektorun təsdiqinə verilir.  Elmi Şura öz işini bu plana uyğun olaraq aparır.

Elmi Şura iclaslarında fakültənin işi üçün əhəmiyyət kəsb edən bütün məsələlər müzakirə olunur və qərarlar qəbul olunur. Eləcə də, fakültə Elmi Şurası Bakalavr və Magistratura tələbələrinin Buraxılış işləri mövzularının, Doktorantura üçün fənn minimumlarının, Yekun Buraxılış Dövlət İmtahanı suallarının təsdiqini həyata keçirir.

Tərcümə və mədəniyyətşünaslıq fakültəsi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edərək öz potensialını artırmağı hədəfləyir. Hər il fakültənin tələbə və müəllimləri bilik və təcrübə mübadiləsi məqsədilə İtaliya, Türkiyə, İspaniya, Koreya və digər ölkələrə gedirlər. Fakültə hal-hazırda Türkiyənin Hacettepe, İspaniyanın Mursiya, Koreyanın Hankuk və Chonbuk, İtaliyanın Milan  və Fransanın Strasburq Universitetləri ilə sıx əməkdaşlıq edir. Hər il bu universitetlərlə Erasmus+, delokalizasiya, Mövlanə və s. proqramlar yolu ilə tələbə və müəllimlərin qarşılıqlı mübadiləsi aparılır.

Hal hazırda ADU-nun Koreyanın Hankuk Universiteti və Chonbuk Universiteti arasında imzalanmış müqaviləyə əsasən hər semestr üzrə 2nəfər (hər universitetə 2 nəfər , ümumilikdə 4 nəfər) mübadilə proqramı ilə Koreyada təhsil alır. Yol xərcləri, yataqxana və yaşayış xərcləri tələbələrin özləri tərəfindən ödənilir.  AKS (The Academy of Korean Studies) tərəfindən həyata keçirilən yay proqramı üzrə hər il bir nəfər 1aylıq Koreyaya getmək şansı əldə edir. Yol xərcləri tələbələr tərəfindən, digər xərclər isə Akademiya tərəfindən ödənilir.

Fransanın Strasburq Universiteti ilə qarşılıqlı müqaviləyə əsasən, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin magistratura səviyyəsində təhsil alan və ingilis və fransız dillərini bilər tələbələri təhsillərinin birinci ilini Azərbaycan Dillər Universitetində bitirdikdən sonra ikinci ilini Fransada tamamlaya bilərlər. Bununla onlar ikili diplom əldə edirlər. 2016/17-ci tədris ilinin May ayında Fransanın İtiri institunun əməkdaşı Dr. Bencamin Klinq fakültənin fransız dili üzrə tərcüməçi ixtisasında təhsil alan tələbələrə audio-vizual tərcümə haqqında bir həftəlik dərs keçmişdir.

Hal-hazırda fakültədə koreya dili və ispan dili ixtisasları üzrə Koreya və İspaniyadan gələn dil daşıyıcıları müəllimlər tədris aparır. Yaxın günlərdə Milan Ali Tərcümə Məktəbinin professoru Fabrizia Parini “Subtitrlərin tərcüməsi və dublyada adaptasiya” mövzusunda fakültənin tələbə vöə müəllimlərinə seminar keçmişdir. Növbəti həftələrdə isə, Milan Ali Tərcümə Məktəbinin müəllimi Giorgina Cantalini “Şifahi nitq” mövzusunda silsilə seminarlar keçəcəkdir.

Tərcüçə və Mədəniyyətşünaslıq fakültəsində Alman Oxu zalı, İspan dili mərkəzi, İtalyan dili mərkəzi və Koreya mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bu mərkəzlər müvafiq ölkələrin Azərbaycandakı səfirlikləri ilə yaxından əməkdaşlıq edirlər.İspaniyanın səfiri cənab İqnasiyo Sançez Taboada, Kolumbiya səfiri xanım Marta Qalinda, Meksika səfiri cənab Juan Rodriqo Labardini Flores, Peru səfiri cənab Luis Çanq Boldrini, Argentina səfiri cənab Karlos Dante Riva, Kuba səfiri cənab Alfredo Fidel Nieves Portuondo və Kosta-Rika səfiri cənab Xairo Fransisko Lopez Bolanyoz, Koreya Respublikasının səfiri cənab Kim Çanq-gyu və İtaliyanın səfiri cənab Augusto Massari fakültəni ziyarət etmiş, tələbə və müəllimlərlə görüşlər keçirmişlər.