Azərbaycan Dillər Universiteti

Ulu öndər Heydər Əliyev muzey-lektoriyası

Azərbaycan Dillər Universitetinin Ulu öndər Heydər Əliyev muzey-lektoriyası 15.09.2017-ci ildən fəaliyyət göstərir. Burada Azərbaycan xalqının Ulu öndərinin həyat və fəaliyyəti ilə baglı 83 ədəd foto şəkil, 56 kitab və Ulu öndərin həyatını, fəaliyyətini özündə əks etdirən filmlərin toplandığı CD-lər, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Azərbaycan dövlətçiliyi, mədəniyyəti, tarixi ilə bağlı kitablar vardır.

Ümummilli lider Heydər Əliyevin uşaqlığını, ailə həyatını, 1941-ci ildən 2003-cü ilədək olan fəaliyyətini əks etdirən guşələrin hər birində müxtəlif fotolar asılmışdır. Tələbələrimiz burada Ulu öndərin xarici səfərləri, Azərbaycanın müstəqillik illərindəki çoxşaxəli fəaliyyəti ilə bağlı ətraflı məlumat alırlar.

Lektoriyada elmi seminarlar, müdafiələr, ictimai və maarifləndirici tədbirlər, millət vəkilləri, siyasətçilər, ədəbiyyat, mədəniyyət adamları, səfirlərlə görüşlər keçirilir. Muzey-lektoriyada milli bayramlarımız, xüsusi günlərimizlə bağlı tədbirlər keçirilir. Xarici ölkələrdən dəvət olunmuş müəllimlərin açıq dərsləri, elektron təqdimatları olur. Həmçinin kitab təqdimatları, konfranslar, iclasların keçiridiyi bu lektoriyada, tələbələr üçün maarifləndirici filmlər də nümayiş etdirilir.