2012 – 2013-cü tədris ilindən Azərbaycan  Dillər Universitetinə jurnalistika ixtisası üzrə qəbul başlanmışdır. 2014–2015-ci tədris ilindən bu ixtisas ingilis dilində tədris olunur. 2017 – 2018-ci tədris ilindən bu ixtisasın tələbələrinə daha mükəmməl tədris təşkil etmək məqsədilə tədris planı və tədris qrafiki yeniləndi və daha məqsədə uyğun formaya salınaraq tətbiq olundu.

Jurnalistika ixtisası 2013-cü ildən Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərirdi. Tələbələrə tədris olunan fənlərin onlar üçün həm praktik, həm də nəzəri əhəmiyyəti var. Belə ki, “Jurnalistin nitq mədəniyyəti” dərsində tələbələr təcrübəyə üstünlük verir, hazırladıqları məqalələr dərslərdə müzakirə edilir. Bu da diksiyanın səlis olmasını formalaşdırır. KİV-in texnikası və texnologiyası dərsində kameralardan istifadə olunur. Tələbələrin peşəkarlığını artırmaq məqsədilə praktik dərslərdə tanınmış kameraman Emin Eliyarlı və tanınmış jurnalist Orxan Fikrətoğlu da tələbələrlə iş təcrübəsini bölüşürlər.  “Radio və televiziyada praktik iş” dərsində tələbələr çəkilişlər edir, müsahibələr alırlar. Yekun qiymətləndirmə məhz hazırladıqları sujetlər əsasında aparılır. Universitetdən kənar keçirilən tədbir və sərgilərdə də iştirak edirlər. ADU-nun jurnalistika ixtisasının tələbələri hər zaman akademik göstəriciləri ilə fərqlənməyə çalışırlar, məzunlarımız arasında fərqlənmə diplomu ilə təltif olunanlar da vardır. Bu ixtisasın inkişafı naminə atılmış ən son addım isə ADU-da “Virtual  Jurnalistika” kafedrasının yaradılması oldu.

 

“Virtual jurnalistika” kafedrasının müdiri:

Nərgiz Çərkəz qızı Qurbanlı