ELM

 

internetdə

saytda

 


 

..: XƏBƏRLƏR :..  
   

 Səməd Seyidov doktorant və dissertantlarla görüşdü
16.01.2012

 

“Elm və alim heç vaxt özünə qapana bilməz, çərçivədə dura bilməz”

Azərbaycan Dillər Universitetində (ADU) universitetin gənc doktorant və dissertantları ilə görüş keçirildi. Akt zalında keçirilən görüşdə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov çıxış edərək universitet tarixində doktorant və dissertantlarla çox çoxsaylı görüşlərin keçirildiyini qeyd etdi. ADU-nun elmi potensialının ildən-ildən artdığını deyən S. Seyidov məhz bunun nəticəsində də elmə gənc kadrların axın etdiyini dilə gətirdi. Bildirdi ki, vaxtilə tək-tük dissertant və aspirantlar var idi: “Elm dalınca getmək istəyənlər çox fikirləşirdilər ki, bu yolu harada davam etdirsinlər. Bu fikrə düşəndə SSRİ-nin müxtəlif ölkələrinə getməli olurdular. Çətinliklə üzləşirdilər. Bu çətinliklərə görə də elmi yarımçıq buraxırdılar. Bunun da nəticəsində alimlər ordusu zəifləmişdi”. Səməd Seyidov əlavə etdi ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra elmin inkişafı əsas istiqamətlərdən biri oldu. İstər ölkədə, istərsə də ADU-da elmlə məşğul olan şəxsin həm də ölkəmizi xaricdə tanınması üçün mühit yaradılmasına çalışdıqlarını söyləyən rektor dedi ki, əsas məqsəd həm də alimin geniş miqyasda tanınmasıdır: “Elm və alim heç vaxt özünə qapana bilməz, çərçivədə dura bilməz. Əgər siz dissertant və doktorantlar, o çərçivədən çıxa bilmisinizsə, elmlə məşğul olmağa layiqsiniz”. Müasir alimin bir dillə kifayətlənməli olmadığını deyən S. Seyidov alimin bütün sahələrlə maraqlanmasının vacibliyini vurğuladı: “Əgər alim elm zirvəsinə çatıbsa, orada dayanmamalıdır, fəaliyyətinə davam etməlidir. Elm, alim heç zaman qocalmır. Hər zaman müasirdir, gəncdir”. Elmi araşdırmalarda ziddiyyət, inkar və paradoks olmadan elmin inkişafının qeyri-mümkün olduğunu deyən S. Seyidov gənc dissertant və doktorantlara uğurlar arzuladı.

Sonra qəbul imtahanlarında yüksək bal toplamış doktorantlara vəsiqələr verildi və kitablar hədiyyə edildi.

Sonra çıxış edən doktorantlar – Günel Xəlilova və Nigar Əliyeva yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edərək elmdə yenilik etməyə çalışacaqlarını bildirdilər.

ADU-nun professorları Əfqan Abdullayev, Fəxrəddin Veysəlli, Azad Məmmədov, Mehbarə Qayıbova çıxış edərək doktorant və dissertantlara uğurlar arzulayaraq onlara dəyərli tövsiyələrini verdilər.

Sonda ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov doktorant və dissertantların görəcəyi işlər barədə məlumat verdi.

 
   
Bookmark and Share

Yuxarı qalx