ELM

 

internetdə

saytda

 


 

..: XƏBƏRLƏR :..  
   

 Təhsil Nazirliyi ADU-da sorğu keçirdi
17.01.2012

 

Yanvarın 17-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyasının gedişini izlədi. İzləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri Lyudmila Muradova, İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətinin rəhbəri Zeynab Kazımova, Xüsusi şöbənin rəisi Elçin Tağıyev və Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov iştirak edirdi.  2 saylı İngilis dili fakültəsinin III kursunda  “İngilis dilinin leksikologiyası”,  “İngilis dilinin metodikası”, Alman dili fakültəsində  isə “İngilis dili II” fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirdi ki, qış imtahan sessiyasında operativliyi və şəffaflığı təmin etmək və yaranacaq mövcud  halların aradan qaldırılması məqsədilə nazirlikdə “Qaynar xətt” fəaliyyət göstərir.  O, Təhsil Nazirliyinin imtahanların gedişi ilə bağlı sorğu keçirdiyini tələbələrin diqqətinə çatdırdı. Tələbələr imtahanların obyektiv və şəffaf keçirildiyini, eləcə də neqativ halların baş vermədiyini nazirlik rəsmisinin nəzərinə çatdırdılar.  Sonra sorğu anketi tələbələrə paylandı.

Qeyd edək ki, sorgu anketində 11 sual yer alıb.  Anketdə  qış imtahan sessiyasında neqativ hallar və bu neqativ halların aradan qaldırılması istiqamətində təkliflərin verilməsi ilə bağlı məsələlər  öz  əksini tapıb.

Eyni zamanda, Operativ Qərargah üzvlərinin iştirakı ilə fakültələrdə   təklif və şikayətləri qəbul etmək üçün qoyulan  qutulara baxış keçirildi.

Məlumat üçün bildirək ki,qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə ADU-da Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları və mail@adu.edu.az  ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Xatırladaq ki, ADU-da qış imtahan sessiyası yanvarın 5-də başlayıb və fevralın 6-dək davam edəcək.  İndiyədək  fakültələr üzrə ümumilikdə ADU-da 72 imtahan keçirilib və bu imtahanlardan  209 tələbənin biliyi qeyri-kafi qiymətləndirilib. Geridə qalan dövr ərzində  25 tələbə imtahan zamanı biliyinin düzgün qiymətləndirilməməsini iddia edərək apellyasiya üçün müraciət edib. Apellyasiya şikayətlərinə baxılıb və müvafiq qaydada şikayətlər araşdırılıb.
 
   
Bookmark and Share

Yuxarı qalx