|

Yanvarın 17-də Azərbaycan Dillər
Universitetinin rektoru, millət vəkili,
professor Səməd Seyidov Azərbaycan
Respublikasının Litva Respublikasına
yeni təyin edilmiş fövqəladə və
səlahiyyətli səfiri Həsən Məmmədzadəni
qəbul etdi. Görüşdə regional, həmçinin
beynəlxalq mövzuda fikir mübadiləsi
aparıldı. Eyni zamanda Azərbaycanla
Litva arasında münasibətlərdən danışıldı,
bu münasibətlərin möhkəmlənməsinə
əminlik ifadə edildi. Bildirildi ki, iki
ölkə arasında bütün sahələrdə əlaqələr
yüksələn xətlə inkişaf edir. Rektor S.
Seyidov yeni təyin edilmiş səfirə
gələcək fəaliyyətində uğurlar arzuladı. |
|