ELM

 

internetdə

saytda

 


 

..: XƏBƏRLƏR :..  
   

İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin nümayəndələri ADU-da
18.01.2012

 

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudinin başçılıq etdiyi nümayədə heyətinin universitetin tələbələri ilə görüşü keçirildi. Nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrli və fakültənin professor-müəllim heyəti ilə görüşdülər. Tədbirdə  ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva, Xarici dillər kafedrasının müdiri Salman Nuriyev, Regionşünaslıq və Xarici dillər kafedrasının müəllimləri iştirak edirdilər.

Tədbirdə çıxış edən Məcid Əliyev qonaqları salamlayaraq, dekanı olduğu fakültənin tarixi haqqında məlumat verdi. O, fakültədə 11 ixtisasın tədris olunduğunu qeyd edərək, Ərəbşünaslıq ixtisasının yeni açıldığını bildirdi. Bu il bu ixtisas üzrə ilk tələbələrin təhsil aldığını sözlərinə əlavə etdi. Fakültə dekanı öz çıxışında : “ Məqsədimiz dünyanın aparıcı dövlətləri haqqında tələbələrə daha geniş məlumat vermək və bu dövlətlərin dillərini onlara mükəmməl şəkildə öyrətməkdir”- deyə vurğuladı.

Daha sonra çıxış edən İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi onlara göstərilən qonaqpərvərliyə görə ADU rəhbərliyinə  minnətdarlığını ifadə etdi. Azərbaycan Dillər Universitetində olmaqdan və Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşməkdən məmnun olduğunu bildirdi. O: ” Biz Ərəb dilinin mükəmməl öyrədilməsi üçün universiteti müxtəlif dərsliklərlə təmin edə bilərik. Həmçinin tələbələr üçün dil kursları təşkil edərik”- deyə vurğuladı.

Görüşdə çıxış edən Nümayəndələr Şurasının üzvü  Jale Yunus Neftçi gözəl qarşılanmaya görə minnətdar olduğunu qeyd etdi. İraq Respulikası ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyini bildirdi. Ərəb dilini öyrənən tələbələrin gələcəkdə Azərbaycanı müxtəlif Ərəb ölkələrində layiqincə təmsil edəcəklərinə ümid etdiyini dedi.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva : “ Bizim İraq və digər ərəb ölkələri haqqında kifayət qədər məlumatımız var. Lakin Ərəb dilinin mükəmməl öyrədilməsi üçün müəllimlərə ehtiyac hiss olunur.”-deyə qeyd etdi. Bunun üçün ADU-nun müəllimlərinin İraq və digər Ərəb ölkələrində kurs keçmələrinin eyni zamanda həmin ölkələrdən də  Azərbaycana müəllimlərin gəlməsinin məqsədəuyğun hesab etdiyini bildirdi.

Sonda İraq Respublikası parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi müəllim və tələbələrə gələcək işlərində uğurlar arzuladı.

 
   
Bookmark and Share

Yuxarı qalx