ELM

 

internetdə

saytda

 


 

..: XƏBƏRLƏR :..  
   

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-da mühazirə oxudu
22.02.2012

 

      

 

 

 

Fevralın 22-də Azərbaycan Dillər Universitetində  ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşdü. Görüşdə Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının müdiri Samir Həmidov iştirak edirdi.

Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi ilə əlaqədar keçdiyi yol haqqında  mühazirə ilə çıxış etdi. Öncə ATƏT-in fəaliyyəti haqqında qısaca danışan Koray Tarqay  qurumun  57 üzvünün olduğunu bildirdi. O, hazırda ATƏT-in Bakı ofisində 50-ə yaxın əməkdaşın çalışdığını iştirakçıların nəzərinə çatdırdı. Ofisin rəhbəri Azərbaycanın ATƏT-ə 1992-ci ildə üzv olmasına baxmayaraq həyata keçirdiyi layihələri 2000-ci ildən etibarən gücləndirdiyini qeyd etdi.

Koray Tarqay  ATƏT-in həyata keçirdiyi digər  layihələr haqqında tələbələrə məlumat verdi. Hər il 80-90-a yaxın layihə hazırlandığını və bunların çoxuna müsbət cavab aldıqlarını dedi.  O, keçən il Azərbaycanda gənclər üçün təşkil olunmuş bir neçə layihə haqqında danışdı və tələbələrə belə layihələrdə  iştirak etmələrini məsləhət gördü. Bundan başqa ATƏT-in Bakı ofisinin rayonlarda da xidmət göstərdiyini vurğuladı. 

Tədbirdə çıxış edən fakültə dekanı Məcid Əliyev ofisin rəhbərinə təşəkkürünü bildirdi və Azərbyacan Dillər Universitetində görməkdən məmnun olduğunu qeyd etdi. Mühazirənin tələbələr üçün əhəmiyyətli olduğunu bildirdi.

Sonda tələbələrin sualları cavablandırıldı.

 
   
Bookmark and Share

Yuxarı qalx