XƏBƏRLƏR

ADU-da elmi-praktik seminar keçirilib

17 aprel, 2024

Aprelin 17-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Beynəlxalq münasibətlər kafedrası,  Doktorantura şöbəsi, Magistratura şöbəsi, Azərbaycanşünaslıq ETL və Siyasi araşdırmalar mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük Yaxın Şərq layihəsi:mövcud vəziyyətin və dinamikanın təhlili” mövzusunda elmi-praktik seminar keçirilib.  

Tədbiri giriş sözü ilə açan moderator, Beynəlxalq münasibətlər kafedrasının müəllimi t.ü.f.d.Lamiyyə Namazova  Böyük Yaxın  Şərq layihəsinin mahiyyəti, prinsipləri, tarixi və regionun əhəmiyyəti  haqqında məlumat verib.

“Böyük Yaxın Şərq layihəsinin mahiyyəti və reallaşdırılmasına yanaşmalar” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müəllimi Günel Hacalıyeva, Böyük Yaxın Şərq Layihəsinin yaranmasını şərtləndirən tarixi geosiyasi vəziyyəti şərh edib. Böyük Yaxın Şərq Layihəsinin mahiyyəti, həyata keçirilmə aspektləri və ABŞ prezidentlərinin administrasiyaları dövründə fərqli yanaşmalar haqqında danışıb. 

 “ABŞ-ın Böyük Yaxın Şərq layihəsi çərçivəsində müttəfiqlik siyasəti” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının  magistrantı Kamran İmaməliyev, ABŞ müttəfiqləri ilə münasibətləri və Yaxın Şərqdə həyata keçirdiyi siyasəti haqqında geniş məlumat verib.

Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.

ADU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, prof. Aida Yusifzadə, Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri Ədalət Abdiyeva, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin  dekan müavinləri Namiq  Kərimov, Asif Abbasov və Siyasi araşdırmalar mərkəzinin müdiri Əli Məmmədov mövzu ilə bağlı fikirlərini bildiriblər.