ADU haqqında

İnformasiya Kommunikasiya Texnologiyaları xidməti

Azərbaycan Dillər Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) xidməti 2008-ci ildən fəaliyyətə başlayıb.

İKT xidmətinin yaradılmasında məqsəd universitetin kompleks kompyuterləşməsinin layihələndirilməsi, müvafiq strateji proqramın hazırlanması, icrası, monitorinqi, tədris prosesinin proqram-metodik təminatı sahəsində elmi tədqiqatların aparılması, universitet  təhsilinin informatlaşması sahəsində elmi-texniki siyasətin formalaşması və həyata  keçirilməsi, tədricən universitetin vahid informasiya təhsil məkanının formalaşdırılması, onun milli və qlobal informasiya məkanına inteqrasiya  edilməsi  kimi müasir problemləri həll etməkdir.

Xidmətin fəaliyyətində təhsildə İKT-nin tətbiqinə dair universitetdə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi, tədris təyinatlı proqram vasitələrinin yaradılması, universitetdə rəqəmsal tədris resursları fondunun formalaşdırılması və təbliği, tədris təyinatlı proqram vasitələrinin ekspertizasının aparılması, tədris prosesinin İKT ilə təminatının təhlili, universitet əməkdaşlarının İKT üzrə məqsədli hazırlanması, yenidən hazırlanması, ixtisasların artırılması, təhsildə İKT-nin tətbiqinə dair milli və beynəlxalq  səviyyəli  elmi konfrans  və  seminarların  təşkili  də mühüm yer tutur.

Xidmətin əməkdaşları Almaniya, Polşa, Latviya, Ukrayna və digər xarici ölkələrə səfərlər edib və bu ölkələrin İKT şöbələri ilə əməkdaşlıq edirlər.

Xidmətin əməkdaşları Cisco, Microsoft, ECDL və s. kimi bir çox beynəlxalq sertifikatlar alıblar.

 

İnformasiya Kommunikasiya Texnologiyaları xidmətinin müdiri

Kərimov Azər Balamirzə oğlu

Tel: (+99412) 440-58-32

E-mail:[email protected]