ADU haqqında

Beynəlxalq əlaqələr şöbəsi

Şöbənin məqsədi Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq əlaqələrini genişləndirmək, həmçinin beynəlxalq təhsil sisteminə inteqrasiyasına yardımçı olaraq dünyanın bir çox nüfuzlu təhsil müəssisələri ilə əməkdaşlığının səmərəli inkişafını təşkil etməkdir.

Şöbə xarici vətəndaşların qəbulu işinin koordinasiyasını, hazırlıq kurslarının tələbələrinin tədris prosesi, qeydiyyatının və s. ilə bağlı sənədləşmənin aparılmasını; xarici müəllimlərlə, işçilərlə və tələbələrlə bağlı məlumat bazasının yaradılmasını, onların qəbulu, mobilliyi və xaric olunması ilə bağlı müvafiq sənədləşmənin aparılmasını; xarici müəllim və tələbələrin, proqram çərçivəsində gələn tələbələrin viza və qeydiyyat məsələlərinin həll olunmasını; müxtəlif aidiyyəti qurumlara yazışmaların aparılmasını, xarici tələbələrlə və müəllimlərlə il boyu keçirilən tədbirlərin təşkil olunmasını həyata keçirir.

Beynəlxalq Əlaqələr şöbəsinin fəaliyyət sahəsinə aşağıdakılar aiddir:

  • Beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və fəaliyyət planının yaradılması;
  • Beynəlxalq tərəfdaş universitetlər ilə müqavilələrin bağlanılması, hazırlanması və dəyərləndirilməsi;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarə edilməsi;
  • İkitərəfli universitet mobillik müqavilələri, Erasmus Mundus, TEMPUS, Erasmus + kimi müxtəlif mobillik proqramları vasitəsi ilə tələbə, işçi heyəti və tədqiqatçı mobilliyinin inkişaf etdirilməsi və idarə edilməsi;
  • Beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkili;
  • Xarici vətəndaşlarla iş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması;
  • Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsi.

Şöbənin əsas vəzifələri:

  • Xarici vətəndaşlarla işlərin aparılması; əcnəbi vətəndaşların ADU-da təhsil almalarının təşkili, əcnəbi müəllimlərin ADU-nun tədris prosesinə cəlb edilməsi;
  • Mübadilə məsələlərinin, beynəlxalq əməkdaşlıq proqramlarının təşkili;
  • Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında iştirakının təmin edilməsi;
  • Xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması;
  • ADU-da fəaliyyət göstərən mərkəzlər və protokol işlərinin həyata keçirilməsi;
  • Dəvət məktublarının, təqdimatların hazırlanması, xarici qonaqların yerləşməsinə köməkliyin göstərilməsi.

Şöbənin əsas vəzifə və funksiyalarına, həmçinin xarici ölkələrin bir sıra ali təhsil ocaqları ilə işgüzar əlaqələrin yaradılması və inkişafına yönəlmiş təkliflər hazırlamaq və digər tədbirlərin həyata keçirilməsini təmin etmək də daxildir. Şöbənin əsas işlərindən biri müxtəlif beynəlxalq proqramlar çərçivəsində ADU-nun tələbə və müəllim heyətinin qarşılıqlı mübadiləsini təmin etməkdir.

Şöbə eyni zamanda universitet daxilində keçirilən bütün beynəlxalq tədbirlərin təşkilinə nəzarət edir, universitet rəhbərinin xarici qonaqların rəsmi qəbullarının təşkilini həyata keçirir.

ADU-da dünyanın bir çox təhsil ocaqları ilə təcrübə mübadiləsi aparılır. Beynəlmiləlləşmə universitetlərlə olan ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müqavilələri, beynəlxalq layihələrdə iştirak (Avropa Birliyi, ABŞ Dövlət Departamenti və s. tərəfindən maliyyələşən layihələr daxil olmaqla) və müxtəlif mobillik proqramları vasitəsi ilə həyata keçirilir. Son on il ərzində 500-dən çox tələbə bu proqramlar çərçivəsində dünya universitetlərinə göndərilib. Əməkdaşlıq müqavilələri, həmçinin müəllimlərin təlimi, birgə tədqiqat, resursların inkişafı (tədris və tədqiqatla bağlı resurslar daxil olmaqla) və kitabxana, həmçinin mədəniyyət mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Fransa, ABŞ, İndoneziya, Norveç, Hindistan və Avstriya, o cümlədən xarici səfirliklərin təşəbbüsü ilə müxtəlif mədəni və informasiya-resurs mərkəzləri yaradılıb. Universitet Konfutsi İnstitutu, Goethe İnstitutunun OEAD (Österreichische Austauschdienst) himayəsi altında fəaliyyət göstərən Alman Oxu Zalı və Avstriya Kitabxanası kimi nüfuzlu təşkilatların filiallarına ev sahibliyi edir. ADU eyni zamanda TOEFL (ABŞ), AYÖS və OEAD (Alman dili)  dil testlərinin keçirilməsi üçün rəsmi icazəyə sahibdir. Azərbaycan Dillər Universiteti 2010 və 2013-cü illərdə iki TEMPUS layihəsinin baş koordinatoru olub və 2010-cu ildən  TEMPUS, ERASMUS və ERASMUS mobillik proqramlarında əməkdaş universitet kimi fəaliyyət göstərir. ADU 2011-ci ildən Türkiyə universitetləri ilə Mövlana mübadilə proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan Dillər Universitetinin Erasmus+ KA1 mobillik proqramı çərçivəsində Avropa Birliyi universitetləri ilə ikitərəfli münasibətləri inkişaf edir. Bu işgüzar əlaqələr nəticəsində Fransanın ITIRI Strasburq və Bordo universitetləri, İspaniyanın Mursia Universiteti, İtaliyanın Fondazione Milano SCM, Türkiyənin Həsən Kalyoncu və Hacəttəpə universitetləri və digər universitetlər ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini nəzərdə tutan bir sıra rəsmi sazişlər imzalanıb. ADU universitetlərlə əlaqələrin inkişafının davamlılığına böyük önəm verir, Esseks Universiteti ilə ikili bakalavr proqramını həyata keçirir, Glasgow Universiteti ilə bakalavr və magistr tələbə mobilliyi sahəsində uzun sürən tərəfdaşlığı var. ADU Strasburq Universiteti ilə Professional Tərcümə və Konfrans Tərcüməsi üzrə Magistr Diplom delokalizasiya proqramını həyata keçirir. Hal-hazırda eyni layihənin beynəlxalq münasibətlər sahəsində də tətbiq olunması istiqamətində danışıqlar aparılır.

Norveç ilə olan münasibətlər də olduqca yüksək səviyyədədir. ADU 2007-ci ildən Norveç dili üzrə mütəxəssislərin hazırlanması üçün Oslo və Agder universitetləri ilə əməkdaşlıq edir. Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən bu əməkdaşlığın davamı olaraq, Azərbaycan Dillər Universiteti bakalavr dərəcəsində Skandinaviyaşünaslıq ixtisası proqramlarının yaradılması, proqram çərçivəsində resursların inkişafı (müəllim hazırlığı daxil olmaqla), kitab və dərs vəsaitlərinin təchizatı, akademik keyfiyyətin təminatı, eyni zamanda, Norveçdəki müxtəlif dil kursları vasitəsi ilə tələbə və akademik heyətin Norveç dili bacarıqlarının inkişafına şərait yaradıb. Layihə bütövlükdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən pilot layihə kimi dəyərləndirilib və onun davamlılığı dəstəklənir.

2009-cu ildən ADU ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üçün nəzərdə tutulan CLS təqaüd proqramına ev sahibliyi edir. ADU türk dili və mədəniyyətini öyrənən ABŞ tələbələri üçün nəzərdə tutulan CLS və Flagship təqaüd proqramlarına da rəhbərliyi öz üzərinə götürüb.

Azərbaycan Dillər Universitetində tədris prosesini, müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı səviyyəsini artırmaq məqsədi ilə аpаrılаn struktur dəyişiklikləri nəticəsində şöbənin nəzdində aşağıdakı mərkəzlər yаrаdılıb:


 

Yaxın gələcəkdə bir sıra ölkələrin mərkəzlərinin ADU-da açılışı planlaşdırılır.

 

Şöbə müdiri

Anar Rəhimov

Tel: (+99412) 441-23-31

E-mail: [email protected]