ADU haqqında

Dil Xidmətləri və Təlim-Tədris Şöbəsi

Dil Xidmətləri və Təlim-Tədris Şöbəsi

Mərkəzin əsas məqsəd və vəzifələri:

Azərbaycan Dillər Universitetinin elmi və tədris potensialından daha səmərəli istifadə edilməsi, cəmiyyətdə mövcud təhsil və dil xidmətlərinə olan tələbatın yüksək peşəkarlıq səviyyəsində ödənilməsinin təmin edilməsi üçün təsərrüfat hesablı dil kurslarının (o cümlədən beynəlxalq sertifikatların alınmasına hazırlıq məqsədi ilə), müvafiq təşkilatlarla müqavilələr bağlamaq və əhalinin müxtəlif təbəqələrinə dil xidmətləri göstərmək, xüsusilə də gənclərin dünya mədəniyyətinə inteqrasiyasına yardımçı olmaq, onlara elektron informasiya mənbələri ilə iş vərdişləri aşılamaq, İKT biliklərini öyrətmək məqsədi ilə təsərrüfat hesablı kurslar  açır, repetitor xidmətlərini təklif edir, vətəndaşların  xarici  dillər üzrə bilik səviyyəsini müəyyənləşdirən beynəlxalq qurumların keçirdiyi sınaqlara hazırlıq məqsədi ilə qruplar təşkil edir, həmin sınaqların keçirilməsində beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri qurur.

Orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdləri üçün dünya mədəniyyətinə aid müxtəlif tədbirlərin keçirilməsini təşkil edir.

Beynəlxalq sertifikat imtahanlarını təşkil edir və digər “online” sınaqlarını həyata keçirir.

 

Dil  Xidmətləri və Təlim Tədris şöbəsinin fəaliyyət istiqamətləri

1.Magistratura hazırlığı,

2.Doktoranturaya xarici dil hazırlığı,

3.Xarici dillərin tədrisi: ingilis, alman, fransız , rus, Ərəb , İtalyan , İspan , və s.

4.Xarici ölkələrdə dil kursları : Avstirya , Almaniya, Böyük  Britaniya , Amerika Birləşmiş Ştatları və s.

5.Xarici ölkələrdə təhsil : Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Polşa, İspaniya və s

6.Məzun müəllimlər üçün : ingilis dilində seminar və təlimlər ,

7.Müəllimlər üçün müxtəlif  təlimlər: Aptis, Akademik yazı və oxu, TKT , Pre –CELTA, CİSELT və s

8.Məktəblilər üçün ingilis və rus dili hazırlıqları

9.Beynəlxalq sertifikat imtahanlarına hazırlıq

 

TOEFL

İELTS

SAT

GMAT

GRE

 

Dil Xidmətləri və Təlim Tədris Şöbəsinin müdiri

Şirinli Nərmin Yavər qızı

Tel: (+99412) 441 01 72

E-mail: dil.xidmetleri@adu.edu.az