QARABAĞ HƏQİQƏTLƏRİ

Norveç vətəndaşı: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir və otuz ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunub"

Azərbaycan Dillər Universitetinin əməkdaşlarının Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı 20 dildə dünya ölkələrinə göndərdiyi məktublar öz nəticəsini verir. Artıq universitetə dəstək və cavab məktubları gəlməkdədir. Həmin dəstək məktublarından birini də Norveç vətəndaşı Lars Westby yazıb. Həmin məktubun tərcüməsini təqdim edirik: 

"Əziz dostlar,

Əksəriyyətiniz mənim Azərbaycana olan yaxın və xoş münasibətimdən xəbərdarsınız. Son vaxtlar azərbaycanlılar ermənilərin hücumuna məruz qalır və nəticədə çox ürəkparçalayan səhnələrlə qarşılaşırıq.

Ermənilərin təbliğatının bir hissəsi guya müsəlman azərbaycanlıların xristian ermənilərə qarşı etnik təmizləmə həyata keçirməsilə bağlıdır. Təəssüf ki, Norveç və qərb mətbuatı da həqiqətə uyğun olmayan məlumata uyaraq bunu işıqlandırır. 

Mən bunun yalan olduğunu sübut edəcək canlı bir numunəyəm. Mən Azərbaycana səfər edərkən xristian ölkəsindən gəldiyim üçün heç bir zaman neqativ münasibətlə qarşılaşmamışam.

Həqiqət budur ki, mübahisəli ərazi kimi göstərilən Dağlıq Qarabağ Azərbaycan ərazisidir və otuz ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Azərbaycan öz torpağını geri qaytarmaq istəyir. Azərbaycan bu ərazidə mübarizə apararkən Ermənistan mülki əhalini hədəf alaraq müharibə zonası olmayan Azərbaycan ərazilərinə, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncəni raketlərlə hücuma məruz qoyur.

Dağlıq Qarabağ Azərbaycandır,1992-ci ildə ermənilər hücum edərək qadınları, uşaqları və yaşlıları qətlə yetirmiş və bir miliyon qaçqın evindən-eşiyindən didərgin düşmüşdür. Bu insanlar öz ölkələrində qaçqın həyatı yaşayırlar.

Gələn dəfə bu münaqişə haqqında məlumat oxuyarkən diqqətli olun və hər şeyə inanmayın. Azərbaycanlılar sülhsevər, tolerant və böyük ürəyə sahib xalqdır.

Azərbaycandakı ailəmə, dostlarıma və bütün azərbaycanlılara xoş arzularımı göndərirəm.

Lars Westby"