BEYNƏLXALQ ƏLAQƏLƏR

TƏRCÜMƏ SAHƏSI ÜZRƏ MƏSAFƏLİ TƏCRÜBƏ PROQRAMI

TƏRCÜMƏ SAHƏSI ÜZRƏ MƏSAFƏLİ TƏCRÜBƏ PROQRAMI   

 

Frankofoniya Universitet Agentliyi (FUA) və RFI Rumıniya radiosu regional tərəfdaşlıq çərçivəsində fransızdilli tələbələr üçün tərcümə sahəsi üzrə məsafəli təcrübə proqramı elan edir. Təcrübə proqramı 4 ay (1 mart – 1 iyul 2022) müddətində uzaqdan məsafəli şəkildə davam etdiriləcək və təcrübədə ümumilikdə region ölkələri üzrə FUA-ın saytından (https://www.auf.org/) qeydiyyatdan keçən 20 tələbənin iştirakı gözlənilir.

 

Təcrübəçilərin əsas iş fəaliyyətləri:

- Təcrübəçilərin əsas vəzifələri milli mətbuatda dərc edilən məqalələrin fransız dilinə (sahələr: səhiyyə, iqtisadiyyat, cəmiyyət, mədəniyyət.) tərçüməsindən ibarət olacaqdır və hər ay təcrübə müddətində 4 məqalə tərcümə etməlidirlər.

 

Proqramda iştirak şərtləri:

ü Mərkəzi və Şərqi Avropa üzrə FUA-ə üzv olan universitetlərin jurnalistika və tərcümə fakültələrində fransız dilində təhsil alan bütün tələbələrin iştirakı arzuediləndir;

ü iştirakçı tələbələr fransız dilində mükəmməl dil səviyyəsinə malik olmalıdır;

ü təcrübəçi təcrübə müddətində tələbə statusuna sahib olmalıdır;

ü təcrübəçi 2021 - 2022-ci illər üçün qüvvədə olan tələbə vəsiqəsinin sürətini və ya tələbə statusuna dair digər sənədi, tərcümeyi-hal (CV) və müsabiqədə iştirak üçün tələb edilən tərcümə etdiyi məqaləni qeydiyyatdan keçərkən mütləq sənəd bölməsinə daxil etməlidir;

ü Rumındilli olmayan namizədlər sınaq mətinlərini öz ölkələrinin milli mətbuatlarında dərc edilən məqalələrdən seçərək fransız dilinə (sahələr: səhiyyə, iqtisadiyyat, cəmiyyət, mədəniyyət.) tərçümə etməlidirlər. Tərcümə mətni 6000-8000 söz sayı aralığında olmalıdır. 

 

Seçim qaydaları:

- FUA və RFI Rumıniya radiosu tələbələrin müraciətlərini təhlil etdikdən sonra 1 mart 2022-ci il tarixinə qədər seçilən tələbələri müəyyən edəcək;

- müsabiqədə müvəffəqiyyət qazanan tələbələr FUA tərəfindən təyin ediləcək və seçilən tələbələrin nəticələri FUA-nın rəsmi saytında dərc ediləcəkdir;

- iştirakçıların seçimləri bəyan edildikdən sonra FUA, RFI Rumıniya radiosu, universitet və tələbə arasında nominal dördtərəfli təcrübə müqaviləsi bağlanacaqdır;

- təcrübənin sonunda təcrübəçi tələbə FUA-nin rəsmi sertifikatına layiq görüləcəkdir;

- region ölkələri üzrə seçilən 20 təcrübəçi tələbə 4 ay müddətinə hər ay 60 avro müavinət alacaqdır.

Müraciət üçün son tarix: 14 fevral 2022

Müsabiqədə iştirak qaydaları və onlayn qeydiyyatla bağlı ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

 

https://www.auf.org/nouvelles/appels-a-candidatures/stages-de-traduction-langue-nationale-francais-distance-en-partenariat-avec-la-rfi-roumanie-3/