KİTABXANA

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin birinci kurs tələbələri ilə görüşü

  20 oktyabrda Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin Tərcümə fakültəsi birinci kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru C.Əliyeva çıxış edərək tələbələrə kitabxananınfəaliyyəti , universitet həyatında rolu, tələbələrlə birgə tədbir və layihələrin hazırlanması və təqdim edilməsi haqqında məlumat verdi. Şöbə müdiri S.Həsənova ənənəvi və elektron kitabxanadan istifadə qaydaları haqqında danışdı. Görüşdə Tərcümə fakültəsinin dekan müavini M.Kərimov kitabxanada tələbə və müəllimlər üçün yaradılan yeni resurslardan və səmərəli istifadə edilməsini tövsiyyə etdi. Görüş müzakirələrlə bitdi.