TƏLƏBƏ HƏYATI

"Mən gələcəyin universitetini seçdim" - Tələbə

 

Bu gün I kursu bitirdiyim vaxtdır. Azərbaycan Dillər Universitetində I tədris ilini başa vururam. Mən bu gün sizə Azərbaycan Dillər Universitetini nə üçün seçdiyimi, Azərbaycan Dillər Universitetinin mənə qazandırdıqları və “niyə gənclərimiz Azərbaycan Dillər Universitetini seçməlidir?” suallarına cavab verəcəm.

2022-ci il idi və gələcəyimin universitetini seçməli idim. Tək universitet deyil, gələcəyimi seçirdim. O günlərdə çox həyəcanlı, çox təlaşlı idim. Amma hədəfimi, məqsədimi, gələcəyimi görürdüm. Və buna görə də gələcəyin universitetini seçdim. Yəni Azərbaycan Dillər Universitetini seçdim. Bu universitet haqqında çox eşitmişdim.

Nəticədə 2022-ci ildə Azərbaycan Dillər Universitetini seçməklə gələcəyimi də seçdim. Azərbaycan Dillər Universiteti ingilis dili müəllimliyi ixtisasını seçdim. Artıq I kursu bitirirəm. Bəs sual verəcəksiniz ki, Azərbaycan Dillər Universiteti sizə nə qazandırdı?

Azərbaycan Dillər Universiteti mənə bir şəxsiyyət necə yetişdirilir onu öyrətdi. “Gələcəyini necə qurmalısan?” – onu öyrətdi, tələbənin dəyərli bir olduğunu öyrətdi. Qısası, mənə gələcək yolumu öyrətdi. Bu sözləri, cümlələri yazdıqda o qədər qürurlanıram ki, nə yaxşı, Azərbaycan Dillər Universitetini seçmişəm.

Gələcəyin tələbələrinə “niyə Azərbaycan Dillər Universiteti seçilməlidir?” sualına cavab vermək istəyirəm. Azəbaycan Dillər Universiteti sizə elm, müəllim-tələbə münasibəti öyrədərək, öyrənmək nədiri öyrədəcək. “Bir şəxsiyyət necə yetişdirilir? – onu öyrədəcək. Qısası, Azərbaycan Dillər Universiteti sizə həyatı öyrədəcək. Çünki Azərbaycan Dillər Universiteti dünənin, bu günün və gələcəyin universitetidir.

Azəraycan Dillər Universiteti, Təhsil 2 fakültəsi, I kurs tələbəsi, Aygül Babazadə.