TƏLƏBƏ HƏYATI

ADU-nun tələbəsi olduğuma görə xoşbəxtəm

11 illik əziyyətin nəticəsində hər bir abituriyent universitet həyatına daxil olmaq istəyir. Tam 1 il bundan qabaq mən də o abituriyentlərdən biri idim. Həyəcanla hansı universitetə daxil olacağımı gözləyirdim. Nəhayət, nəticələrimiz açıqlananda öyrəndim ki, Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisasına qəbul olmuşam. Dillər Universiteti Azərbaycanda öndə gedən universitetlərdən biridir. Oranın tələbəsi olacağıma görə xoşbəxt idim. Tədris ili müddətində həm müəllimlər, həm universitetimizin idarə heyəti tələbələrə yüksək bilik verməklə yanaşı, bizlərlə səmimi əlaqə qurur, hər bir problemimizlə maraqlanırdılar. Bir tələbə bundan artıq nə istəyir ki? Qeyd edim ki, Azərbaycan Dillər Universiteti bu il QS beynəlxalq reytinq cədvəlində 301-340-cı yerə layiq görülmüşdür. Bu da universitetimizin təhsil səviyyəsinin yüksəkliyini göstərir. İnanıram ki, öz inkişafım üçün universitetimizin çox köməyi olacaq. Bu cür gözəl səmimi təhsil ocağını bizlər üçün qoruyub və inkişaf etdirən rektorumuz akademik Kamal Abdullaya təşəkkür edirəm.

Təhsil 2 fakültəsi, 1-ci kurs tələbəsi Hüseynli Aysun