XƏBƏRLƏR

Pakistan Mədəniyyət Mərkəzi tərəfindən inşa müsabiqəsi elan edilir

06 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzi tərəfindən tələbələr arasında “Zəfər günü”nə həsr olunmuş, “Qələbəyə aparan yol” mövzusunda inşa müsabiqəsi elan edilir.

Müsabiqəyə təqdim olunan inşa 2-3 səhifə həcmində, Azərbaycan, urdu, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.

İnşalar 2023-cü il oktyabrın 31-dək ADU-nun Pakistan mədəniyyət mərkəzinin elektron poçt ünvanına (pakculturalcenterbaku@gmail.com) göndərilməlidir.
Müsabiqədə yalnız ADU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

 

Təqdim olunmuş inşalar Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər isə üç dərəcə üzrə sertifikat və pul mükafatları ilə təltif ediləcəkdir:
• Birinci yer - 200 manat
• İkinci yer - 150 manat
• Üçüncü yer - 100 manat

Müsabiqənin nəticələri və mükafatlandırılma  noyabr ayının əvvəllərində  elan ediləcək.
Əlavə məlumat üçün: (+994 70) 540 65 65