XƏBƏRLƏR

Nigar Əsgərovanın və Solmaz Ələsgərovanın dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək

29 aprel, 2024

08 may 2024-cü il tarixində saat 12:00-da Heydər Əliyev muzey-lektoriyasında ADU-nun nəzdində fəaliyyət göstərən Elmi Seminarının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Nigar Rauf qızı Əsgərovanın  5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “Emi Tan yaradıcılığında milli-mədəni kimlik axtarışları” və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının dissertantı Solmaz Həşim qızı Ələsgərovanın 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında “Müasir ingilis dramaturgiyasında Harold Pinter yaradıcılığının yeri” mövzularında təqdim etdikləri dissertasiya işlərinin seminar müzakirələri keçiriləcək.

 

 

5718.01 – Dünya ədəbiyyatı ixtisası üzrə

Elmi Seminar