XƏBƏRLƏR

ADU-da “Stress və tələbələrdə imtahanqabağı stresslə mübarizə” adlı tədbir keçirilib

28 dekabr, 2017

Dekabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Stress və tələbələrdə imtahanqabağı stresslə mübarizə” adlı tədbir keçirilib.

Tədbirdə ADU-nun Təhsil fakültəsinin tələbələri və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan S.Musayeva günümüzdə baş verən müxtəlif səbəblərdən yaranan stresslərin doğru yönəldilməsi, eyni zamanda emosiyaları cilovlamağı bacarmaq kimi psixoloji vəziyyətlərdən danışıb.

Mövzu ilə bağlı Pozitiv Psixologiya Mərkəzinin əməkdaşı Mehriban Qafarova iştirakçıları geniş şəkildə məlumatlandırıb və bu istiqamətdə atılacaq ilk addımlardan danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.