XƏBƏRLƏR

ADU-nun İzmir Universiteti ilə əməkdaşlığı genişlənir

19 mart, 2024

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova və bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin İzmir 9 Eylül Universitetinə səfər etmişlər.

Təcrübə Mübadilə Proqramı çərçivəsində Eğitim fakültəsinin dekanı, həmçinin, özel eğitim üzrə ixtisaslaşmış professorlarla görüş keçirilmiş, müzakirələr aparılmış, əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə razılıq əldə olunmuşdur.

Dos.N.Zeynalova və dos.F.Rzayeva Türkiyə Cümhuriyyətinin 9 Eylül Universitetinin magistratura şöbəsinin müdiri ilə görüşmüş, bu sahə üzrə proqramlarla tanış olmuş, inkişaf perspektivlərini müzakirə etmişlər.