XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdullanın Elm Günü münasibətilə təbriki

27 mart, 2024

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Elm Günü münasibətilə elmi ictimaiyyəti təbrik edib.

Təbrikdə deyilir:  

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm Günü” olaraq müəyyən edilib. 

“Elm Günü”nün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür.

Dəyərli elm xadimlərimiz, Elm Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, cansağlığı, elmi, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram".