XƏBƏRLƏR

Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi” sərgidə iştirak edib

29 mart, 2024

Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi” XXXI Minsk Beynəlxalq Kitab Sərgisi”ndə iştirak edib. 

Sərgidə Azərbaycan guşəsi təşkil edilib. Sərgidə milli-mədəni abidələr və xalqın adət-ənənələri haqqında verilən suallara ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycanın Belarusiyadakı səfirliyinin müşaviri Mahir Hacıyev, səfirliyin katibləri Mina İmanova və Müstəcəb Tağıyev, Minsk Dövlət Linqvistik Universiteti nəzdindəki “Azərbaycan dili və mədəniyyəti mərkəzi”nin müəllimi Rəna Rəcəbli, Azərbaycan haqqında uşaq ensiklopediyası dərc etdirmiş Minsk Uşaq ədəbiyyatı mətbəəsinin nümayəndələri ilə yanaşı Minsk Dövlət Linqvistik Universitetinin tələbələri də yaxından iştirak ediblər.