XƏBƏRLƏR

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq elmi konfrans -ELAN

29 mart, 2024

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş

“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı

VII Beynəlxalq elmi konfrans

 

Konfrans 7 may 2024-cü il tarixində keçiriləcəkdir.

 

Konfransın istiqamətləri:

I. Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli

II.Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu

III. Ulu Öndərin “Yaşıl dünya” siyasətinin uğurlu davamı

IV. Müasir beynəlxalq münasibətlər və multikulturalizm

V. Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu

 

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Tezislərin göndərilməsinin son tarixi:                                     10 aprel 2024-cü il   

Tezislərin quruluşu, tərtibi qaydaları:

-tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;

-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir.

Tezisin mətni:

· tezislərin həcmi – 3 səhifəyə qədər, format–A4;

· açar sözlər Azərbaycan, ingilis və rus dillərində (3-5 söz) – 12 pt ilə;

· tezislər Times New Roman şrifti – 12 pt ilə;

· hər tərəfdən kənar boşluqlar – 2 sm;

· sətirlərarası məsafə (interval) –1,5 sm;

· istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);

· tezislər elektron variantda təqdim olunmalıdır.

Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər qəbul ediləcəkdir.

 

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (daxili 2 57),  (+994 77) 757 97 00

E-mail: [email protected]